Avropa Azərbaycan Mərkəzi beynəlxalq təşkilatlara müraciət etdi
Siyasət 09 Apr 2025 07:07:00 94 0
Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi Azərbaycanın işğaldan azad olunmuş və minalarla çirklənmiş ərazilərində aprelin 6-da və 7-də baş vermiş mina partlayışları nəticəsində uşaqlar da daxil olmaqla 5 nəfərin xəsarət alması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Bu xəbəri də oxu: Prezident: Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir
Son.az xəbər verir ki, müraciətdə bu faciəvi hadisənin Ermənistan tərəfindən ərazilərimizdə məqsədyönlü şəkildə yerləşdirilmiş minaların bölgədə təhlükə mənbəyi olaraq qalmaqda davam etdiyini bir daha göstərdiyi vurğulanıb. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci ilin noyabrından bəri mina partlayışları nəticəsində 392 nəfər həlak olub və ya yaralanıb.
Qeyd edilib ki, Azərbaycanda minatəmizləmə işləri sürətlə davam etdirilsə də, bu proses ciddi çətinliklərlə müşayiət olunur. Ən böyük maneələrdən biri Ermənistanın mina xəritələrini təqdim etməkdən boyun qaçırmasıdır. Otuz ilə yaxın davam etmiş işğal müddətində Azərbaycan ərazilərində sistemli və planlı şəkildə milyonlarla mina basdırılmış, minalanmış yerlərin dəqiq xəritələri ya ümumiyyətlə verilməmiş, ya da təqdim olunan xəritələr natamam və qeyri-dəqiqdir. Bu, həm minatəmizləmə prosesini ləngidir, həm də insanların həyatını və sağlamlığını ciddi təhlükə altına qoyur.
Avropa Azərbaycan Mərkəzi minaların yaratdığı humanitar fəlakəti və genişmiqyaslı təhlükəni tanımaq, Azərbaycanın minatəmizləmə səylərinə siyasi və texniki dəstək göstərmək, Ermənistanın beynəlxalq hüquqa zidd şəkildə minalanmış ərazilərə dair xəritələri təqdim etməməsi və bu yolla insanların həyatını riskə atması ilə bağlı məsuliyyət daşımasını təmin etmək barədə beynəlxalq ictimaiyyətə çağırış edib.
"Minalar yalnız insanların həyatını təhlükə altında qoymur, eyni zamanda, regionda sülh, sabitlik və postmünaqişə dövründə bərpa proseslərinə maneə yaradır. Ümid edirik ki, beynəlxalq ictimaiyyət bu çağırışa laqeyd qalmayacaq və təhlükənin aradan qaldırılması üçün daha təsirli və fəal dəstək nümayiş etdirəcək", - deyə müraciətdə qeyd olunub. Son.az
Arxeoloqlar Hz. İsanın çarmıxa çəkilməsi və dəfn edilməsi ilə bağl�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının

"Qorxmaz Əlilicanzadənin oğlu Məmmədlə dostam. Ola bilər aramızda i

Xolesterol səviyyəsinə nəzarət sağlamlığı qorumaq və ürək-damar xəs

Dünyanın ən varlı qadınlarının siyahısı açıqlanıb.

"Deyirlər ki, şou-biznes insanları məsuliyyətsiz, yalançı olurlar. O

Son illərdə estetik prosedurlar arasında ən çox yayılmış üsullardan bir

Dəfnə yarpağı ilə evdəki mənfi enerjini yox et - qədim üsul yenidən tr

Xəbər verdiyimiz kimi, müğənni Səidə Sultan bir müddət əvvəl ana ola

Tövsiyə olunan həftəlik fiziki fəaliyyət miqdarını yerinə yetirmək hə

Ancelina Coli - sadəcə bir ulduz deyil, əsl əfsanədir! Onun seçdiyi ətirl

Şizofreniyadan əziyyət çəkən ana və övladı 1 il 3 aydır ki, dərmanlar

Kolumbiya Universitetinin məzunu və psixiatr Dr. Judith Joseph psixi sağlaml�

Ermənistan Daxili İşlər Nazirliyi Qarabağ ermənilərinin pasportlarında d

Azərbaycanda I rübdə vətəndaşlara geri qaytarılan Əlavə Dəyər Vergisi
