Bakıda məşhur şadlıq sarayında saxta içki verilirmiş FOTO
Digərləri 08 Apr 2025 16:32:00 123 0
"Mona Liza" şadlıq sarayında ciddi nöqsanlar aşkarlanıb.
Bu xəbəri də oxu: Sabah bu ərazilərdə qaz olmayacaq
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən "Avşarlar" MMC-yə məxsus "Mona Liza" şadlıq sarayında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra ciddi nöqsanlar müəyyən edilib.
Belə ki, şadlıq sarayının mətbəxinə və toy şənliyinin keçirildiyi zala baxış keçirilən zaman müxtəlif həcmdə aşkar saxtalaşdırma əlamətləri olan, kustar üsulla doldurulmuş, keyfiyyət və təhlükəsizliyinə dair sənədləri olmayan "Oneqin" əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Agentlik tərəfindən həmin içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb və məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə laborator müayinələrə cəlb olunub.
"Həmçinin yoxlama zamanı şadlıq sarayında yararlılıq müddəti bitmiş kolbasa məhsulu, üzərində etiket məlumatları və müvafiq sənədləri olmayan turşu və pendir məhsulları da aşkar edilib. Eyni zamanda qida obyektində sanitar-texniki və sanitar-gigiyenik tələblərin gözlənilmədiyi, ət, tərəvəz və alkoqollu içkilərin saxlandığı soyuducunun divar hissələrinin və rəflərinin, həmçinin ət asılan qarmaqların korroziyaya uğradığı, ətin emalı, xammalın qəbulu və anbar sahələrində kanalizasiya və su borularının izolyasiya edilmədiyi, alkoqolsuz içkilərin birbaşa boruların altında saxlandığı, havalandırma sisteminin qurulmadığı, isti yeməklərin hazırlandığı və quru məhsul anbarı sahələrində tavanın tamlığının pozulduğu, doğrama lövhələrinin təmizlənmədiyi, işçi heyətin soyunub-geyinmə otağı ilə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı məlum olub.
Fakt bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd edilib.
Yunanıstan yenidən dünyanın diqqətindədir. Belə ki, 14 müxtəlif ölkəd

Müğənni Nadir Qafarzadə toylardan uzaqlaşdırılmasından gileylənib.

Türkiyənin Sakarya vilayətinin Serdivan qəsəbəsində yaşayan 30 yaşlı r

Xəbər verildiyi kimi bir neçə gün əvvəl Tovuzda 13 yaşlı itkin düşə

"ABŞ İrana hücum etsə, Rusiya İranla Hətərəfli Strateji Tərəfda�

Aktrisa Sonaxanım Əliyeva ailəsindən danışıb.

Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.

CHP sədri Özgür Özəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfi

Cəmi 3 filmə çəkildikdən sonra ekranlarla vidalaşan və "100 Numaral�

Min illərdir dini mətnlərdə adı çəkilən Nuhun gəmisinin qalıqları old

İran Azərbaycan ilə münasibətləri bütün sahələrdə inkişaf etdirməkd

Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri Az�

Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Gideon S

Son illər dünyada boşanmaların sayı artmaqdadır. Boşanmanın sayının ar
