Jurnalist diridiri yandırıldı: Qəzzadakı görüntülər dünyanı dəhşətə gətirdi


Dünya 07 Apr 2025 23:45:00 126 0

Jurnalist diridiri yandırıldı: Qəzzadakı görüntülər dünyanı dəhşətə gətirdi

İsrailin Qəzzada bir xəstəxana kompleksinə həyata keçirdiyi hava hücumu nəticəsində diri-diri yandırılan jurnalist Helmi əl-Fakavi həyatını itirib. Hadisə yerindən yayılan görüntülər izləyənləri dəhşətə gətirib. Fələstinli rəsmilər hücumun medianı susdurmağa yönəlmiş qəsdən hazırlanmış bir plan olduğunu bildirirlər.

Bazar ertəsi günü Qəzzanın cənubundakı Xan Yunus şəhərində yerləşən media çadırını hədəf alan hava hücumu zamanı jurnalist Helmi əl-Fakavi diri-diri yanaraq vəfat edib.

Yerli jurnalistlər birliyi və tibbi heyət, hücum nəticəsində 9 jurnalistin yaralandığını, bəzilərinin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Media çadırının Nasser Xəstəxanasının həyətində yerləşdiyi qeyd olunub. Sosial mediada paylaşılan və Reuters tərəfindən təsdiqlənmiş görüntülərdə ətrafdakıların yanğına müdaxilə etməyə çalışdığı, Helmi əl-Fakavinin isə şok vəziyyətində stulda oturduğu və bədəninin yarısının alov içində olduğu görünür.

İsrail tərəfi açıqlama verməyib İsrail hakimiyyəti hadisə ilə bağlı heç bir sualı cavablandırmayıb. Sağlamlıq rəsmiləri hava hücumu nəticəsində ikinci bir fələstinlinin də həyatını itirdiyini bildirib.

Tabutun üzərində mavi "press" jileti El-Fakavinin dəfn mərasimində onun həmkarları və yaxınları iştirak edib. Tabutu mavi rəngli "PRESS" (media) jileti ilə örtülərək aparılıb.

Dəfn mərasimində danışan jurnalist Əbd Şaat deyib:

"Mesajımızı çatdırmağa və həqiqəti bütün dünyaya bildirməyə davam edəcəyik. Bu, bizim insani vəzifəmizdir."

Fələstin rəsmilərinə görə, 2023-cü ilin oktyabr ayından bu yana Qəzzədə öldürülən jurnalistlərin sayı 210-u keçib. Fələstin Xarici İşlər Nazirliyi, əl-Fakavinin ölümünü "məhkəməsiz edam" kimi qiymətləndirib.

Açıqlamada bu hücumların jurnalistləri qorxutmağa və xəbərlərin qarşısını almağa yönəldiyi vurğulanıb.

Yerli səhiyyə mənbələrinin məlumatına görə, bazar ertəsi günü Qəzzə zolağı boyunca həyata keçirilən İsrail hücumlarında ən azı 20 nəfər həyatını itirib. Hücumların eyni anda bir neçə nöqtəyə yönəldiyi bildirilib. Lalə Qüdrətova Son.az

Mehriban Ələkbərzadə haqqında deyilənlərə belə cavab verdi like
  • 07 Apr 23:33  
Şou-biznes Mehriban Ələkbərzadə haqqında deyilənlərə belə cavab verdi

Azərbaycan Dövlət Akademik Milli Dram teatrının bədii rəhbəri Mehriban �

arrow Ətraflı
“Heç olmasa “Əməkdar artist” adını versinlər” like
  • 07 Apr 23:09  
Şou-biznes “Heç olmasa “Əməkdar artist” adını versinlər”

"Mən fəxri adı layiq olduğum vaxt almaq istəyərəm. Arxasınca düş�

arrow Ətraflı
NASA Marsa helikopter göndərir  Su axtarırlar... like
  • 07 Apr 22:53  
Dünya NASA Marsa helikopter göndərir Su axtarırlar...

NASA su və həyat axtarışı məqsədilə Mars planetinə helikopter göndər�

arrow Ətraflı
"Fərdanın bu hərəkəti mənə pis təsir etdi" like
  • 07 Apr 22:40  
Şou-biznes "Fərdanın bu hərəkəti mənə pis təsir etdi"

Aktyor Elməddin Cəfərov "Tarixin bir günü" verilişində həmkar�

arrow Ətraflı
Azərbaycanda balıq tutmaq istəyən kişi faciəvi şəkildə öldü like
  • 07 Apr 22:11  
Digərləri Azərbaycanda balıq tutmaq istəyən kişi faciəvi şəkildə öldü

Lənkəranda 32 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

arrow Ətraflı
İradə İngiltərəyə köçür? like
  • 07 Apr 22:00  
Şou-biznes İradə İngiltərəyə köçür?

Müğənni İradə İbrahimova İngiltərədə ev almaq istədiyini açıqlayıb

arrow Ətraflı
Şaranın Rusiyadan Əsəd tələbi  Putin niyə rədd etdi? like
  • 07 Apr 21:49  
Dünya Şaranın Rusiyadan Əsəd tələbi Putin niyə rədd etdi?

Suriyanın yeni dövlət başçısı Əhməd əl-Şara, Rusiya prezidenti Putin�

arrow Ətraflı
Tramp sabahadək vaxt qoydu like
  • 07 Apr 21:30  
Dünya Tramp sabahadək vaxt qoydu

"Rəsmi Pekin sabaha qədər 34% tarif artımını geri götürməzsə, AB�

arrow Ətraflı
Bu serialın yayımı dayandırıldı like
  • 07 Apr 21:19  
Şou-biznes Bu serialın yayımı dayandırıldı

"Kızıl goncalar" serialı bu gün yayımlanmayacaq.

arrow Ətraflı
“Məni görməyə gözləri yoxdur” like
  • 07 Apr 21:10  
Şou-biznes “Məni görməyə gözləri yoxdur”

"Elə rəfiqələrim olub ki, mənimlə şəkil çəkdirirlər deyirlər ki

arrow Ətraflı
“Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜSTdən like
  • 07 Apr 20:58  
Digərləri “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜSTdən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hamilə ölümlərlə bağlı təəcc�

arrow Ətraflı
Xoşqədəm: “Bu verilişi apardığıma görə peşmanam” like
  • 07 Apr 20:47  
Şou-biznes Xoşqədəm: “Bu verilişi apardığıma görə peşmanam”

"Aparıcısı olduğum "Səni axtarıram" verilişinin çəkiliş

arrow Ətraflı
Azərbaycanda borcu olan bu şəxslərə SMS göndəriləcək like
  • 07 Apr 20:40  
Digərləri Azərbaycanda borcu olan bu şəxslərə SMS göndəriləcək

Azərbaycanda ölkədən getmək hüquqi məhdudlaşdırılan borclu fiziki şə

arrow Ətraflı
Zelenskini Qəddafi və Səddam Hüseynin taleyi gözləyir? like
  • 07 Apr 20:36  
Dünya Zelenskini Qəddafi və Səddam Hüseynin taleyi gözləyir?

Ukrayna Prezidenti Volodimir Zelenski siyasi karyerasını Liviyanın sabiq lide

arrow Ətraflı