Çoxuşaqlı ailələrə yeni güzəştlər olacaq Deputat AÇIQLADI
Digərləri 07 Apr 2025 16:17:00 111 0
"Güzəştli şərtlər ilə pensiyaya çıxan bir sıra vətəndaşların, o cümlədən çox uşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək".
Bu xəbəri də oxu: Rövşən Nəcəf rəisi işdən çıxardı
Son.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, pensiya yaşının müəyyənləşməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət meyarlarından istifadə olunmasını və uşaqların sayına görə pensiya yaşının müəyyənləşdirilməsini təklif edib .
"Yəni çoxuşaqlı ailələrdə uşaqların sayına uyğun olaraq pensiya yaşının azaldılmasını təklif etdim. Qeyd etdim ki, güzəştli şərtlər ilə pensiya yaşı müəyyənləşdirilən zaman kəmiyyət indikatorları ilə yanaşı, keyfiyyət meyarlarından da istifadə edilməsi məqsədə uyğun olardı. Bu gün müzakirə etdiyimiz "Əmək pensiyaları" haqqında Qanuna əsasən, Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olanların 5 il daha tez pensiyaya çıxırlar. Müzakirə etdiyimiz dəyişikliklər ilə onların pensiya təminatı dövlət büdcəsi hesabına həyata keçiriləcək".
Deputatın sözlərinə görə, bununla belə, 5 uşağı olanla 5-dən daha çox uşağı olanların pensiya güzəşti eynidir:
"Halbuki uşaqların sayına görə pensiya yaşının azaldılması daha məqsədəuyğun olardı. Bu halda daha çox övladı olanlar valideynlər daha tez pensiyaya çıxa bilərlər. Bu kontekstdən pensiya yaşının müəyyənləşdirilməsində keyfiyyət meyarlarından istifadə sosial təminat baxımdan da arzuolunandır.
Təqdim edilən dəyişiklik pensiyaların ödənilməsində maliyyə təminatının genişləndirilməsi və fiskal dayanıqlığın gücləndirilməsi baxımdan vacibdir. Bu dövlət büdcəsi ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə öhədliklərinin dəqiqləşdirilməsinə xidmət edir. Dəyişiklik dövlət büdcəsi hesabına güzəştli şərtlər ilə pensiya alanların dairəsinin genişləndirilməsinə xidmət edəcək.
Məhz bu səbəbdən dövlət büdcəsindən DSMF-ə transfertlərin məbləği 2025-ci ildə əvvəlki ilə nisbətən 208 milyon artırılaraq 1 milyard 600 milyon manata çatdırılır".
"Əmək pensiyaları haqqında" Qqanunda güzəştli şərtlərlə pen

13-16 may tarixlərində Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq

Rus mətbəxinin ənənəvi yeməklərindən biri olan "Solyanka" şor

Bu gün saat 15 radələrində paytaxtın Nərimanov rayonunda zəncirvari yol q

Atasına bıçaqla xəsarət yetirməkdə ittiham olunan 25 yaşlı Ömər Solta

Aprelin 8-i gündüz şimal və qərb rayonlarından başlayaraq 12-si gündüz�

Aşıq Namiq Fərhadoğlu televiziyalara 1 milyondan çox pul xərclədiyini aç

Sabah Şirvan şəhəri və Hacıqabul rayonunun bəzi ərazilərində qaz təch

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşıs

Aprel ayı bəzi bürclər üçün uğur və fürsətlərlə dolu olacaq. Ayın

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində seçilmiş həbs q�

İsrail səfirliyi Azərbaycan-İsrail arasında diplomatik münasibətlərin qu

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) Suriyada Bəşər Ə
