Böyük Britaniya Parlamenti separatçı rejimlə bağlı təşəbbüsünü dayandırmağa çağırılıb
Siyasət 27 Fev 2026 13:39:00 225 0
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə fevralın 25-də başçılıq etdiyi qrupun adından Birləşmiş Krallıq parlamentinin üzvləri Baronessa Helena Kennediyə, Brendan O'Hara və Cessika Mordenə məktub ünvanlayıb.
Son.az xəbər verir ki, məktubda Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Birləşmiş Krallıq parlamentində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində mövcud olmuş keçmiş cinayətkar və separatçı rejimlə bağlı davam edən araşdırma təşəbbüsündən ciddi narahatlıq və məyusluq hissi keçirdikləri qeyd olunub. Bildirilib ki, belə bir təşəbbüs hazırda Azərbaycan ilə Ermənistan arasında irəliləyən və Böyük Britaniya hökumətinin də yüksək səviyyədə dəstəklədiyi sülh prosesinə ciddi zərbə vura bilər.
Vurğulanıb ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən otuz ildən artıq davam edən qanunsuz işğalı və bir milyona yaxın azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsi ilə nəticələnən ağır mərhələdən sonra Ermənistan ilə Azərbaycan hazırda ABŞ-dən və Avropadan olan tərəfdaşlarının dəstəyi ilə sülh prosesində real irəliləyiş əldə etməkdədir. Odur ki, mövcud olmayan separatçı rejimlə bağlı keçirilməsi nəzərdə tutulan təxribat xarakterli dinləmələrin radikal, sülhə qarşı çıxan diaspor qruplarının və lobbi dairələrinin yanlış və qərəzli məlumatlarına əsaslanacağı bildirilir.
F.İsmayılzadə, həmçinin qeyd edib ki, Cənubi Qafqazda revanşizmə yer yoxdur və tərəflər birgə səylərlə sülhün möhkəmləndirilməsi, müharibə siyasətinə qayıdışın qarşısının alınması istiqamətində fəaliyyət göstərməlidirlər.
Sonda Böyük Britaniya Parlamentinə sözügedən araşdırma təşəbbüsünün ləğvi ilə bağlı çağırış edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan parlamentinin üzvləri, xüsusilə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri britaniyalı parlamentarilərin bu məsələdə dəstəyinə inanır və iki ölkə arasında davam edən strateji tərəfdaşlığın Cənubi Qafqazda sülh prosesinə əlavə töhfə verəcəyinə ümid bəsləyirlər./AZƏRTAC
Aktrisa Sonaxanım Əliyeva "Öz Aramızda" verilişində şəxsi həy
Fevralın 27-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Efiopiyan
Bu gün doğma yurduna yola salınan növbəti köç karvanı Cəbrayılın Horo
"Azəriqaz"da 80 xadimə işdən çıxarılıb.
Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN vasitəsilə aparılac
İqtisadiyyat Nazirliyinə məxsus Bakı Biznes Mərkəzi MMC borca düşüb.
Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına c
"Zanger"-Gorayk yolunun Sünik bölgəsinə giriş hissəsində bütü
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
Bakının Binəqədi rayonunda Hüseyn Seyidzadə küçəsində bir neçə gün
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) bu gün tamaşaçılarla son dəf
2026-cı ilin fevral ayına olan vəziyyətə görə Azərbaycanda tikinti mater
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.
"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın iki xanımla getdiyi
Böyük Britaniyanın müdafiə naziri Con Hili keçmiş şahzadə Endryunun mal
