RəştAstara dəmir yolu üzrə yaxın iki ayda icra razılaşmasının imzalanması gözlənilir – Səfir


Siyasət 23 Fev 2026 16:10:00 357 0

RəştAstara dəmir yolu üzrə yaxın iki ayda icra razılaşmasının imzalanması gözlənilir – Səfir

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu layihəsi üzrə yaxın iki ay ərzində icra razılaşmasının imzalanması gözlənilir.

Son.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

O, müsahibəsində İranla Azərbaycan arasında iqtisadi, siyasi, mədəni sahələrdə görülən işlərdən, eyni zamanda qarşılıqlı maraq doğuran məsələlərdən danışıb.

Müctəba Dəmirçili əvvəlcə vurğulayıb ki, regionda kommunikasiya və nəqliyyat sahəsində yeni təşəbbüslər irəli sürülür: "İran İslam Respublikası hər zaman bəyan edib ki, bütün regional iqtisadi layihələri dəstəkləyir. Çünki İran hesab edir ki, bu layihələr ölkələr üçün, xüsusilə iqtisadi inkişaf, sülh və sabitlik baxımından faydalı ola bilər və müsbət nəticələr verə bilər. Bununla yanaşı, iqtisadi layihələr adı altında digər ölkələr tərəfindən geosiyasi məqsədlərin gündəmə gətirilməsinə yol verilməməlidir. Regiondan kənar qüvvələrin müdaxiləsi təcrübədə çətinliklər yaradıb və belə hallarda həmin qüvvələr ilk növbədə öz maraqlarını nəzərə alırlar. Bu baxımdan, regionda reallaşan iqtisadi layihələr ölkələr üçün faydalı olmalıdır və başqa məqsədlərə xidmət etməməlidir".

Səfir bildirib ki, regionda iqtisadi layihələrin artması ümumi rifaha müsbət təsir göstərir. Onun sözlərinə görə, nəqliyyat və kommunikasiya layihələrinin icrası region üçün müsbət nəticələr verə bilər və İran bu cür təşəbbüsləri dəstəkləyir.

Səfir xatırladıb ki, hazırda Naxçıvan Azərbaycanla yalnız hava yolu və İran üzərindən tranzit əlaqəsi vasitəsilə birləşir və İran çalışır ki, öz ərazisi üzərindən bu əlaqələr daha rahat şəkildə davam etdirilsin.

Səfir həmçinin, Şimal-Cənub nəqliyyat dəhlizinin region üçün faydalarından da danışıb: "Bu dəhliz böyük əhəmiyyət daşıyan layihələrdən biridir və bütün region üçün faydalıdır. İran bu layihədən səmərəli istifadə olunmasında maraqlıdır. Şimal-Cənub nəqliyyat dəhlizinin üç qolu var və onlardan biri Azərbaycan ərazisindən keçir. Dəmir yolu sahəsində də işlər davam edir. Azərbaycan dəmir yolu xətti Astara sərhədində İrana birləşdirilib və ötən il bu xətdən istifadə olunub".

O əlavə edib ki, Astara-Rəşt dəmir yolu xəttinin çəkilməsi istiqamətində işlər aparılır: "Rəştdən Ənzəliyə qədər olan 30 kilometrdən bir qədər artıq hissə artıq inşa edilib. Ənzəlidən Astaraya qədər qalan hissənin tikintisi üzrə işlər davam edir. İran və Rusiya şirkətləri bu istiqamətdə birgə fəaliyyət göstərirlər. Ötən aylarda Tehranda keçirilən birgə İqtisadi Komissiyanın iclasında da bu məsələ müzakirə olunub və qərara alınıb ki, yaxın iki ay ərzində layihə üzrə icra razılaşması imzalansın. Tədqiqat işlərinə artıq başlanılıb və ümid edilir ki, proses sürətlə davam edəcək və bütün region bundan faydalanacaq".

Müctəba Dəmirçilu eyni zamanda, İran və Azərbaycan əlaqələrinin siyasi müstəvidə də gündən-günə genişləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, İran və Azərbaycan əlaqələri Prezident Məsud Pezeşkianın Bakıya və Xankəndiyə səfərindən sonra ciddi irəliləyiş əldə edib: "Bu münasibətlər müsbət istiqamətdə gündən-günə genişlənir. Xüsusilə iqtisadiyyat sahəsində, nəqliyyat və tranzit istiqamətində, ticarət və birgə iqtisadi layihələr çərçivəsində əməkdaşlıq uğurla davam edir və artıq müsbət nəticələr əldə olunub. Bundan başqa, siyasi sahədə də müxtəlif səviyyələrdə məsləhətləşmələr aparılır. Mədəniyyət istiqamətində isə hər iki ölkənin mədəniyyət nazirlərinin müavinlərinin qarşılıqlı səfərləri baş tutub və razılaşdırılıb ki, qarşıdakı aylarda həm İranda, həm də Azərbaycanda qarşılıqlı mədəniyyət günləri keçirilsin".

Səfir əlavə edib ki, yaxın günlərdə Bakıda Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək. Bu komissiya iqtisadi əlaqələrlə yanaşı, humanitar sahəni də əhatə edir. Onun sözlərinə görə, növbəti iclasda da yeni nailiyyətlərin əldə olunacağı gözlənilir.

Bundan başqa, səfir qeyd edib ki, Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyasında iştirakla bağlı Azərbaycan tərəfindən İrana dəvətnamə göndərilib: "Dəvətnamə İranın Prezident Aparatına təqdim olunub və ona baxıldıqdan sonra cavab veriləcək. Təcrübə göstərir ki, istər İranda, istərsə də Azərbaycanda keçirilən beynəlxalq forum və tədbirlərdə tərəflər yüksək səviyyədə iştirak etməyə çalışırlar. Hazırda Azərbaycan tərəfindən göndərilən dəvətnaməyə İrandan cavab gözləyirik".

Təkrar pozuntu edən kanalı nə gözləyir?  Dayandırma yoxsa ləğv like
  • 23 Fev 15:58  
Digərləri Təkrar pozuntu edən kanalı nə gözləyir? Dayandırma yoxsa ləğv

Audiovizual Şuranın mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən m�

arrow Ətraflı
“Ata olmağı çox istərdim..." like
  • 23 Fev 15:52  
Şou-biznes “Ata olmağı çox istərdim..."

Uzun müddətdir dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan tür

arrow Ətraflı
Xalq artisti 7 il sonra EFİRDƏ like
  • 23 Fev 15:30  
Şou-biznes Xalq artisti 7 il sonra EFİRDƏ

ARB TV-nin "Günə Uğurla" verilişində 7 ildən sonra Xalq artisti

arrow Ətraflı
Almaniyada naməlum şəxs insanlara bıçaqla hücum edib like
  • 23 Fev 15:27  
Dünya Almaniyada naməlum şəxs insanlara bıçaqla hücum edib

Naməlum şəxs Almaniyanın cənubundakı Vürsburq şəhərinin əsas dəmir y

arrow Ətraflı
Elnur İbrahimov vəzifəsindən azad EDİLDİ  YENİ TƏYİNAT like
  • 23 Fev 15:19  
Digərləri Elnur İbrahimov vəzifəsindən azad EDİLDİ YENİ TƏYİNAT

Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətin

arrow Ətraflı
Azərbaycanda suyun qiyməti BAHALAŞIR?  RƏSMİ like
  • 23 Fev 15:17  
Digərləri Azərbaycanda suyun qiyməti BAHALAŞIR? RƏSMİ

Azərbaycanda suyun qiymətinin artacağı ilə bağlı xəbərlər yayılıb. B

arrow Ətraflı
İcra başçısına yeni müavin təyin edildi like
  • 23 Fev 15:14  
Digərləri İcra başçısına yeni müavin təyin edildi

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

arrow Ətraflı
Oğruya xəsarət yetirmək cinayət SAYILIR? like
  • 23 Fev 14:52  
Digərləri Oğruya xəsarət yetirmək cinayət SAYILIR?

Evinizə oğru daxil olarsa, sizə müqavimət göstərərsə və siz də özün

arrow Ətraflı
Epşteynin fotoşəkillərini və kompüterlərini saxladığı gizli yer tapılıb like
  • 23 Fev 14:43  
Digərləri Epşteynin fotoşəkillərini və kompüterlərini saxladığı gizli yer tapılıb

Amerikalı maliyyəçi Ceffri Epşteyn ABŞ-ın müxtəlif ştatlarındakı gizl

arrow Ətraflı
Bu məhsulların idxalında ƏDV ləğv olundu like
  • 23 Fev 14:32  
Digərləri Bu məhsulların idxalında ƏDV ləğv olundu

İncəsənət əsərlərinin ölkəyə idxalı əlavə dəyər vergisindən (ƏD

arrow Ətraflı
Ombudsman Xocalı soyqrımının ildönümü ilə bağlı bəyanat yaydı like
  • 23 Fev 14:28  
Digərləri Ombudsman Xocalı soyqrımının ildönümü ilə bağlı bəyanat yaydı

Ombudsman Xocalı soyqrımının ildönümü ilə bağlı bəyanat yayıb.

arrow Ətraflı
Bu avtomobillərin idxalı ƏDVdən azad olunur like
  • 23 Fev 14:23  
Digərləri Bu avtomobillərin idxalı ƏDVdən azad olunur

Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük

arrow Ətraflı