DYPdən yük avtomobillərinin sürücülərinə ÇAĞIRIŞ
Digərləri 17 Fev 2026 09:26:00 202 0
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək bildirib ki, yük avtomobillərinin iştirakı ilə baş verən yol qəzalarının artması ciddi narahatlıq doğurur.
Son.az xəbər verir ki, bu barədə BDYPİ-nin yük avtomobillərinin sürücülərinə çağırışında qeyd olunub.
"Təsadüfi deyil ki, yük avtomobillərinin sürücüləri tərəfindən yol verilən - sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sağ zolaq boş olduğu halda sol hərəkət zolağına yerləşərək arxadan gələn nəqliyyat axınına yol verilməməsi kimi kobud qayda pozuntuları digər sürücülərin haqlı narazılığına səbəb olmaqla yanaşı, həm də ciddi qəza riski yaradır.
Nasaz avtomobillərin istismarı, avtomobilin yorğun, yuxusuz halda idarə olunması, yükün düzgün qablaşdırılmaması, sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol verilməsi, yol kənarında qanunsuz parklanma halları da yük avtomobillərinin sürücüləri tərəfindən ən çox törədilən qayda pozuntularıdır.
Müşahidələr göstərir ki, avtomagistrallarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz belə qayda pozuntuları səbəbindən baş verir.
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
"Bananlar zəngin vitamin və minerallar tərkibi ilə sağlam qidalanmanı
Türkiyəli iqtisadçı-ekspert İslam Memiş ABŞ-nin İrana mümkün müdaxil�
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanənd
Bir zamanlar xarici görünüşünə görə "Yerli Leonardo Dikaprio"
Dişləri hər gün fırçalamaq sağlamlıq üçün vacibdir. Ancaq bir çox in
Evdə ayaqyalın gəzmək bir çox insana rahatlıq versə də, mütəxəssislə
"Aynı Yağmur Altında" serialının yeni bölümündən paylaşılan
Yüksək kommunal ödənişlər bizi çox vaxt olduğundan da artıq təəccübl
"Krediti, borcu olan yazsın, kömək edim...", "Ərzağa ehtiyac
Türkiyəli müğənni Murat Dalkılıç səhnədə yaşadığı hadisə ilə g�
Sumqayıt şəhərinin birinci mikrorayon ərazisində yerləşən yaşayış bi
Lənkəranda 59 yaşlı şəxs balıq tutmaq istəyərkən dənizdə boğularaq
