İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
Siyasət 20 Yan 2026 16:59:00 51 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.
Bu xəbəri də oxu: Prezident Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb FOTO
Son.az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı ölkəmizlə AYİB arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bankın Azərbaycanda bir sıra uğurlu layihələr icra etdiyi bildirildi. Bu xüsusda bank tərəfindən ölkəmizin bir sıra bölgələrində, o cümlədən Gəncədə və Şəkidə su sektorunda müxtəlif layihələrin həyata keçirilməsi qeyd edildi, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparıldı.
Görüşdə, həmçinin bərpaolunan enerji sektorunda fəaliyyətin, Naxçıvanın nəqliyyat sisteminin yenilənməsinin, ölkəmizin ayrı-ayrı bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələrinin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Söhbət zamanı Azərbaycanda bank sektoru, həmçinin sahibkarlığın inkişafı, yerli və xarici iş adamları üçün səmərəli investisiya mühitinin yaradılması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlərdən danışıldı. Son.az
Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlamen
ABŞ-nin dövlət borcu 2,25 trilyon dollar artaraq 38,5 trilyon dollar həddini
Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi
Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabit
Belə nüfuzlu mükafatı ("Zayed İnsan Qardaşlığı Mükafatı" -
Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyə
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq üç uşaq yağış alt
Məsələ ilə bağlı "Changan Auto" açıqlama verib:
Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texn
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə
2025-ci ildə Azərbaycanda külək elektrik stansiyalarında (KES) 118,5 milyon
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükə
İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi p
20 Yanvar 1990-cı il hadisələrinə həsr olunmuş yeni sənədli-bədii film
