Tanınmış həkimə qarşı başladılmış cinayət işi rədd edildi Nazirliyə təqdimat göndərildi
Digərləri 19 Yan 2026 19:40:00 71 0
Qasımova Gülbəniz Mahir qızının 04.04.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən "HTC Cliniva Hospital"da həkim ümumi cərrah Rauf Xəlilov tərəfindən düzgün "abdominaplastika" (qarın gərmə) əməliyyatının düzgün olunması səbəbindən səhhətinin ağırlaşması və həkim tərəfindən ondan qanunsuz ödənişlərin tələb edilməsi barədə müraciəti üzrə Nizami rayon prokurorluğunda araşdırma aparılıb.
Bu xəbəri də oxu: Tikinti kranından yıxıldı, sağ qaldı
Baş Prokurorluqdan Son.az-a verilən məlumata görə, Nizami rayon prokurorluğunda aparılmış araşdırma zamanı çoxsaylı istintaq hərəkətləri icra olunub, o cümlədən komisyon məhkəmə-tibb ekspertizası təyin edilib. Ekspertizanın rəyinə əsasən Gülbəniz Qasımovanın məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın qiymətləndirilməsində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamət müəyyən edilməyib, habelə, "Herniotomiya, hernioplastika və abdominoplastika" əməliyyatını icra edən briqadanın tərkibinin normativ aktlara uyğun olması müəyyən edilib.
Qeyd olunanlar nəzərə alınaraq toplanmış material üzrə 01.09.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilib və vətəndaşa hüquqları izah olunub.
Eyni zamanda "HTC Cliniva Hospital"ın həkim cərrahı Xəlilov Rauf Qurban oğlunun fəaliyyəti yol verdiyi nöqsan və çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrar olunmamasına dair müvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluq tərəfindən Səhiyyə Nazirliyinə təqdimat göndərilib.
Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) 20 Yanvar Ümumdünya Matəm G�
Türkiyədə narkotik istintaqı çərçivəsində saxlanılan və "narkoti
Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.
Şaxtalı günlər, güclü qar və leysan yağışlar başlayanda eyni probleml
Xalq artisti Flora Kərimova uzun fasilədən sonra daha bir duetlə gündəmə
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ü
Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğunun apardığı narkotik ar
Məsələ ilə bağlı Abşeron Rayonu İcra Hakimiyyətindən verilən açıqla
Digər sakinlər isə qeyd edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müra
Leyla Əliyeva ilə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli arasında görü�
İçkili halda "TikTok"da canlı yayım açaraq dini, namazı lağlağ
Külli miqdarda vergi borcu ilə üzləşən "Buta Elektroniks" MMC-ni
Xatırladaq ki, 2025-ci ilin sonundan etibarən İranda rialın dəyərdən dü�
Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya edilib.
