Həsən Həsənov: Atropatena ölkəsinin yaranması haqqında dəqiq məlumatı Strabon deyil, Ammian Marsellin verir
Digərləri 19 Yan 2026 16:08:00 68 0
Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş iclasda çıxış edən Prezident İlham Əliyev milli tarix elminin problemləri üzərində xüsusilə dayanmışdır.
Bu xəbəri də oxu: Azərbaycan elminə ağır itki FOTO
O, konkret olaraq qeyd etmişdir: "Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Onlar bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın yaratmaq və qurmaq bacarığı əsrlərin dərinliklərinə gedib çıxır."
Bu vəzifə kontekstində Atropatena adlı ölkənin yaranmasının dəqiq vaxtının və tarixi şəraitinin müəyyənləşdirilməsi ən mühüm elmi problemlərdən biridir.
Antik mənbələrdə Atropatena adlı ölkənin yaranma dövrünün tədqiqatçıları tərəfindən qəbul edilən iki fərqli məlumat mövcuddur. Əksər tədqiqatçılar üçün əsas mənbə olaraq Strabonun Makedoniyalı İsgəndərin imperiyasının süqutu dövrünü təsvir edən məlumatdır, digəri isə Ammian Marsellinin Atropatenanın yaranmasını birmənalı şəkildə Assuriya imperiyasının süqutu dövrünə aid edən məlumatıdır.
Bu iki məlumat üzərində daha ətraflı dayanmaq istərdik.
Strabon yazır: Atropatiya Midiyası; öz adını sərkərdə Atropatdan almışdır. O, Böyük Midiyanın bir hissəsi olan bu ölkənin makedoniyalılara tabe olmasına yol vermədi. Həqiqətən də, kral elan edilən Atropat bu ölkəni öz qərarı ilə müstəqil etdi və bu günə qədər hakimiyyət onun nəslində irsi olaraq qalmaqdadır" (Strabon, Coğrafiya, XI, XIII, 1).
Tədqiqatçıların əksəriyyəti hesab edir ki, burada yeni bir dövlətin yaradılmasından bəhs olunur və bu dövlət öz yaradıcısının şərəfinə Atropatena adlandırılmışdır.
Bəs doğrudanmı belədir?
Strabonun məlumatının ənənəvi tarixşünaslıq yozumu belə bir fərziyyəyə əsaslanır ki, Atropatena Makedoniyalı İsgəndərin imperiyasının süqutundan sonra Atropatın siyasi fəaliyyəti nəticəsində yeni dövlət kimi yaranmışdır. Lakin Strabonun mətninin bu cür yozumu metodoloji baxımdan zəifdir və onun ifadələrindən birbaşa irəli gəlmir.
Əvvəla, Strabonun məlumatında yeni bir dövlətin təsis olunmasına dair birbaşa göstərişi yoxdur. Strabonun əsas ifadəsi - "bu ölkəni öz qərarı ilə müstəqil etdi" (ἐποίησεν αὐτόνομον τὴν χώραν) - yeni bir qurumun yaradılmasını deyil, artıq mövcud olan ərazinin siyasi-hüquqi statusunun dəyişdirilməsini nəzərdə tutur. Antik siyasi terminologiyada "müstəqil etmək" anlayışı əvvəllər xarici hakimiyyət altında olmuş ərazilərə tətbiq olunur, yeni yaradılan dövlətlərə deyil.
Bundan əlavə, Strabon yeni bir siyasi qurumun formalaşmasından deyil, Atropatın "bu ölkənin Böyük Midiyanın bir hissəsi kimi makedoniyalılara tabe olmasına yol verməməsindən" bəhs edir. Bu ifadə ex nihilo, yəni "heç nədən" yaranmanı deyil, ərazi və etnosiyasi subyektin davamlılığını göstərir. Əgər yeni dövlətin yaradılmasından söhbət getsəydi, Strabon digər hallarda olduğu kimi κτίζειν, συνιστάναι (yaratmaq, təsis etmək) terminlərindən istifadə edərdi ki, bu mətndə belə terminlər yoxdur.
Strabonun "Atropatiya Midiyası öz adını Atropatdan almışdır" fikrinə də xüsusi diqqət yetirilməlidir. Müasir ənənəvi tarixşünaslıq bunu ölkənin adının onun banisinin şərəfinə verilməsi kimi izah edir. Halbuki bu, antik onomastikanın xüsusiyyətlərini nəzərə almayan retrospektiv şərhdir. Antik mənbələrdə hökmdarın adı ilə ölkənin adının üst-üstə düşməsi çox vaxt adlandırma aktının nəticəsi deyil, sülalə və ya titul ənənəsinin məhsulu olurdu.
Bu nəticə Roma tarixçisi Kvint Kurtsi Rufun məlumatı ilə dolayı yolla təsdiqlənir. O yazır ki, Atropat Midiya satrapı təyin olunmazdan əvvəl Arsak adını daşıyırdı. Bu fakt Atropat adının şəxsi ad deyil, əvvəlcədən mövcud olan ölkənin adından törəmiş sülalə titulu ola biləcəyini göstərir. Bu halda Strabonun məlumatı advermə aktı deyil, hökmdarın adı ilə regionun adının uyğunluğunun qeydidir.
Beləliklə, Strabonun mətninin Atropatenanın "yaradılması" barədə mənbə kimi təqdim edilməsi səhvdir və əslində onun məzmununun sərhədlərini aşan genişləndirici şərhdir.
Strabonun məlumatı Atropatenanın diadoxlar dövründə (İsgəndərin varisləri) yaranmasını təsdiqləmir; əksinə, detallı təhlil göstərir ki, Strabon daha əvvəl mövcud olmuş dövlətçiliyin bərpasını təsvir edir. Buna görə də onun şahidliyi IV əsr Roma tarixçisi Ammian Marsellin və digər mənbələrin təsdiqlədiyi Atropatenanın daha erkən yaranmsına qarşı arqument sayıla bilməz.
Ammian Marsellin (IV əsr) yazır:"Sol tərəfdə Girkaniya (Xəzər) dənizi ilə həmsərhəd olan Midiya uzanır. Kitablarda oxunduğu kimi, Böyük Kirin hakimiyyətindən və Persiyanın yüksəlişindən əvvəl bu ölkə assurları məğlub etdikdən sonra bütün Asiyanın hökmranı olmuşdur; silah gücü ilə alınmış onların bir çox vilayətləri ümumi olaraq Atropatena adlandırılmışdır". (Ammian, XXIII, 6, 27).
Yanvar ayının 19-u "ilin ən depressiv günü" hesab edilir.
Türkiyəli aparıcı Esra Ezmeci 10 ay müddətinə həbs cəzasına məhkum ed
Xalq artisti Röya Ayxan mərhum bəstəkar Nailə Mirməmmədli ilə bağlı il
Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi
Səbail rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Bel�
Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan 21-i səhərədək
Bu gün mediada hüquq-mühafizə orqanları Ümid Partiyasının mərkəzi qər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Fo
Ötən il ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələ
Yanvarın 19-da Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə sakini, Və
Meyxanaçı Balaəli Maştağalı açıqlaması ilə gündəmə gəlib.
İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan şəhid Vüqar İsmay�
Ailə qurmaq istəyən gənclər toya aylar öncədən hazırlaşırlar.
