Bakı Marafonu ilk dəfə olaraq 42 kmdə keçiriləcək: qeydiyyat başladı
Digərləri 19 Yan 2026 12:24:00 86 0
Bu gündən Bakı Marafonu 2026-ya qeydiyyat başlayıb.
Bu xəbəri də oxu: Metroda ölən 41 yaşlı şəxsin kimliyi məlum oldu
Son.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildən ənənəvi təşkil edilən marafonda əsas yenilik isə odur ki, yarış yarımarafon deyil, ilk dəfə 42 km məsafədə tam marafon olaraq və fərqli marşrutda keçiriləcək.
Bakı Marafonu mayın 3-də saat 10-da Dövlət Bayrağı Meydanından start götürəcək, finiş xətti isə Sea Breeze ərazisində olacaq.
Doqquzuncu Bakı Marafonunun marşrutu:
Dövlət Bayrağı Meydanı - Dənizkənarı Bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - 8 Noyabr prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti - Böyük İpək Yolu küçəsi - Müzəffər Nərimanov küçəsi - Ziya Bünyadov prospekti - Böyükşor-Pirşağı yolu - Bilgəh-Pirşağı şosesi - Sea Breeze.
Marafonda iştirak etmək istəyən şəxslər aprelin 25-dək www.marathon.az saytı vasitəsilə, həmçinin 28 Mall, Dəniz Mall və Gənclık Mall ticarət mərkəzlərindəki məntəqələrdə ödənişli qaydada qeydiyyatdan keçə bilər. Tələbələr üçün isə qeydiyyat pulsuzdur.
"Azercell"in baş sponsorluğu ilə keçiriləcək Bakı Marafonu 2026-da kişi və qadın iştirakçılar ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Hər iki kateqoriyada qaliblər pul mükafatı və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.
Birinci yerin qalibinə 6.000 AZN, ikinci yerin sahibinə 4.000 AZN, üçüncü yerin sahibinə isə 2.000 AZN mükafat təqdim olunacaq. Digər nominasiyalar üzrə də mükafatlar nəzərdə tutulub.
Çilidə ölkənin cənubunda yerləşən Nuble və Biobio bölgələrində dava
Efiopiya Federativ Demokratik Respublikasına səfəri çərçivəsində Heydər
Rusiyanın Novosibirsk vilayətində ölkədə qalma qaydalarını pozan 97 əcn
Tərtərdə tutulan şəxsdə narkotik vasitə və avtomat aşkarlanıb.
Gədəbəy rayonunda 54 yaşlı qadın dəm qazından boğularaq ölüb.
2026-cı il bir çox bürc üçün dönüş nöqtələri, yeni başlanğıclar v
Beynəlxalq seysmoloji qurumlar və xarici media 2026-cı ildə dünyada güclü
Polşanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı başsağl
Pakistanın Barişal şəhərindən 50 kilometr şimal-qərbdə 5,9 bal gücünd
Bakıda dələduzluq hadisəsi qeydə alınıb.
Sosial şəbəkələrdə yayılan video geniş diqqət çəkib.
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir.
Meyxanaçı-müğənni Samirə Yusifqızı "Öz aramızda" verilişini
Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyah
Pirəkəşkül və Ağdərədə 19-23 yanvar tarixlərində istismar müddəti b
