Gözünə linza taxan qız
Digərləri 18 Yan 2026 14:02:00 64 0
Rusiyanın Novosibirsk bölgəsindən olan bir qız gecə gözünə kontakt linzalar taxması səbəbindən görmə qabiliyyətini itirib.
Bu xəbəri də oxu: İş yerində bu şəxslərin ixtisara salınması mümkün olacaq
Son.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, qız linza taxarkən gözün buynuz qişasını zədələyib. Yüngül zədə onun gözündə infeksiyaya səbəb olub. Bu da sürətli iltihaba və görmə qabiliyyətinin itirilməsinə gətirib çıxarıb.
Qız əvvəlcə gözündə qızartı və şiddətli qıcıqlanma hiss edib, lakin oftalmoloqun təyin etdiyi müalicə faydasız olub.
Onun vəziyyəti pisləşib, ağrıları artıb və həkimlər daha sonra yoluxucu keratit diaqnozu qoyublar.
Bir neçə əməliyyat keçirsə də, həkimlər sonda qızın gözünün birini çıxarmağa məcbur olublar. Hazırda Rusiya sakini protez gözdən istifadə edir.
Problemlər bununla da bitməyib. Onun digər gözündə də iltihab və qızartı yaranıb.
Həkimlər onun səhhətini yaxından izləyirlər. İnfeksiya davam edərsə və ya immun sistemi zəifləsə, qızın digər gözünün də kor olmaq təhlükəsi var. Bundan əlavə, xəstəlik və zəifləmiş immun sistemi səbəbindən qızda diabet də inkişaf edib.
Müğənni Şəbnəm Tovuzlu yeni tikdirdiyi dəbdəbəli villası ilə gündəm
Xalq artisti Röya Ayxan yaradıcılığı ilə bağlı maraqlı açıqlamalar v
Şəmkirdə 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhid
Elçilikdə atanın tələbləri GÜNDƏM OLDU
Xalq artisti Aygün Kazımovanın dünya miqyasında tanınan "S.O.S"
"Günə Uğurla" verilişində nümayiş olunan rəqs şousu izləyici
11 sentyabr terror aktını və COVID-19 pandemiyasını proqnozlaşdıran bolqa
3 günlük istirahətinə 60 min manat XƏRCLƏDİ
Nikolas Maduronu ələ keçirmək əməliyyatından bir neçə ay əvvəl ABŞ V
Sosial şəbəkələrdə yayılan bir video izləyicilərin diqqətini çəkib.
Gürcüstanda Azərbaycan, Türkiyə, Banqladeş, Özbəkistan və Mərakeş və
Məşhur türk aktyoru Zafer Ergin uzun illər rol aldığı "Arka Sokaklar
