Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?


Digərləri 17 Yan 2026 22:20:00 73 0

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

Azərbaycanda qızıl bazarı uzun illərdir həm investisiya, həm də zərgərlik sektorunda mühüm rol oynayır. Statistik məlumatlara əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 4.5 milyard ABŞ dolları dəyərində 44.4 ton qızıl idxal olunub. Eyni dövrdə ölkədə yalnız 2.6 ton qızıl istehsal edilib. Bu rəqəmlər göstərir ki, daxili istehsal idxaldan xeyli geri qalır və bazar əsasən xarici məhsullara yönəlmiş vəziyyətdədir. Bu isə bir sıra vacib sualları gündəmə gətirir: Azərbaycanda hansı ölkələrin qızılına böyük tələbat var? Ölkələrin qızılları hansı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir? İdxalı azaltmaq imkanlarımız varmı? Yerli zərgərlərin məhsuldarlığı necədir, onların məhsullarına tələbat varmı?

Son.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İdxalda lider ölkələr

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirir ki, idxal statistikasına əsasən, Azərbaycana qızıl Rusiya, Türkiyə, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya və Qazaxıstan kimi ölkələrdən gətirilir: "Bu ölkələr qızıl hasilatı, emalı və ticarəti sahəsində dünya bazarında əhəmiyyətli mövqeyə malikdir. Xüsusilə İsveçrə və Böyük Britaniyadan idxal olunan qızıl əsasən bank külçələri və investisiya məqsədli məhsullar kimi istifadə olunur. Türkiyə və İtaliya qızılı daha çox zərgərlik sənayesi üçün nəzərdə tutulur. Rusiya və Qazaxıstan isə Azərbaycana əsasən xammal və yarımemal qızıl tədarük edən ölkələr sırasında yer alır".

Özünəməxsus xüsusiyyətlər

Ekspertin sözlərinə görə, qızılın mənşə ölkəsi onun keyfiyyət göstəricilərinə, emal texnologiyasına və istifadə sahəsinə birbaşa təsir göstərir: "Məsələn, İsveçrə qızılı yüksək saflığı (99.99%) və beynəlxalq sertifikatlaşdırma standartlarına uyğunluğu ilə tanınır. Bu səbəbdən İsveçrə külçələri əsasən maliyyə qurumları və investisiya məqsədli alıcılar üçün cəlbedici hesab olunur. Türkiyə və BƏƏ qızılı dizayn müxtəlifliyi və zərgərlik məmulatlarının geniş çeşidi ilə seçilir. Bu ölkələrdən Azərbaycana əsasən hazır zərgərlik məmulatları idxal edilir. Region ölkələrində olduğu kimi, Azərbaycanda da türk və ərəb istehsalı olan zinət əşyalarına tələbat yüksəkdir. Satışda olan zərgərlik məhsullarının təxminən 3 faizi brend məmulatlardan ibarətdir ki, onlar da əsasən İtaliya və İspaniya mənşəlidir. Xüsusilə İtaliya qızılı incə işlənməsi, zərif dizaynı və premium seqmentdə tanınması ilə fərqlənir. BƏƏ qızılı qlobal ticarət mərkəzi funksiyasını daşıyır və qiymət baxımından rəqabət qabiliyyətli hesab olunur".

Daxili istehsal yetərli deyil

Rövşən Əmircanov onu da vurğulayır ki, idxaldan asılılığın müəyyən qədər azaldılması mümkündür: "Qızıl idxalını qısa müddətdə tam şəkildə azaltmaq real görünmür. Bunun əsas səbəbi qızılın eyni zamanda investisiya aləti, zərgərlik xammalı və strateji ehtiyat kimi çoxşaxəli funksiyaya malik olmasıdır. Bununla belə, idxaldan asılılığın müəyyən qədər azaldılması mümkündür. İlk növbədə, daxili qızıl hasilatının artırılması vacib amillərdən biridir. Hazırda Azərbaycanda qızıl hasilatı həyata keçirilsə də, mövcud həcmlər daxili tələbatı tam ödəmək üçün yetərli deyil. Digər tərəfdən, yerli emal və zərgərlik sənayesinin inkişafı idxal olunan hazır məmulatların həcmini azaltmağa imkan verir. Bundan əlavə, alternativ investisiya alətlərinin genişləndirilməsi və maliyyə bazarlarının dərinləşdirilməsi qızıla olan tələbatı müəyyən qədər zəiflədə bilər. Lakin mövcud şəraitdə qızıl idxalı Azərbaycanın iqtisadi və maliyyə sisteminin təbii və zəruri tərkib hissəsi olaraq qalmaqdadır".

"Elza xanım böyük sənətkardır, adi insan deyil" like
  • 17 Yan 22:05  
Şou-biznes "Elza xanım böyük sənətkardır, adi insan deyil"

Əməkdar artist Lalə Məmmədova və müğənni Zamiq Hüseynov "İki ba�

arrow Ətraflı
Zığ dairəsiHava Limanı yolunda sürət həddi endirildi like
  • 17 Yan 21:48  
Digərləri Zığ dairəsiHava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar ol

arrow Ətraflı
Tramp Qrenlandiya planını dəstəkləməyən 8 Avropa ölkəsinə vergi qoydu like
  • 17 Yan 21:43  
Digərləri Tramp Qrenlandiya planını dəstəkləməyən 8 Avropa ölkəsinə vergi qoydu

Qrenlandiyanı ABŞ-nin nəzarətinə keçirmək istəyən Donald Tramp bu plan

arrow Ətraflı
Xaçmazda istehsalat sexində yıxılan şəxs xilas edilib like
  • 17 Yan 21:40  
Digərləri Xaçmazda istehsalat sexində yıxılan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçma

arrow Ətraflı
Buz dövrünü xatırladan görüntülər: qar 4cü mərtəbəyə çatdı like
  • 17 Yan 21:37  
Digərləri Buz dövrünü xatırladan görüntülər: qar 4cü mərtəbəyə çatdı

Rusiyanın Kamçatka bölgəsində günlərdir davam edən şiddətli qar fırt�

arrow Ətraflı
Azərbaycanda toyda qan düşdü like
  • 17 Yan 21:24  
Digərləri Azərbaycanda toyda qan düşdü

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Bakıda qəfil halı pisləşən gənc qız yolda öldü like
  • 17 Yan 21:20  
Digərləri Bakıda qəfil halı pisləşən gənc qız yolda öldü

Bakıda evdə halı pisləşən gənc qız yolda ölüb.

arrow Ətraflı
Tarix Əliyevin ailəsində xoş gün  Elçilik oldu like
  • 17 Yan 21:18  
Şou-biznes Tarix Əliyevin ailəsində xoş gün Elçilik oldu

Aparıcı-prodüser Tarix Əliyevin ailəsində xoş gün yaşanıb.

arrow Ətraflı
"Toyuğun başını və ayağını yenidən toyuqlara yem kimi verirlər? like
  • 17 Yan 20:49  
Digərləri "Toyuğun başını və ayağını yenidən toyuqlara yem kimi verirlər?

Efirdə qalmaqal yaşanıb. Son.az xəbər verir ki, Azərbaycan Quş Əti, Y

arrow Ətraflı
Ucardakı qəzada ölən müəllimin FOTOSU like
  • 17 Yan 20:35  
Digərləri Ucardakı qəzada ölən müəllimin FOTOSU

Xəbər verdiyimiz kimi, Ucarın Qazıqumlaq kəndi ərazisində "Mercedes&

arrow Ətraflı
"Şəhriyarın saçı yoxdur, parik taxır" like
  • 17 Yan 20:25  
Şou-biznes "Şəhriyarın saçı yoxdur, parik taxır"

Aparıcı Elşən Orucov, İlkin Həsəni və müğənni Zamiq Hüseynov aparıc

arrow Ətraflı
Sağlam qidalanıram, amma arıqlaya bilmirəm: bədən nəyə müqavimət göstərir? like
  • 17 Yan 20:11  
Digərləri Sağlam qidalanıram, amma arıqlaya bilmirəm: bədən nəyə müqavimət göstərir?

Bir çox insan pəhriz saxladığını və sağlam qidalandığını düşünsə

arrow Ətraflı
Xamenei: Bilirəm ki, xalqın dolanışığı həqiqətən, çətindir like
  • 17 Yan 19:57  
Digərləri Xamenei: Bilirəm ki, xalqın dolanışığı həqiqətən, çətindir

Bilirəm ki, İranda iqtisadi vəziyyət qənaətbəxş deyil, xalqın dolanış

arrow Ətraflı
Budama tullantıları zibil deyil: budaq parçalarını qazanca çevirməyin yolları like
  • 17 Yan 19:32  
Digərləri Budama tullantıları zibil deyil: budaq parçalarını qazanca çevirməyin yolları

Hər il budama mövsümündə ortaya çıxan tonlarla budaq və bitki tullantıs

arrow Ətraflı
Kadırovun oğlu qəzadan sonra medalla təltif edildi like
  • 17 Yan 19:16  
Dünya Kadırovun oğlu qəzadan sonra medalla təltif edildi

Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırov "Atom elekt

arrow Ətraflı