Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları
Digərləri 17 Yan 2026 16:54:00 71 0
Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu xəbəri də oxu: Bəzi yerlərdə külək güclənəcək XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda prokuror Tural Yaqubov təqdirləndirilənə ittiham aktını elan edib.
İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi təqdim edərək bir neçə nəfərin etibarında sui-istifadə edərək onların 1 milyon manata yaxın pulunu mənimsəyib.
İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Zamiq Xankişiyev istintaqa cəlb olunduqdan sonra əvvəl barəsində həbs, daha sonra isə həbs olmayan qətimkan tədbiri seçilib.
Araşdırmalarla məlum olub ki, Zamiq Xankişiyevdən ən çox zərər görən şəxs onun tanışı olan iş adamı P.S.-dir.
O iş adamına Neftçaladakı Olimpiya İdman Kompleksinin tikintisində istifadə olunan beton işləri üçün 60 min manatlıq sement sifariş verərək pulunu ödəyəcəyinə vəd etsə də, həmin vəsaiti mənimsəyib.
Zamiq Xankişiyev daha sonra zərərçəkən P.S.-nin etibarından istifadə edərək onun "Maserati Ghibli" markalı avtomobilini dəyərindən çox ucuz qiymətə - 48 min ABŞ dollarına sataraq mənimsəyib. O, bundan başqa iş adamına məxsus "Mercedes-Benz S-Klass" markalı avtomobilini 85 min ABŞ dollarına sataraq onun 50 min ABŞ dollarını qaytarıb, 35 min ABŞ dollarını isə mənimsəyib.
Zamiq Xankişiyev bu və ya digər yalan vədlər verməklə iş adamı P.S.-nin ümumilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.
Təqsirləndirilən bundan başqa tanış olduğu S.V.-ni də aldadaraq ona müxtəlif tikinti layihələrində iştirak edərək külli miqdarda qazanc əldə edəcəyini deyib. O, bu adla tanışının külli miqdarda pulunu və avtomobilini ələ keçirərək mənimsəyib. O, S.V.-nin ümumilikdə 180 min manatını mənimsəyərək ona külli miqdarda ziyan vurub.
Zamiq Xankişiyevdən zərər görməsi ilə bağlı şikayət edən digər şəxs isə onun müəssisəsində fəhlə işləyən F.Ə. olub. O, işçisinə 5 690 borclu olub və bunun qarşılığında ona KIA markalı avtomobili verəcəyini vəd edib. Amma Z.Xankişiyev bu məbləği də mənimsəyib.
Qeyd edək ki, Zamiq Xankişiyevin barəsində irəli sürülmüş ittihamda adları keçən zərərçəkənlərdən başqa da onun əməllərindən zərər görən daha bir neçə nəfərin də olduğu bildirilir.
Məhkəmədə hakim təqsirləndirilən Zamiq Xankişiyevə ittiham olunduğu maddənin ağırlıq dərəcəsini xatırladaraq törətdiyi əməllərin sübut olunacağı təqdirdə onu 10 ildən 15 ilədək məhkum oluna biləcəyini xatırladıb. Z.Xankişiyev məhkəmədə özünü təqsirli bilməyib.
Növbəti proses yanvarın yanvarın 20-dək təxirə salınıb
Xatırladaq ki, Zamiq Xankişiyev zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaqa cəlb olunub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.
Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Onu da qeyd edək ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb.
Əlavə edək ki, təqsirləndirilən şəxs "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış və rüşvət qalmaqalı ilə vəzifəsindən uzaqlaşdırılmış Fəyyaz Xankişiyevin oğludur. O, bununla yanaşı bahalı avtomobil kolleksiyası olan bir şəxs kimidə tanınıb.
Yanvarın 18-19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər b�
Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilm
Son günlər mediada və sosial şəbəkələrdə zəlzələ "ekspertlərin
İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərə əlavələr
Alimentlərlə əlaqədar işçinin əməkhaqqında tutulmalara dair yeni norma
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
Hazırlanacaq texnologiya çiplərin birbaşa baş beyninə implantasiya olunmas
Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi qayd
Lüks moda brendi "Hermes" müştərilərinin məşhur Birkin çantas�
Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılmas�
Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çə
Ötən ilin ilk 10 ayında Azərbaycan 981 min ABŞ dolları dəyərində 547 to
Tovuzda 1976-cı il təvəllüdlü Ç.Axundov yaşadığı Aşağı Öysüzlü k
