“Dünyagöz”ün baş həkiminin səhvinə görə gözüm kor olub” 63 yaşlı şikayətçi


Digərləri 16 Yan 2026 23:29:00 64 0

“Dünyagöz”ün baş həkiminin səhvinə görə gözüm kor olub”  63 yaşlı şikayətçi

"Dünyagöz" klinikasında əməliyyat olunan Bakı sakini 1962-ci il təvəllüdlü O.Hacıyev bir gözünün görmə qabiliyyətini itirdiyini deyir. 

Son.az xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən şikayətçi gözünün kor olmasında klinikanın baş həkimi Kənan Yıldırımı ittiham edib.

Onun sözlərinə görə, 2024-cü ilin may ayında Kenan Yıldırım tərəfindən sol gözündə katarakt əməliyyatı icra edilib: "Əvvəl tibbi müayinə ilə 30 faiz görmə qabiliyyətinə malik gözüm əməliyyatdan bir neçə gün sonra tamamilə kor oldu. Bizə məlum oldu ki, həkimlər gözün ilkin müayinəsində sol gözümdə drp-torlu qişada qanaxmalar olduğunu və həmin qanaxmaların Rubeozis İridis və Qlaukoma xəstəliyinə səbəb olduğunu müəyyən etməyiblər. Bunlar həkim tərəfindən zəruri müalicə tələb edib və əməliyyatın yolverilməz olduğunu bilsələr də, buna əməl etməyiblər".

O.Hacıyev əlavə edib ki, əməliyyatdan sonra sol gözündə ağrılar başlayıb və göz təzyiqi artıb: "Bununla bağlı olaraq başqa göz həkimlərinə müraciət etdik. Bütün həkimlər birmənalı olaraq bildirdilər ki, gözümdə katarakt əməliyyatı icra edilməməli idi. Belə ki, həmin dövrdə, yəni mənim "Dünyagöz" xəstəxanasında ilkin müayinəmdə sol gözümdə drp-torlu qişada qanaxmalar olub və həmin qanaxmalar Rubeozis İridis və Qlaukoma xəstəliyinə səbəb olub. Hansı ki, həkim Kenan Yıldırım tərəfindən ilk növbədə göz dibi lazer olunmalı, sonra isə katarakt əməliyyatı olunmalı idi. Məhz baş həkim Kenan Yıldırımın səhvi nəticəsində sol gözüm ömürlük kor olub. Araşdırma zamanı təyin edilmiş Komisyon məhkəmə tibb ekspertizasının 22.09.2025-ci il tarixli KEŞ-786 nömrəli ekspert rəyində göstərilib ki, mütəxəssis müayinəsinə əsasən, OS sol göz PC İOL Retropupilar pozisiyalı Paul implantı, buynuz qişa şəffaf, iris kökündə rubeozis iris, arxa seqmentdə lazer spotları, yüksək risk PDR, C/D=1,0 tam atrofık optik sinir, periferiyaya yayılmış NVE müşahidə olunur, sol gözdə görmə qabiliyyəti isə işıq duyğusudur. Buna səbəb isə göz dibinin katarakta əməliyyatından əvvəl panretinal fotokoaqulasiyanın olunmaması, katarakta əməliyyatı zamanı və ya əməliyyatdan sonra qlaukoma əməliyyatının icra edilməməsi olub".

Şikayətçi bildirib ki, baş vermiş hadisə ilə bağlı Səbail Rayon Prokurorluğuna müraciət ediblər və ekspertizalar təyin edilib: "Ekspertiza 3 dəfə rəy verərək atamın gözünün həkim səhlənkarlığı ucbatından kor olduğunu bildirib. Lakin prokurorluq müxtəlif əsaslar gətirərək Kenan Yıldırım barəsində Cinayət Məcəlləsinin 314-c2 (Səhlənkarlıq) maddəsi ilə işin açılmasını hər dəfə rədd edir".

Məlumat üçün bildirək ki, Səbail Rayon Prokurorluğu şikayətçiyə məktub göndərərək onların müraciəti ilə bağlı cinayət işinin açılmasının rədd edildiyini, məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət edə biləcəklərini qeyd edib.

İttihamlarla əlaqədar "Dünyagöz" klinikası ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirilib ki, O.Hacıyev 3 may 2024-cü il tarixində sol gözdə az görmə şikayəti ilə xəstəxanaya daxil olub: "Uzman doktor Kənan Yıldırım tərəfindən aparılan mikroskopik müayinə nəticəsində sağ gözdə görmə eynəklə 1.0 (tam), eynəksiz 80% və sol gözdə görmə Ə.H (əl hərəkəti) səviyyəsində aşkar edilib. Sağ gözdə başlanğıc katarakt, sol gözdə ifrat yetişmiş katarakt aşkarlanıb. Sağ gözün fundusunda diabetik retinapatiya, sol gözün fundusu aydınlanmayıb. Xəstəyə olunan USG müayinəsində retina dekolmanı və Vitreus hemorragiyası müşahidə edilməyib. Əməliyyatdan sonra görmənin artmaya biləcəyi ikinci bir əməliyyata ehtiyac ola biləcəyi, diabetik retinopatiya ilə əlaqədar olaraq lazım gələrsə, Avastin inyeksiyası ve ya Arqon lazer fotokoqulasiya oluna biləcəyi xəstəyə izah edilib. Sol gözə katarakt əməliyyatı məsləhət görülmüş, amma göz dibi aydın görünmədiyi üçün əməliyyatdan sonra görmənin çox artmaya biləcəyi  barədə məlumat verilib".

Klinikanın açıqlamasında qeyd edilib ki, katarakt əməliyyatı mayın 6-da icra edilib: "Əməliyyat sonrası yoxlanışında heç bir fəsad aşkar edilməyib. Xəstənin görməsi Ə.H səviyyəsindən 0.3 səviyyəsinə yüksəlib. Aparılan müayinədə Fundus Preproloferatif diabetik retinopatiya aşkar edilib. OCT müayinə nəticəsində Makuler ödem aşkar edilməyib. Xəstəyə şəkərini nəzarətdə saxlaması və 3 ay sonra təkrar müayinəyə gəlməsi məsləhət görülüb. Lakin xəstə müayinəyə gəlməyib və bu müddət ərzində şəkərinin hansı səviyyədə olduğu bilinməməkdədir. 6 ay sonra 18 noyabr 2024 cü il tarixində vətəndaş təkrar müayinə üçün xəstəxanamıza müraciət edib. Müayinə zamanı xəstənin sol gözündə görmə 0.3 səviyyədə, təzyiq 58 ölçümü göstərib. Aparılan ön seqment müayinəsində Korneada diffüz epitel ödəm və irisdə neovaskularizyon aşkar edilib. İlkin müdaxilə olaraq 300 CC mannitol qoşulub. Daha sonra xəstə göz şikayətinə uyğun retinoloq həkimə yönəldilib. Həkim müayinə edərək ilk etapda xəstənin sol gözünə avastin inyeksiyası, 1 həftə sonra arqon lazer müdaxiləsi məsləhət görüb. Lakin xəstə xidmət almadan xəstəxanadan gedib və ondan sonra müraciət etməyib. Nəticə olaraq bildirim ki, xəstə bizim xəstəxanaya ilk gəldiyi tarixdə - 3 may 2024-cü ildə sol gözdə görməsi əl hərəkəti səviyyəsində olub, əməliyyatdan sonra isə son gəldiyi 18 noyabr 2024-cü il tarixində görmə 30% səviyyəsində aşkar edilib. Səbail Rayon Prokurorluğunda aparılan araşdırma zamanı keçirilən tibbi ekspertiza zamanı müəyyən edilib ki, pasiyent üzərində digər tibb müəssisəsində tibbi müdaxilə-əməliyyat olub". Son.az 

Keçmiş futbolçu Ümit Karan həbs edildi like
  • 16 Yan 23:25  
Digərləri Keçmiş futbolçu Ümit Karan həbs edildi

İstanbulda aparılan narkotik araşdırması çərçivəsində hava limanında

arrow Ətraflı
Bu işçilərin geyim forması dəyişdi  QƏRAR like
  • 16 Yan 23:23  
Digərləri Bu işçilərin geyim forması dəyişdi QƏRAR

Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilər

arrow Ətraflı
Məşhur təmizlik məhsulu bazardan yığılır: tərkibindəki maddə sonsuzluğa səbəb olur like
  • 16 Yan 23:15  
Digərləri Məşhur təmizlik məhsulu bazardan yığılır: tərkibindəki maddə sonsuzluğa səbəb olur

Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsind

arrow Ətraflı
"Seçim qarşısında qalsaydım, ailəmdən ayrılmazdım" like
  • 16 Yan 23:04  
Şou-biznes "Seçim qarşısında qalsaydım, ailəmdən ayrılmazdım"

Xalq artisti Gülyanaq Məmmədova şəxsi həyatından danışıb.

arrow Ətraflı
İranda insanlar kuponla alışveriş etməyə başladı like
  • 16 Yan 22:40  
Digərləri İranda insanlar kuponla alışveriş etməyə başladı

İranda 2025-ci ilin dekabrında başlayan şiddətli etiraz aksiyalarından son

arrow Ətraflı
Tramp İrana təşəkkür etdi like
  • 16 Yan 22:33  
Digərləri Tramp İrana təşəkkür etdi

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi tərəfindən yanvarın 15-də h

arrow Ətraflı
Kadırovun oğlu qəzaya düşdü, vəziyyəti ağırdır like
  • 16 Yan 22:29  
Dünya Kadırovun oğlu qəzaya düşdü, vəziyyəti ağırdır

Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adəm Kadırov avtomobil qəzasına

arrow Ətraflı
Fərqanə Qasımovanın qızının toyudur like
  • 16 Yan 22:14  
Şou-biznes Fərqanə Qasımovanın qızının toyudur

Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın

arrow Ətraflı
Daha bir türk dövləti rus dilindən uzaqlaşır like
  • 16 Yan 22:10  
Dünya Daha bir türk dövləti rus dilindən uzaqlaşır

Qırğızıstandakı televiziya kanallarına məzmunlarının 40%-dən çoxunu r

arrow Ətraflı
Bu tarix də bayramlar sırasına daxil edildi  RƏSMİ like
  • 16 Yan 21:57  
Digərləri Bu tarix də bayramlar sırasına daxil edildi RƏSMİ

20 Sentyabr - Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü

arrow Ətraflı
Paşinyan hər kəsi rəqsə dəvət etdi like
  • 16 Yan 21:42  
Digərləri Paşinyan hər kəsi rəqsə dəvət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 30-da İrəvanda keçirilə

arrow Ətraflı
30 yaşdan sonra əzələ itkisinin qarşısını necə almalı? like
  • 16 Yan 21:35  
Digərləri 30 yaşdan sonra əzələ itkisinin qarşısını necə almalı?

Bir çoxumuz üzümüzdəki qırışlara qarşı mübarizə aparsaq da, bədəni

arrow Ətraflı
"Ata, qardaş oturub qızın xınasına baxır, belə şey olar?" like
  • 16 Yan 21:23  
Şou-biznes "Ata, qardaş oturub qızın xınasına baxır, belə şey olar?"

Əməkdar artist Elza Seyidcahan toyun ortasında xınayaxdı edənləri tənqid

arrow Ətraflı
Sınaq müddətində özünü doğrultmayan işçilərin nəzərinə! like
  • 16 Yan 21:11  
Digərləri Sınaq müddətində özünü doğrultmayan işçilərin nəzərinə!

İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydasınd

arrow Ətraflı
Bəzi doktorant və dərslik yazan işçilərə ödənişli məzuniyyət verilməsi məcburi olacaq like
  • 16 Yan 21:00  
Digərləri Bəzi doktorant və dərslik yazan işçilərə ödənişli məzuniyyət verilməsi məcburi olacaq

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri qaydalarında dəyi�

arrow Ətraflı