İşçilər bu hallar aşkar edildikdə işdən çıxarılacaq
Digərləri 16 Yan 2026 20:31:00 80 0
İşçinin işdən kənar edilməsinin əsaslarının siyahısı genişləndirilib.
Bu xəbəri də oxu: Bayram günlərinin məzuniyyət dövrünə düşməsi ilə bağlı yeni QAYDA
Son.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, işəgötürən aşağıdakı hallarda da mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə biləcək:
işçi icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə; müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda; əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə. İşəgötürən işçinin işdən kənar edilməsi üçün əsas olan hal aradan qaldırılanadək işçini işdən kənarlaşdıra biləcək.
İşçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halın xarakterinə, işçinin işdən kənarlaşdırıldığı müddətdə həmin halın aradan qalxmasına və ya davam etməsi ondan asılı olan hallarla bağlı işçinin etdiyi hərəkətlərə (hərəkətsizliklərə) uyğun olaraq işəgötürən tərəfindən müəyyən ediləcək.
İşəgötürən işçinin işdən kənarlaşdırılması barədə əmrini (sərəncamını, qərarını) vaxtından əvvəl ləğv edə biləcək.
Türkiyə Milli Müdafiə Nazirliyi İrandan mümkün kütləvi miqrasiya ilə b
"Yanvarın 12-si evimizin altında yerləşən su borusu partlayıb, amma q
Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərlə bağl�
Birləşmiş Ərəb Əmirlikləri ailə institutunu gücləndirmək üçün diqq
Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatı qaydalarında
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın varisi oğlu Bilal, kürəkəni
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində
Müğənni Şəbnəm Tovuzlu "Tarixin bir günü" verilişinin canlı
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
Gəncə şəhərində Ozan küçəsinin üçüncü dalanında yaşayan vətənda
15-16 yanvar 2026-cı il tarixlərində İsveçrənin Cenevrə şəhərində Niz
Bakıda fəaliyyət göstərən "By Məhsəti" qadın salonu müştə
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Ümumi təhsil haqq�
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ümumilikdə 328 min 61 mül
