Rəsmi gəliri olmayan şəxslərə banklar niyə kredit vermir?
Digərləri 16 Yan 2026 14:00:00 78 0
Bankların rəsmi gəliri olmayan şəxslərə kredit verməməsi cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdəndir. Bir çox vətəndaş qeyri-rəsmi gəliri olsa da, banklardan kredit ala bilmədiyini bildirir.
Bu xəbəri də oxu: Vətəndaşa 90 faizlə kredit veriblər Birə üç almaq istəyirlər
İqtisadçı Akif Nəsirli Son.az-a açıqlamasında bildirib ki, bankların rəsmi gəliri olmayan şəxslərə kredit ayırmamasının əsas səbəbi risk və qanunvericilik tələbləridir. Onun sözlərinə görə, banklar Mərkəzi Bank tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır və verdikləri hər kredit üzrə hüquqi və maliyyə əsaslandırma aparmaq məcburiyyətindədirlər:
"Rəsmi gəlir bank üçün borcalanın krediti uzunmüddətli dövrdə ödəyə biləcəyinin əsas sübutudur. Gəlir rəsmi deyilsə, onun davamlı və stabil olacağı bank tərəfindən sübut edilə bilmir".
İqtisadçı qeyd edib ki, qeyri-rəsmi gəlir faktiki mövcud olsa belə, bank üçün hüquqi dəyərə malik deyil. Çünki bu gəlir sənədlə təsdiqlənmir, vergi uçotunda görünmür və istənilən vaxt kəsilə bilər. Nəzərə çatdırıb ki, banklar şəxsi bəyanata deyil, yalnız sənədləşdirilmiş maliyyə məlumatlarına əsaslanır:
"Kreditlər adətən bir neçə illik öhdəlikdir. Bank bu müddət ərzində borcalanın maliyyə vəziyyətinin stabil qalacağına əmin olmalıdır".
A.Nəsirli əlavə edib ki, bəzi hallarda banklar rəsmi gəlir tələbini dolayı yolla arxa plana keçirə bilərlər. Belə ki, rəsmi gəliri olan zaminin mövcudluğu, likvid girovun təqdim edilməsi, depozit qarşılığında kredit və ya birgə borcalanın rəsmi gəlirli olması kredit ayrılmasına imkan yarada bilər:
"Əslində bank üçün əsas məsələ rəsmi gəlirin özü yox, riskin təminatla kompensasiya olunmasıdır".
İqtisadçı bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, BOKT-ların rəsmi gəlirə ciddi yanaşmamasının səbəbi onların bank statusuna malik olmamasıdır:
"BOKT-lar daha zəif tənzimlənir, adətən kiçik məbləğli və qısa müddətli kreditlər verir, riski isə yüksək faizlə kompensasiya edirlər. Bu səbəbdən qeyri-rəsmi gəliri olan şəxslər üçün daha əlçatan görünürlər. Amma nəticədə kreditin ümumi dəyəri xeyli baha başa gəlir".
Mina Mikayılova Son.az
"APF Group" MMC-nin rəhbəri dəyişib.
Cənubi Koreyanın keçmiş prezidenti Yun beş il həbs cəzasına məhkum edi
Təxminən iki il əvvəl Türkiyənin "Show TV" kanalında yayımlana
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiy
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən &
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mo
Rumıniya Milli Bankının qızıl ehtiyatlarının Moskvaya göndərilməsi hek
Bu konfrans yalnız akademik müzakirə və ya simvolik bir tədbir deyil. Konfr
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi
Türkiyəyə gedən iranlı reper sosial şəbəkə hesabında paylaşım edər�
Sumqayıtda atasını döyərək öldürməkdə təqsirləndirilən Z.B.nin cina
Qeyri-rəsmi birgə yaşadığı qadını boğaraq öldürməkdə ittiham olun
İranda 19 gündür davam edən ümumxlaq etirazlarında öldürülən 2677 nəf
Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam o
