İsmayıllıda 5 kəndi təmin edən su anbarı quruyur? AÇIQLAMA
Digərləri 16 Yan 2026 10:38:00 58 0
İsmayıllı rayonundakı Aşıqbayramlı su anbarında su əhəmiyyətli dərəcədə azalıb.
Bu xəbəri də oxu: Sabah Bakının iki rayonunda qaz olmayacaq
Bu barədə Son.az-a rayon sakinləri məlumat verib.
Yaranmış vəziyyətlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumata görə İsmayıllı rayonundakı Aşıqbayramlı Su Anbarını təmin edən Qəzli-Aşıqbayramlı suaparıcı kanalı torpaq məcralı idi.
"Hazırda həmin kanalın beton üzlüklə əvəz olunması işləri həyata keçirilir. Hava şəraiti ilə əlaqədar işlər müvəqqəti dayandırılıb. Hava şəraiti yaxşılaşan kimi işlər davam etdiriləcək", - deyə qurumdan məlumat verilib.
Qeyd edək ki, Aşıqbayramlı su anbarı İsmayıllı rayonu ərazisində İvanovka kəndi yaxınlığında yerləşir. Dəvəbatan çayının yatağında yerləşir. Dəvəbatan çayının suyunu bənd vasitəsilə saxlamaq üçün yaradılmış bu göl 1951-ci ildə istifadəyə verilib. Adını yaxınlığındakı eyniadlı kənddən alıb. Su anbarı 5 kəndi suvarma suyu ilə təmin edir.
Fərid Zöhrabov Son.az
Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat had
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun bəzi ərazilərində elek
Xalq artisti Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim" mahn
İranın keçmiş prezidenti Həsən Ruhani və keçmiş xarici işlər naziri M
ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Mariya Korina Maç
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan aras�
Pirşağıda yük maşını ilə motosikl toqquşub.
Tovuzda 6 kq-dan artıq narkotik maddə aşkarlanıb.
Müğənni Qumral Musayeva qalmaqallı açıqlamaları ilə diqqət mərkəzinə
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
