Oktay Kaynarca "Kim Milyoner Olmak İster"dən ayrılır?
Şou-biznes 15 Yan 2026 20:18:00 71 0
İstanbulda aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində saxlanılan və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan məşhur aktyor Oktay Kaynarcanın ATV-dəki gələcəyi sual altındadır. İddialara görə, kanal rəhbərliyi aktyorun təqdim etdiyi "Kim Milyoner Olmak İster" proqramı ilə bağlı kəskin qərar verməyə hazırlaşır.
Bu xəbəri də oxu: Röyadan sevənlərinə xoş xəbər
Son.az xəbər verir ki, aralarında Oktay Kaynarca və Emel Müftüoğlunun da olduğu 6 şübhəli jandarma tərəfindən saxlanılıb. Məhkəmə Tibb Qurumunda qan, saç və sidik nümunələri alınan şübhəlilərdən 2-si həbs edilib. Kaynarca və Müftüoğlu isə ev dustaqlığı tələbi rədd edilərək, ölkədən çıxış qadağası qoyulmaqla sərbəst buraxılıblar.
İstintaq materiallarında yer alan və həbs edilən Rabia Karacanın ifadələri böyük səs-küyə səbəb olub. Karaca ifadəsində narkotik və fuhuş partiyalarının təşkil edildiyini, bu məclislərdə Oktay Kaynarcanın da iştirak etdiyini və ona "qadın hədiyyə edildiyini" iddia edib. Oktay Kaynarca isə ilkin ifadəsində bu ittihamları qətiyyətlə rədd edərək, sözügedən şəxslərlə yaxın dostluğu və qeyd olunan hadisələr haqqında deyilənlərin yalan olduğunu bildirib.
Hadisələrin böyüməsi və ağır ittihamların mətbuata sızmasından sonra ATV rəhbərliyinin hərəkətə keçdiyi bildirilir. Kulis məlumatlarına görə, kanalın imicinə xələl gəlməməsi üçün "Kim Milyoner Olmak İster" yarışmasının aparıcısı Oktay Kaynarca ilə yolların ayrılması gündəmdədir. Hələlik kanal rəhbərliyindən rəsmi bir açıqlama gəlməsə də, yaxın günlərdə proqramın yeni bir aparıcı ilə davam edəcəyi və ya yayımının dayandırılacağı gözlənilir. Lalə Qüdrətova Son.az
Fransa Prezidenti Emmanuel Makronun ölkənin cənubundakı İstres hərbi bazas
Hazırda kanalizasiya sistemi olmayan ərazilər Bakı ətrafı kənd və qəsə
Aktyor Ufuk Özkanın səhhəti pisləşib. Aktyorun qardaşı Umut Özkan mətb
Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin kəşfiyyat məlumatl
Portuqaliya Xarici İşlər Nazirliyi (XİN) ölkənin İrandakı səfirliyinin
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda binada yanğın baş ver
Bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçə
Ərinin qətlə yetirilməsi ilə əlaqədar sevgilisi Zahir Soltanovla birgə i
"Azəriqaz" İstehsalat Birliyinin (İB) smart sayğacları mexaniki s
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi a
"Rilo Kiley" qrupunun müğənnisi Jenny Lewis 50 yaşını qeyd etmə
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına m�
Son illər Azərbaycanda yas mərasimlərində artan xərclər və israfçılıq
