Avtobusla Naxçıvana gedən sərnişinlər niyə soyuq havada yolda qalırlar? AÇIQLAMA
Digərləri 15 Yan 2026 11:40:00 58 0
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakıdan Naxçıvana gedən avtobus sürücüləri sərnişinləri soyuq havada yolda qoyub, yollarına davam edirlər. Buna səbəb isə, sərnişinlərin Culfa gömrüyünün həm İran, həm də Naxçıvan tərəfində saatlara davam edən yoxlanış prosesinə sürücülərin səbrsiz davranışıdır.
Bu xəbəri də oxu: ABŞ 24 saat ərzində İrana hərbi müdaxilə edəcək İDDİA
Mövzu ilə bağlı Son.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər ki, sərnişinlər gömrük məntəqəsində avtobusu tərk etdikdən sonra nəqliyyat vasitəsi prosedura uyğun olaraq müəyyən yoxlamalardan keçir və sənədləşmə işləri aparılır.
"Yalnız yoxlamalar bitdikdən sonra avtobus gömrük məntəqəsini tərk edir.
Problemin kökündə bəzi sərnişinlərin məsuliyyətsizliyi və İran gömrük məntəqəsi ərazisində alış-veriş etməsi səbəbindən avtobusa gecikməsi dayanır.
Avtobuslar məntəqədəki yoxlamalardan sonra sərnişinləri 30 dəqiqə gözləyir. Qeyd edək ki, avtobus hələ İran ərazisində olarkən sürücü sərnişinlərə bu barədə xəbərdarlıq edir. Gözləmə vaxtı tamam olduqda avtobuslar ərazini tərk edir.
Əlavə edək ki, yüksüz sərnişinlərin əksəriyyəti sərhədi keçdikdən sonra xəbərdarlıq etmədən taksilərlə, yaxud dayanacaqda saxladıqları şəxsi avtomobillərlə ərazini tərk edir. Bu səbəbdən avtobus sürücüsü nə qədər sərnişini gözləməyin lazım olduğunu dəqiq müəyyən edə bilmir.
Eyni zamanda, problemlə üzləşmiş vətəndaşın bizimlə əlaqə saxlamasını xahiş edirik. Tərəfimizdən təcili araşdırma aparılacaq və müvafiq tədbirlər həyata keçiriləcək", - deyə qurumdan bildirilib.
Fərid Zöhrabov Son.az
Müğənni Türkan Vəlizadə ilə aparıcı Vüsalə Əlizadə arasında yaşan
Bakı şəhərində olan icra hakimiyyətlərində bir sıra struktur dəyişikl
Azərbaycanlıların qida rasionunda balığın xüsusi yeri var. Son dövrlər
Son günlər sabiq təhsil naziri Misir Mərdanovun ətrafında söhbətlər sə
İstanbulda fenomen Rabia Karacanın narkotik istintaqı çərçivəsində həbs
ABŞ vətəndaşlarına İranı dərhal tərk etmələri tövsiyə olunub. Təhl
Gürcüstan hökuməti plastikdən istifadənin azaldılması istiqamətində ye
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Yol verdikləri pozuntulara görə 7 vəkil barəsində intizam tənbehi tədbir
Türkiyəli pop ulduz Hadisənin son konsertindən yayılan görüntülər sosia
Son günlər yayılan xəbərlərə görə, regionda nisbi seysmik aktivləşmə
"Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandad
Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb.
