Laçında ata mülkünə köçən ailə indi də obyekti istəyir
Digərləri 14 Yan 2026 14:37:00 80 0
Laçında ata-baba evi müasir şəkildə təmir edilərək keçmiş məcburi köçkün ailəsinə təhvil verilib. Lakin ailə onlara təqdim olunan evlə kifayətlənmir.
Bu xəbəri də oxu: TikTokda sənət danışır: heykəltaraşların dünyası
Son.az xəbər verir ki, bu barədə "Xəzər TV"yə Alıyevlər ailəsi müraciət edib.
Bildirilib ki, onlar 2023-cü ildə Laçına köçürülən ilk ailələrdəndirlər. Laçın şəhəri Həzi Aslanov küçəsi 82 ünvanında yerləşən ev Alıyevlərin mülkiyyəti hesab olunur. Sözügedən ev dövlət vəsaiti hesabına müasir şəkildə təmir edilərək ailəyə təhvil verilib. Yaşayış üçün bütün zəruri şərait yaradılıb. Qeyd edilib ki, lakin ailə təqdim olunan bu imkanlarla kifayətlənmir. Onlar əlavə tələblərlə çıxış edərək işğaldan əvvəl onlara məxsus olduğunu iddia etdikləri torpaq sahəsində yerləşən köməkçi tikilinin də özlərinə verilməsini tələb edirlər.
Süjetdə vurğulanıb ki, 2023-cü ilin iyul ayında Laçına köçürülən ilk ailələrdən biri olduqları üçün sevincini gizlətməyən, bunu böyük xoşbəxtlik kimi dəyərləndirən, müsahibələr verərək təşəkkürünü bildirən Qərənfil Alızadə indi fikrini dəyişib. Çəkiliş müddətində onunla danışmaq mümkün olmayıb, əvəzində qardaşı şikayətini dilə gətirib.
Problemlə bağlı Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, həmin tikilinin yaşayış üçün uyğun olmaması barəsində ailə məlumatlandırılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə qeyd olunub ki, şikayətçi Laçına köçərkən ailə üzvlərinin sayını 5 nəfər kimi göstərib.
"Dr. Elnara" MMC-nin rəhbəri, kosmetoloq Elnarə Ramiz qızı Rzayev
İrandan gələn məlumatlara görə, dekabrın 28-də başlayan genişmiqyaslı
14.01.2026-ci il tarixində saat 12:00 radələrində Respublika Təcili və Tə
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min? Belə şey yoxdur".
Müğənni Elit Star Cəmilə sosial şəbəkələrdə yayılan açıqlaması il
Bu gün rəqəmsal platformalar artıq təkcə əyləncə və gündəlik kontent
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sə
ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edib.
Astara rayonunun dağ kəndi Siyəküdə ağır sosial vəziyyət hökm sürür.
Müğənni Nəfəs qatıldığı verilişlərin birində şəxsi həyatı ilə b
Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, parlament
Sosial şəbəkədə müxtəlif şəxslərin profillərinin oxşarını yaradara
2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr a
Məşhur animasiya "Simpsonlar" hər il olduğu kimi bu dəfə də g�
