“Ana dili – Azərbaycan məktəbi”: xaricdə yaşayan soydaşlarımız üçün II yarımil üzrə Ana dili dərslərinə başlanılır
Digərləri 14 Yan 2026 11:57:00 75 0
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlar üçün həyata keçirilən "Ana dili - Azərbaycan məktəbi" layihəsinin 2025-2026-cı tədris ilinin II yarımili üzrə qeydiyyat prosesinə start verilib.
Bu xəbəri də oxu: Müəllimlərin NƏZƏRİNƏ:Növbəti mərhələ başlayır
Qeydiyyat üçün son müraciət tarixi 28 yanvar 2026-ci ildir. Qeydiyyata keçid: https://anadili.agma.az/
Nəzərinizə çatdırırıq ki, II yarımil üzrə dərslərin 1 fevral 2026-cı il tarixində başlaması planlaşdırılır.
Xatırladaq ki, sözügedən layihə ölkəmizdən kənarda yaşayan soydaşlarımızın Azərbaycan dilini məsafədən öyrənmələrini, ana dilini qoruyub saxlamalarını və milli-mədəni dəyərlərimizə bağlılıqlarının gücləndirilməsini hədəfləyən sosial-təhsil yönümlü təşəbbüsdür.
"Ana dili - Azərbaycan məktəbi" müxtəlif yaş qruplarını və fərqli dil bilik səviyyələrini əhatə edən onlayn tədris modeli əsasında fəaliyyət göstərir. Layihədə iştirak etmək istəyən şəxslər yaş qrupları, Azərbaycan dilini bilmə səviyyələri və yaşadıqları ölkələrin vaxt zonalarına uyğun şəkildə formalaşdırılan qruplara cəlb olunurlar. Bu məqsədlə iştirakçılar əvvəlcədən qısa dil səviyyəsi yoxlamasından keçirilirlər. Tədris prosesi təcrübəli və ixtisaslı müəllimlər tərəfindən interaktiv təlim metodları əsasında, əvvəlcədən müəyyən edilmiş qrafik üzrə həftədə 2-3 dəfə "Microsoft Teams" platforması vasitəsilə tam ödənişsiz formada təşkil olunur.
Tədris proqramı yalnız dil bacarıqlarının inkişafını deyil, eyni zamanda Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəni irsi haqqında sistemli biliklərin aşılanmasını da əhatə edir.
Qeyd edək ki, proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilini bilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat verilir.
Əlavə sual yaranarsa, aşağıdakı əlaqə vasitələrinə müraciət etmək mümkündür:
Elektron poçt: [email protected],
Əlaqə: +994 51 226 71 21 (WhatsApp, Telegram)
Dünən tanınmış aparıcı və jurnalist Xoşqədəm Hidayətqız 52 yaşın�
Bir çox məktəblərdə uşaqların kütləvi şəkildə xəstələnməsi müş
"Yanvarın 12-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçiril
Böyük şəhərlərdə köhnə və istifadəyə yararsız tikililər, eləcə d
Jurnalist Kamil Həmzəoğluya (Həmidov) ağır itki üz verib.
"Qrenlandiya ABŞ-nin bir hissəsi olmaq istəmir, ada Danimarkanı seçir&
"Bir neçə saat sonra Yaxın Şərqdə tarixin ən böyük müharibəsi ba
Aparıcı Vüsalə Əlizadənin anası Lütviyyə Əlizadə xəstəxanaya yerlə
Tailandda qaldırıcı kran qatarın üstünə aşıb.
Reper atasına 10 milyonluq avtomobil hədiyyə edib.
Xırdalanda yağan yağışlar ciddi fəsadlar yaradıb.
Yanvarın 9-u Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Kamal Vahid oğ
Zəngilan rayonunun Ağalı kəndinə köçürülməsinin 3 ili başa çatan və
Bakının Nəsimi rayonunun ayyarımlıq icra başçısı Elxan İbrahimovun iş
