Ziraat Bank Azərbaycan mobil tətbiqində QRkod ilə ödəniş imkanını istifadəyə verdi
Digərləri 14 Yan 2026 10:15:00 95 0
Ziraat Bank Azərbaycan rəqəmsal bankçılıq xidmətlərinin inkişafı istiqamətində növbəti addımını ataraq mobil tətbiqində QR-kod vasitəsilə ödəniş funksiyasını müştərilərinin istifadəsinə təqdim edib.
Bu xəbəri də oxu: Kompensasiya yetərsizdirsə, vətəndaş nə etməlidir?
Yeni xidmət AniPay sistemi çərçivəsində həyata keçirilir və fiziki şəxs müştərilərə POS-terminallar vasitəsilə daha sürətli, rahat və təhlükəsiz şəkildə nağdsız ödəniş etməyə imkan yaradır.
QR-kodla ödəniş prosesi sadə mexanizm üzərində qurulub. Alış-veriş zamanı müştəri ödənişi QR-kod vasitəsilə həyata keçirmək istədiyini bildirir. Satış nöqtəsində POS-terminalda ödəniş məbləği daxil edilərək "QR ödəniş" funksiyası seçilir və formalaşdırılmış QR-kod təqdim olunur. Müştəri Ziraat Bank Azərbaycan mobil tətbiqində müvafiq bölməyə daxil olaraq QR-kodu skan edir, ödəniş məlumatlarını yoxlayır və cari hesabını, debet və ya kredit kartını seçməklə əməliyyatı təsdiqləyir. Ödəniş kecdikden sonra əməliyyat POS-terminal vasitəsilə təsdiqlənir və müştəriyə qəbz təqdim olunur.
Bu yenilik nağdsız ödənişlərin genişləndirilməsinə, gündəlik maliyyə əməliyyatlarının daha çevik həyata keçirilməsinə və müştəri məmnuniyyətinin artırılmasına xidmət edir. Ziraat Bank Azərbaycan rəqəmsal bankçılıq həllərini davamlı olaraq təkmilləşdirərək müasir və təhlükəsiz maliyyə xidmətlərinin təqdimatını genişləndirməyi hədəfləyir.
ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaq
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer
İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan nef
Hazırda ölkənin bir neçə ərazilərdə, xüsusi ilə Abşeron yarımadasın
Bakının 7-ci mikrorayon ərazisində avtomobil yolda çuxura düşüb batıb
Türkiyəli aktyor Oktay Kaynarcanın məhkəmə nəzarəti çərçivəsində ev
Müğənnilər Sevil və Sevinc Səfərovaların mərhum ataları ilə bağlı p
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Təbrizin "Traktor" klubunun keçmiş futbolçusu Mojtaba Torşiz İra
ABB-də (Azərbaycan Beynəlxalq Bankı) yeni təyinat olub.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Kanal D-də yayımlanan və BKM istehsalı olan məşhur "İnci Taneleri&qu
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdərə rayon sakin
Azərbaycan qızıl bazarında qiymətlər günbəgün dəyişir və müşahidə
Bakı Dövlət Universitetində (BDU) yanvarın 15-də "Audiovizual mediada
