Meyvəli "Atom Keks" resepti: Meyvələr dibə çökmür, yupyumşaq tekstura
Digərləri 14 Yan 2026 05:05:00 82 0
"Atom Keks" - quru meyvələr, qoz və kök ilə ləzzəti zənginləşdirilmiş, teksturası nəmli qalan və çay saatlarının vazkeçilməzi olan praktik bir keksdir. Bu reseptin ən böyük sirri meyvələrin xəmirin hər tərəfinə bərabər paylanması və dibə çökməməsidir.
Bu xəbəri də oxu: İKTAdan sərt QƏRAR
Son.az lazım olan ərzaqları təqdim edir: Yumurta: 3 ədəd
Şəkər tozu: 1 stəkan
Süt: 1 stəkan
Duru yağ: 1 stəkan
Quru ərik: 7 ədəd (kiçik doğranmış)
Kişmiş: 2 yemək qaşığı
Döyülmüş qoz: 1 çay bardağı
Kök: 1 ədəd (rəndələnmiş)
Qabartma tozu: 1 paket
Vanil: 1 paket
Un: 3 stəkan
Şəkər kirşanı: Üzəri üçün (istəyə bağlı)
Hazırlanma qaydası Sobanı əvvəlcədən 170°C-yə qədər qızdırın. Keks qəlibini yağlayın.
Quru ərikləri kiçik kublar şəklində doğrayın. Kişmişlər iridirsə, onları da bölün.
Doğranmış quru meyvələri bir qabda az miqdarda unla qarışdırın (unlayın), sonra artıq unu ələklə təmizləyin. Bu, meyvələrin xəmirin dibinə çökməsinin qarşısını alacaq.
Dərin bir qabda yumurta və şəkər tozunu mikserlə ağarana qədər (təxminən 3-4 dəqiqə) çırpın.
Süd və duru yağı əlavə edib qısa müddət daha qarışdırın.
Un, qabartma tozu və vanili ələyərək qarışıma əlavə edin. Xəmir bir az qatı olmalıdır (bu, meyvələri saxlamaq üçün vacibdir).
Rəndələnmiş kökü əlavə edib spatula ilə qarışdırın. Sonda unlanmış quru meyvələri və qozu əlavə edib yüngülcə xəmirə yedirin.
170°C sobada təxminən 50 dəqiqə bişirin. Hazır olduğunu diş çöpü ilə yoxlayın.
Daha yaxşı qabarmaq üçün yumurtaların otaq temperaturunda olmasına diqqət edin.
Qozu xəmirin ən üstünə deyil, bir az içinə qarışdırsanız, bişərkən yanma riskini azaltmış olarsınız. Lalə Qüdrətova Son.az
Azərbaycan kişiləri orta testosteron göstəricisinə görə dünya üzrə 4-
Hipertoniyanın yaratdığı ən əhəmiyyətli zərərlərdən biri böyrək di
50 yaşdan yuxarı qadınlar qida rasionlarına xüsusi diqqət yetirməlidir, �
Türkiyəni ağuşuna alan soyuq və yağışlı hava şəraiti həyatı iflic e
"2000 manat rüşvət istənildi, vermədiyi tədqirdə şərlənərək iş
"Dərman içmədən 'zəhərli zob'dan xilas oldum".
''Doğuş sancısı ilə məni xəstəxanaya apardılar, vaxtında yard�
Bir çoxumuz mağazadan aldığımız əti elə öz qablaşdırmasında - yəni
Müğənni Günel Zeynalova ötən gün həkim Dilqəm Məhərrəmovla yayımlad
Milyonçu Ağamusa Nağıyevin nəvəsi, Tarix elmləri üzrə fəlsəfə doktor
Bir çox insan sarımsaqlı kartof püresi hazırlayarkən ən böyük səhvə y
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın dövlət katibi Ma
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Sitrus meyvələri güclü allergik xüsusiyyətlərə malikdir. Bundan əlavə
