Azərbaycan güclü zəlzələnin astanasında: Bu ərazilərdə gözlənilir...
Digərləri 13 Yan 2026 22:50:00 75 0
"Regionda nisbi seysmik aktivləşmə müşahidə olunur. Region dedikdə isə daha dəqiq desək, seysmik aktiv zona nəzərdə tutulur. Şamaxı-İsmayıllı ərazisi Azərbaycanın ən aktiv seysmik zonalarından biridir. Tarix boyu bu ərazilərdə güclü və hiss olunan zəlzələlər baş vermişdir".
Bu xəbəri də oxu: Nazir generalı təqaüdə göndərdi
Son.az xəbər verir ki, bunu "Yeni Sabah"a açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib. Onun sözlərinə əsasən, mövcud seysmik proseslər qonşu zəlzələ ocaqlarını da hərəkətə gətirə bilər:
"Ümumiyyətlə, bölgədə daim geodinamik və seysmik aktivlik müşahidə olunur. Müxtəlif vaxtlarda baş verən yeraltı təkanlar müasir cihazlar və seysmik stansiyalar tərəfindən qeydə alınır. Mən hər zaman xüsusilə hiss olunan zəlzələlərə diqqət çəkirəm. Şamaxı-İsmayıllı ərazisində baş verən zəlzələlərdən sonra yaxın seysmik ocaqlarda da müəyyən aktivləşmə mümkündür və bu proses bir neçə gün ərzində müşahidə oluna bilər. Eyni zamanda Aran bölgəsində, Hacıqabul istiqamətində tektonik qırılmalar mövcuddur və həmin ərazilərdə də seysmik aktivlik arta bilər".
Seysmoloq bildirib ki, ümumilikdə, Şamaxı-İsmayıllı zonası tektonik qırılmalar, seysmik ocaqlar və tektonik pozuntularla zəngin bir ərazidir:
"Bir daha təkrar edirəm ki, tarix boyu burada hiss olunan, bəzən də dağıdıcı gücə malik zəlzələlər baş vermişdir. Xüsusilə 1667-ci və 1902-ci illərdə güclü zəlzələlər qeydə alınıb. Son illərdə isə 2014 və 2019-cu illərdə də seysmik aktivlik müşahidə edilmiş, müəyyən dağıntılar baş vermişdir. 2026-cı ilin ümumilikdə seysmik və tektonik baxımdan necə keçəcəyi barədə indidən dəqiq fikir söyləmək tezdir. Lakin bir seysmoloq kimi ilk 3-4 ayın təhlili göstərir ki, ərazi öz xüsusiyyətlərinə uyğun şəkildə müəyyən qədər aktivləşib".
Gündəlik məişətdə istifadə etdiyimiz qab yuyucu vasitələrin (ağardıc�
Maliyyə azadlığı dedikdə, işləmədən də gündəlik xərclərimizi rahat
Yasamal rayonu, Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsind
Əməkdar artist Suğra Bağırzadə açıqlamaları ilə gündəm olub.
Tamella Sadıqova Sovet illəri dövründə Kosmik Tədqiqatlar İnstitutunda ç
Paytaxtın əsas magistrallarından birində yanğın hadisəsi qeydə alınıb.
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 20:00-a olan məlumat�
Xalq artisti Məleykə Əsədova qızı Gülərlə fotolarını yayıb.
Şairə Nazilə Səfərli müğənni Könül Kərimovanın onun sözlərinə bə
Prezident İlham Əliyev Ağdərə rayonunun Çapar kəndində görülmüş işl
"Evlənmə ərəfəsində heç kim bürcə müraciət etmir. Bürc önəmli
Qazax rayonunda N.Nərimanov qəsəbəsi və Canallı kəndinin qaz təminatına
"Şagird sayı az olan məktəblərdə tədrisin keyfiyyətinin aşağı ol
İranda geniş yayılmış xalq etirazları üsyandır və bu, İranın sərhəd
Nazir Ceyhun Bayramov Venesuelada baş verən hadisələr nəticəsində həyat�
