İKTAdan sərt QƏRAR
Digərləri 13 Yan 2026 18:28:00 76 0
Azərbaycanda telekommunikasiya və poçt xidmətləri sahəsində tənzimləyici qurum olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) "Premiumnetaz" MMC-nin internet telekommunikasiya xidməti göstərən provayder kimi uçotunun ləğv olunmasını təmin edib.
Bu xəbəri də oxu: Əvvəl göl idi, indi həyətlər su altındadır ŞİKAYƏT
Son.az xəbər verir ki, İKTA-nın apardığı araşdırma zamanı Cəmiyyətin internet telekommunikasiya xidməti göstərən provayder kimi uçota alınması məqsədilə təqdim etdiyi sənədlərdə sonradan yanlış məlumatlar əlavə olunduğu aşkarlanıb.
Qeyd olunan hal Nazirlər Kabinetinin 12 oktyabr 2017-ci il tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası"na əsasən uçotun ləğvi üçün birbaşa hüquqi əsas yaratdığından, bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müvafiq inzibati akt qəbul edib və "Premiumnetaz" MMC-nin internet telekommunikasiya xidməti göstərən operator kimi uçotu ləğv olunub.
İKTA internet xidmətlərindən istifadə zamanı abunəçilərin hüquqlarının və maraqlarının qorunmasının vacibliyini xüsusi olaraq vurğulayır və abunəçilərə yalnız qanunvericiliyə uyğun olaraq uçota alınmış operator və provayderlərin xidmətlərindən istifadəni tövsiyə edir. Uçota alınmamış operator və provayderlərin xidmətindən istifadə onun davamlılığına, keyfiyyətinə və istehlakçı hüquqlarının qorunmasına ciddi risklər yarada, eyni zamanda şikayət və hüquqi müdafiə mexanizmlərindən istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.
Qeyd edək ki, internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alınmadan fəaliyyət göstərməsi yolverilməzdir və bu hal mövcud qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yaradır.
Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci �
Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq.
Son iki il ərzində, - antiterror əməliyyatından sonra, - 2023-cü ildən bu
Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət Zəfər çaldı. Azərbayca
İranda iqtisadi problemlərə etiraz edən minlərlə insan 15-ci gündür nüm
Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği ş�
Qlobal iqlim dəyişikliklərinin sürətlə davam etməsi fonunda su ehtiyatlar
Qara dənizdə Qazaxıstana məxsus neft tankerləri kamikadze dronlarının hü
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
31 dekabrda Yeni ili xüsusi təmtəraqla qeyd edən ölkələrin bir çoxunda b
sitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" lə
Süni intellekt tərəfindən, yəni insanın iştirakı olmadan yaradılmış �
Müğənni Şəhla Həmidova illərdir kirayədə yaşadığını "Günə U
Yanvarın 13-də Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi
Azərbaycanın ilk rəqəmsal bankı Birbank Mərkəzi Bankın "Açıq bank
