İrandan idxal olunan məhsullar bahalaşdı
Digərləri 13 Yan 2026 01:29:00 76 0
İrandan idxal olunan məhsulların qiymətində artım müşahidə olunur.
Bu xəbəri də oxu: “Araz"dan alınan şirniyyatdan plastik qapaq çıxdı
Son.az Xəzər TV-yə istinadən bildirir ki, qonşu İranda baş verən son hadisələr və daxili qeyri-sabitlik Azərbaycanın istehlak bazarına təsirsiz ötüşmür. Artıq bir neçə gündür ki, paytaxt bazarlarında və topdansatış mərkəzlərində İran istehsalı məhsulların həm qıtlığı, həm də qiymət artımı müşahidə olunur.
Satıcılar bildirirlər ki, əgər bir neçə həftə öncə alıcılar bu məhsulları daha münasib qiymətə tapa bilirdilərsə, məhsul qıt olduğundan qiymətlər artıb.
Satıcılar bildirirlər ki, idxalın zəifləməsi ən çox gündəlik tələbat mallarına, xüsusən də yağ və düyü bazarına zərbə vurub. Ehtiyatlar tükəndikcə, qiymətlər də sürətlə artır. Məişət üçün kimyəvi və yuyucu vasitələr seqmentində də vəziyyət fərqli deyil.
Ekspertlər hesab edir ki, əgər tədarük bərpa olunmasa, bu qıtlıq digər idxal məhsullarının da süni şəkildə bahalaşmasına səbəb olar bilər. Alıcılar isə hələlik çarəni ya daha az almaqda, ya da yerli alternativlərə üz tutmaqda görürlər.
Hazırda bazardakı vəziyyət birbaşa sərhəddəki keçid qabiliyyətindən və İrandakı daxili sabitlikdən asılıdır. Qiymətlərin nə vaxt stabilləşəcəyi isə hələlik sual altındadır. Son.az
Abşeron rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Fransanın Tehrandakı səfirliyinin bəzi əməkdaşları ölkədə davam edən
İran xalqının mitinqi terrorçulara qarşı milli gücün nümayişidir.
Osmanlı tarixinin araşdırıcısı Fransevi Efendinin "Mən İranda Qacar
Toyuq əti bir çox insanın sevimli qidasıdır, lakin bəzi hissələrinin sa�
ABŞ prezidenti Donald Trampın Danimarka ərazisi olan bu Arktika adasını AB�
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün bütün variantları, o cü
Hər gün düşünmədən zibilə atdığımız boş tualet kağızı rulonları
İranda bahalıq və milli valyutanın dəyərdən düşməsi səbəbindən baş
Müğənni Xuraman Şuşalı 18 ildir idarə etdiyi avtomobilini satıb.
Vaşinqton administrasiyası ABŞ hakimiyyətinin icazəsi olmadan Venesueladan
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Oksford Universitetinin tədqiqatçıları arıqlama dərmanlarından (semagluti
"Mən də bu mövzu haqqında fikrlərimi bildirmək istəyirəm. Dünənd�
