Təhsil haqqı səhv köçürülərsə, güzəşt mümkündürmü?


Digərləri 12 Yan 2026 22:19:00 78 0

Təhsil haqqı səhv köçürülərsə, güzəşt mümkündürmü?

Sosial şəbəkələrdə bəzi tələbələrin təhsil haqqını səhvən başqa kart hesabına köçürdükləri və ya nömrənin balansına yüklədiklərini iddia etmələri geniş müzakirələrə səbəb olub.

Bu iddiaların nə dərəcədə real olduğu, həmçinin belə hallarda tələbələrin hansı hüquqlara malik olması məsələsi gündəmə gəlib.

Məsələ ilə bağlı təhsil tədqiqatçısı Elmin Nuri Son.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə tələbələr və ya onların yaxınları tərəfindən bu mövzu ilə bağlı paylaşımlara tez-tez rast gəlinir:

"Xüsusilə böyük təhsil və tələbə səhifələrində, qruplarında bu tip analoji paylaşımların şahidi olmuşuq. Açığı, bu kimi paylaşımların bir çoxu şəxsən mənə inandırıcı gəlməyib. Onları ya ümumiyyətlə uydurulmuş məlumat, ya da olsa belə, ciddi şəkildə şişirdilmiş hadisə kimi qəbul etmişəm. Bununla belə, bir məqamı da qeyd edim ki, heç bir insan səhvdən və yanlışlıqdan sığortalanmayıb".

Elmin Nuri qeyd edib ki, həqiqətən də kiminsə həyatında bu cür hallar baş verə bilər:

"Misal üçün, təhsil haqqının yanlışlıqla başqa kart hesabına köçürülməsi və ya səhv ünvana göndərilməsi mümkündür. Mən özüm də bir dəfə köçürəcəyim məbləği səhvən başqa hesaba yollamışam. Məbləğ çox cüzi olduğu üçün ciddi problem yaratmadı, amma bu hadisə yaddaşımda qaldı və indi köçürmələr zamanı xüsusi diqqət göstərirəm".

Onun sözlərinə görə, tələbələr onlayn ödənişlər zamanı xüsusilə diqqətli olmalıdırlar:

"Düşünürəm ki, bu problemi real olaraq yaşayan gənclərin sayı olduqca azdır. Çünki bugünkü tələbələr onlayn platformalarla, köçürmə xidməti göstərən tətbiqlərlə çox yüksək səviyyədə işləməyi bacarırlar. Bu cür yanlışlığa yol verənlərin sayı, məncə, ən yaxşı halda mində birdir".

Əlavə edib ki, bəzi hallarda yanlış köçürmə iddiası bəhanə kimi də istifadə oluna bilər:

"Təəssüf ki, pulu başqa məqsədlərə xərcləyib, sonradan yanlış köçürmə etdiyini iddia edənlər də olur. Halbuki hazırkı dövrdə hər şeyin izi qalır. Əgər doğrudan da yanlış köçürmə edilibsə, bu, ödəniş tarixçəsində görünür. Hətta bu mümkün olmasa belə, bank vasitəsilə məsələni müəyyənləşdirmək olar. Texniki detalları isə təbii ki, mütəxəssislər daha yaxşı bilirlər".

Elmin Nuri universitetlərin mövqeyinə də toxunaraq bildirib ki, bu kimi hallarla bağlı güzəşt gözləmək düzgün deyil:

"Universitetlərdə təhsil haqqının ödənilməsi ilə bağlı bu tip hallara görə hər hansı güzəşt nəzərdə tutulmur. Hüquqi baxımdan da yanlış köçürmə edən tələbənin universitetdən nəsə tələb etmək hüququ olduğunu düşünmürəm".

Mina Mikayılova Son.az


Xəbərə aid fotolar

Bakıda məşhur lisey rus bölməsinə qəbulu like
  • 12 Yan 22:10  
Digərləri Bakıda məşhur lisey rus bölməsinə qəbulu

Bakıda fəaliyyət göstərən Hədəf Liseylərində rus bölməsi üzrə 1-ci

arrow Ətraflı
"İranda internetin açılması üçün Maskla danışacağam" like
  • 12 Yan 22:00  
Dünya "İranda internetin açılması üçün Maskla danışacağam"

ABŞ Prezidenti Donald Tramp İranda hökumət əleyhinə etirazlar fonunda inte

arrow Ətraflı
Bakıda məşhur restoranlar şəbəkəsi like
  • 12 Yan 21:48  
Digərləri Bakıda məşhur restoranlar şəbəkəsi

Bakıda fəaliyyət göstərən "Pak Dad" restoranlar şəbəkəsi fə

arrow Ətraflı
"İranda vəziyyət nəzarət altına alınıb" like
  • 12 Yan 21:10  
Dünya "İranda vəziyyət nəzarət altına alınıb"

İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ölkədə etirazlarla

arrow Ətraflı
Pakistanda partlayış  7 polis öldü like
  • 12 Yan 20:59  
Dünya Pakistanda partlayış 7 polis öldü

Pakistanın şimal-qərbində yerləşən Tank rayonunda polis avtomobilinə qar

arrow Ətraflı
Müharibə başlayır?  NATO təyyarələri Türkiyə səmasında like
  • 12 Yan 20:46  
Dünya Müharibə başlayır? NATO təyyarələri Türkiyə səmasında

NATO-ya məxsus kəşfiyyat təyyarəsi Avropadan havalanaraq Türkiyənin hava

arrow Ətraflı
"60 yaşı var, qarınıayaqları açıq formada..." like
  • 12 Yan 20:35  
Şou-biznes "60 yaşı var, qarınıayaqları açıq formada..."

"Öz aramızda" verilişinin qonağı olan Əməkdar artist Almaz Əl�

arrow Ətraflı
"YouTube"da 140 ildir yayımı davam edən video peyda oldu like
  • 12 Yan 20:22  
Dünya "YouTube"da 140 ildir yayımı davam edən video peyda oldu

"YouTube" istifadəçilərinin qarşısına tövsiyələrdə gözləni

arrow Ətraflı
Prezident ölkəsinin ləğvini dəstəklədi like
  • 12 Yan 19:59  
Dünya Prezident ölkəsinin ləğvini dəstəklədi

Moldova Prezidenti Maya Sandu respublikanın suverenliyinin gələcəyi və Rum�

arrow Ətraflı
Pezeşkian milli müqavimət yürüşünə qatıldı like
  • 12 Yan 19:58  
Digərləri Pezeşkian milli müqavimət yürüşünə qatıldı

Bu gün İran Prezidenti Məsud Pezeşkian ölkəboyu davam edən etirazlara qar

arrow Ətraflı
50 yaşlı alzheimer xəstəsi itkin düşdü like
  • 12 Yan 19:56  
Digərləri 50 yaşlı alzheimer xəstəsi itkin düşdü

Abşeron rayonunda alzheimer xəstəsi kişi itkin düşüb.

arrow Ətraflı
Şəkidə kişi şillənin zərbəsindən öldü like
  • 12 Yan 19:44  
Digərləri Şəkidə kişi şillənin zərbəsindən öldü

Yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsi barədə

arrow Ətraflı
Sərnişinlərə ŞAD XƏBƏR like
  • 12 Yan 19:23  
Digərləri Sərnişinlərə ŞAD XƏBƏR

Bu gündən "biletim.az" portalından onlayn bilet alan sərnişinlər

arrow Ətraflı
Ukraynanın Əməkdar artisti vəfat etdi like
  • 12 Yan 19:16  
Şou-biznes Ukraynanın Əməkdar artisti vəfat etdi

11 yanvar tarixində tanınmış vokal pedaqoqu, Ukraynanın Əməkdar artisti R

arrow Ətraflı