Bu sahibkarlara maliyyə sanksiyası tətbiq edilməyəcək


Digərləri 12 Yan 2026 17:57:00 66 0

Bu sahibkarlara maliyyə sanksiyası tətbiq edilməyəcək

"Vergi Məcəlləsinə" edilən dəyişikliklərə əsasən, bu ildən Azərbaycanda "üfüqi monitorinq"in tətbiqinə start verildi.

Son.az xəbər verir ki, yeni monitorinq vergi risklərini vergi orqanına əvvəlcədən açıqlamaq imkanı yaradır.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bu isə o deməkdir ki, səyyar vergi yoxlamalarının keçirilməsi yalnız istisna hallarda mümkün olacaq.

Deputat qeyd edib ki, praktik olaraq, yeni qaydalar səyyar yoxlamaların sayını daha da minimumlaşdıracaq. Dediyinə görə, son illər səyyar yoxlamaların sayının azalması müşahidə olunur:

"Belə ki, 2024-cü ildə 800 mindən çox aktiv vergi ödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb. Səyyar yoxlamaların sayı 2023-cü illə müqayisədə 29%, 2018-ci ilə nisbətən isə 5 dəfə azalıb".

V.Bayramov vurğulayıb ki, yeni monitorinqdə vacib məqamlardan biri də bəzi hallarda maliyyə sanksiyalarının tətbiq olunmamasıdır. Yeni dəyişikliklərə əsasən, risklər əvvəlcədən vergi orqanına açıqlanıbsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Yalnız açıqlanmayan risklər vergi orqanı tərəfindən aşkar edildikdə - 25% maliyyə sanksiyası tətbiqi nəzərdə tutulur.

Bildirib ki, vergi orqanı "üfüqi monitorinq"in əhatə etdiyi dövr ərzində təqdim edilən məlumatları elektron formada izləyəcək. Yeni sistemin əsas üstünlüyü əvvəlcədən məsləhətləşmə mexanizmi ilə vergi risklərinin azaldılmasıdır. Maliyyə intizamının və korporativ idarəetmənin yaxşılaşmasına xidmət edəcək "üfüqi monitorinq" iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanı azalan qalıq və ya düz xətt metodu ilə hesablamaq seçiminin verilməsi də nəzərdə tutulur:

"Avtomatlaşdırılmış uçotu aparan və daxili nəzarət sisteminin tətbiq edən orta və iri sahibkarlar "üfüqi monitorinq"ə qoşula bilərlər. Bu həmçinin orta və iri ödəyicilərlə vergi orqanları arasında şəffaf əməkdaşlıq mexanizmi kimi xarakterizə olunur".

Mina Mikayılova Son.az  

“Sədai musiqi xoşdur” adlı solo konserti baş tutdu  FOTO like
  • 12 Yan 17:53  
Kriminal “Sədai musiqi xoşdur” adlı solo konserti baş tutdu FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xanəndə Mal

arrow Ətraflı
Baş nazir qərar imzaladı like
  • 12 Yan 17:48  
Digərləri Baş nazir qərar imzaladı

Dəmir armaturlar və şüşə listlər üçün gömrük yığımları müəyyə

arrow Ətraflı
Azərbaycanda hakim özünə etiraz etdi like
  • 12 Yan 17:42  
Digərləri Azərbaycanda hakim özünə etiraz etdi

Qusar Rayon Məhkəməsinin hakimi Əli Cəlilov məhkəmə prosesində özü-ö

arrow Ətraflı
“Araz"dan alınan şirniyyatdan plastik qapaq çıxdı like
  • 12 Yan 17:38  
Digərləri “Araz"dan alınan şirniyyatdan plastik qapaq çıxdı

"Araz Supermarket" şəbəkəsindən alınmış şirniyyat məhsulu ci

arrow Ətraflı
Milyonlarla "iPhone" təhlükədə like
  • 12 Yan 17:27  
Digərləri Milyonlarla "iPhone" təhlükədə

"Apple" milyonlarla "iPhone" istifadəçisini təsir edən k

arrow Ətraflı
Nizami Əhmədov kabinetində yaralandı  1000 manat like
  • 12 Yan 17:26  
Kriminal Nizami Əhmədov kabinetində yaralandı 1000 manat

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami

arrow Ətraflı
İranlı narkotacirlərə kuryerlik edənlər Bakıda tutuldular like
  • 12 Yan 17:20  
Kriminal İranlı narkotacirlərə kuryerlik edənlər Bakıda tutuldular

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları t

arrow Ətraflı
Deputat qohumu bu gün tələbənin öldüyü təhsil mərkəzinə direktor təyin edildi like
  • 12 Yan 17:06  
Digərləri Deputat qohumu bu gün tələbənin öldüyü təhsil mərkəzinə direktor təyin edildi

Bu gün tələbənin vəfat etdiyi Sənaye və Texnologiyalar üzrə Gəncə D

arrow Ətraflı
Azərbaycanlı müğənni ad günündə 173 min topladı, 1 milyonluq VİLLA aldı like
  • 12 Yan 17:01  
Şou-biznes Azərbaycanlı müğənni ad günündə 173 min topladı, 1 milyonluq VİLLA aldı

Müğənni Şəbnəm Tovuzlu təmtəraqlı ad günündən 173 min manat pul yı�

arrow Ətraflı
İrakli Qaribaşvili həbs olundu like
  • 12 Yan 16:55  
Digərləri İrakli Qaribaşvili həbs olundu

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili 5 il müddətinə azadl

arrow Ətraflı
Gümüşün qiymətində rekord like
  • 12 Yan 16:49  
Digərləri Gümüşün qiymətində rekord

Dünya birjalarında gümüşün qiymətində yeni rekord göstərici qeydə al�

arrow Ətraflı
Temperatur 10 dərəcə enəcək like
  • 12 Yan 16:42  
Digərləri Temperatur 10 dərəcə enəcək

Azərbaycanda yanvarın 13-ü axşamdan 14-ü axşamadək qeyri-sabit hava şər

arrow Ətraflı
Narkotik əməliyyatında saxlanılan məşhurlar bu oteldə görüşüblər like
  • 12 Yan 16:34  
Digərləri Narkotik əməliyyatında saxlanılan məşhurlar bu oteldə görüşüblər

İstanbul Baş Prokurorluğunun apardığı məşhurları hədəf alan narkotik

arrow Ətraflı