"Pulum çoxdur, araq içməkdə cavan oğlanları böyrü üstə qoyaram" Xalq artisti


Şou-biznes 12 Yan 2026 00:44:00 80 0

"Pulum çoxdur, araq içməkdə cavan oğlanları böyrü üstə qoyaram"  Xalq artisti

"Hər gün Ağstafada şair Səməd Vurğunun adına olan parka gedirəm və qoca kişilərə qoşulub nərd oynayıram. Başqa işim yoxdur, günümü belə keçirirəm".

Son.az xəbər verir ki, bunu Musavat.com-a Xalq artisti, uzun illərdir ki, Bakıdan Ağstafaya köçən aktyor Tariyel Qasımov deyib.

87 yaşlı sənətkar bildirib ki, mütəmadi olaraq paytaxta gəlib-gedir:

"Bakıya tez-tez gəlib-gedirəm. Radiodan, televiziyadan çağırırlar, tədbirlərə qatılıram. Mənim unudulmaq kimi problemim yoxdur".

Aktyor söhbət zamanı hazırda qardaşı ilə nərd oynadığını deyib:

"Qardaşımdan soruşun ki, Tariyel necə nərd oynayır?" Bu məqamda qardaşı telefondan səslənib, aktyorun yaxşı nərd oynadığını təsdiq edib və həmişə onu udduğunu bildirib.

Tariyel Qasımov Bakıda nümayiş etdirilən tamaşaları izlədiyini də bildirib:

"Məni tamaşaları izləməyə dəvət edirlər. Gəlib baxıb, fikrimi bildirirəm. Gənc Tamaşaçılar Teatrından ayrılsam da, mənim portretim teatrın foyesində birinci vurulub. Premyeralar olanda həmişə dəvət edirlər".

Aktyor ata yurdu Ağstafaya köçmə səbəbindən də danışıb:

"Burada sakitlikdir, təmiz havası var. Günüm xoş keçir. Hər gün nərd oynayıb başımı qatıram, darıxmıram".

Sənətkar gümrah qalması barədə bunları deyib:

"Bizdə çox yaşamaq genetikdir. Anam 101 yaşında rəhmətə gedib. Mənim 87 yaşım var, amma özümü cavan oğlam kimi hiss edirəm. Yeri gələndə qaçmaqda, yeyib içməkdə, araq içməkdə cavan oğlanları geridə qoyaram. Araq içməkdə onları böyrü üstə qoyaram.

Ağstafa rayonunda bütün insanlara qonaqlığı ancaq mən verirəm. Hamı da bilir ki, Prezident təqaüdü və yaşlılıq pensiyası alıram. Gəlirim çox yüksəkdir. Onu hər adam ala bilmir. Bizim rayonda çox adam kasıb yaşayır. Mən hətta vəzifəli adamlara da qonaqlıq verirəm. Bu gün vaxtı ilə güləş üzrə dünya çempionu olmuş Mayis müəllimə qonaqlıq verdim". Son.az

Qonşu ölkədə matəm elan edildi like
  • 12 Yan 00:31  
Dünya Qonşu ölkədə matəm elan edildi

İran hakimiyyəti "ABŞ və sionist rejiminə müqavimət göstərərək h

arrow Ətraflı
Metabolizmi sürətləndirmək və yağ yandırmaq üçün qəhvə necə içilməlidir? like
  • 12 Yan 00:23  
Digərləri Metabolizmi sürətləndirmək və yağ yandırmaq üçün qəhvə necə içilməlidir?

Düzgün qəhvə istehlakı orqanizmin daha çox enerji xərcləməsinə, tonusu

arrow Ətraflı
Çinli alimlərdən yeni batareya kəşfi: Daha təhlükəsiz və ucuz like
  • 12 Yan 00:12  
Digərləri Çinli alimlərdən yeni batareya kəşfi: Daha təhlükəsiz və ucuz

Enerji saxlama texnologiyalarında böyük bir sıçrayış baş verib. Çinli e

arrow Ətraflı
Günün qoroskopu: Yuxularınız və intuisiyanız sizə mühüm ipucları verə bilər like
  • 12 Yan 00:01  
Digərləri Günün qoroskopu: Yuxularınız və intuisiyanız sizə mühüm ipucları verə bilər

Son.az 12 yanvar 2026-cı il üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Bu bina Everest dağından belə hündürdür: Memarlıqda ağlasığmaz layihə like
  • 11 Yan 23:41  
Dünya Bu bina Everest dağından belə hündürdür: Memarlıqda ağlasığmaz layihə

Gələcəyin texnologiyaları və memarlıq vizyonu sərhəd tanımır. Mühənd

arrow Ətraflı
KİV: ABŞ yaxın həftələrdə İrana hücum planlaşdırır like
  • 11 Yan 23:32  
Digərləri KİV: ABŞ yaxın həftələrdə İrana hücum planlaşdırır

ABŞ İrandakı etirazlar fonunda "yaxın həftələrdə" bu ölkəyə

arrow Ətraflı
"Oğlu ilə dostam, amma özüylə danışmıram" like
  • 11 Yan 23:01  
Şou-biznes "Oğlu ilə dostam, amma özüylə danışmıram"

"Qorxmaz Əlili ilə danışmıram, amma oğlu Məmməd Əlili ilə dostam.

arrow Ətraflı
Məşhur müğənninin öldüyü təyyarə qəzasının like
  • 11 Yan 22:41  
Dünya Məşhur müğənninin öldüyü təyyarə qəzasının

Xəbər verdiyimiz kimi, Kolumbiyada baş verən kiçik təyyarə qəzası nəti

arrow Ətraflı
Heç bir halda bu ölkəyə getməyin: peşman oldum  Professor like
  • 11 Yan 22:33  
Digərləri Heç bir halda bu ölkəyə getməyin: peşman oldum Professor

Heç bir halda Hindistana səfər etməyin, hətta Tac Mahalı görmə həvəsin

arrow Ətraflı
Rafael Məmmədova yüksək vəzifə verildi like
  • 11 Yan 22:00  
Digərləri Rafael Məmmədova yüksək vəzifə verildi

Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı regional filialına yeni rəh

arrow Ətraflı
İcra başçısına ağır itki like
  • 11 Yan 21:31  
Digərləri İcra başçısına ağır itki

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənova ağır itki

arrow Ətraflı
Məşhur müğənni 34 yaşında vəfat etdi like
  • 11 Yan 21:15  
Şou-biznes Məşhur müğənni 34 yaşında vəfat etdi

Populyar musiqi janrının ən tanınmış simalarından biri, kolumbiyalı mü

arrow Ətraflı
Xırtıldayan kartof kroket resepti like
  • 11 Yan 21:05  
Digərləri Xırtıldayan kartof kroket resepti

Kartof kroket hazırlayarkən ən böyük problem onların qızararkən dağılm

arrow Ətraflı
Bakıda torpaq bahalaşıb like
  • 11 Yan 20:49  
Digərləri Bakıda torpaq bahalaşıb

Son dövrlər paytaxt Bakıda torpaq sahələrinin qiymətində kəskin artım m

arrow Ətraflı
“Artıq sizə neft də, pul da yoxdur”  Tramp like
  • 11 Yan 20:39  
Digərləri “Artıq sizə neft də, pul da yoxdur” Tramp

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Kubanı təhdid etməyə başlayı

arrow Ətraflı