Trampdan İrana yeni təhdid: "Müdaxiləyə hazırıq"
Dünya 10 Yan 2026 23:40:00 75 0
ABŞ Prezidenti Donald Tramp İranda səngimək bilməyən etiraz aksiyaları fonunda Tehran rəhbərliyinə qarşı növbəti sərt bəyanatla çıxış edib. Tramp rəsmi Vaşinqtonun baş verənlərə hərbi müdaxilə etməyə hazır olduğunu vurğulayaraq, "İran azadlığa heç vaxt olmadığı qədər yaxındır" ifadəsini işlədib.
Bu xəbəri də oxu: ABŞ İrana zərbə endirilməsi variantlarını müzakirə edir KİV
Son.az xəbər verir ki, ABŞ Prezidenti sosial media hesabında və Ağ Evdə keçirdiyi mətbuat konfransında İranda nümayişçilərə qarşı güc tətbiq olunacağı təqdirdə ABŞ-nin "vurmağa" və müdaxilə etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, 28 dekabr 2025-ci ildə başlayan etirazlarda yanvarın 9-na olan rəsmi olmayan məlumatlara görə, 15-i təhlükəsizlik əməkdaşı olmaqla cəmi 65 nəfər həyatını itirib, 2311 nəfər isə saxlanılıb.
İranın ali lideri Əli Xamaneyi Trampı öz ölkəsinin işləri ilə məşğul olmağa çağırıb və ABŞ-ni nümayişçiləri təhrik etməkdə ittiham edib.
Prezident Tramp İranın daxili vəziyyətini yaxından izlədiklərini bildirərək, bir neçə həftə əvvəl heç kimin ağlına gəlməyən hadisələrin baş verdiyini - xalqın bəzi şəhərlərdə idarəçiliyi ələ keçirdiyini iddia edib. O, "İranda insanlar öldürülərsə, biz müdaxilə edərik" deyərək hərbi variantın masada olduğunu bir daha xatırladıb.
İranda iğtişaşların əsas səbəbi yerli valyutanın xarici valyutalar (dollar və avro) qarşısında kəskin dəyər itirməsi və bahalçılıq olub.
Lalə Qüdrətova Son.az
Müntəzəm və ölçülü miqdarda qəhvə qəbulunun Alzheimer,Parkinson və
İran Prezidenti Məsud Pezeşkian ABŞ-ı ölkədəki etirazçıları sabitliyi
Süni intellekt texnologiyaları həyatımızı asanlaşdıran bir vasitə kimi
Məşhur ləzzət atlası "TasteAtlas" dünya mətbəxlərində fermen
Londonda İran İslam Respublikasının səfirliyinin binasında etiraz aksiyas�
Müğənni Mənzurə Musayeva ona məktub yazan Əməkdar artist Nüşabə Ələ
Amerikalı müğənni Britni Spirs bir daha konsert verməyəcəyi ölkənin ad�
Bu gün Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində hər hansı da�
Şəmkir rayonunda küçədə ictimai qaydanı pozan və söyüş söyən şəxs
Aparıcı Vüsalə Əlizadə Əməkdar artist Gövhər Rzayevanın "Xınan�
Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində çoxmərtəbəli y
İranın baş prokuroru Məhəmməd Mövahhedi Azad ölkədə artıq iki həftə
Fələstin əsilli amerikalı məşhur supermodel Cici Hadid saçlarının rəng
İranda davam edən etirazlar zamanı daha bir şəxs öldürülüb.
