Evdəki partlamağa hazır bombalar: Hansı cihaz nə dərəcədə risk daşıyır?
Digərləri 10 Yan 2026 00:42:00 91 0
Gündəlik həyatımızda məişət texnikalarını sadəcə köməkçi vasitələr kimi görsək də, əslində hər biri özünəməxsus ciddi risklər daşıyır. Çox vaxt qutusundan çıxarıb birbaşa elektrik şəbəkəsinə qoşduğumuz bu cihazların təlimat kitabçalarını oxumamağımız evlərimizi potensial risk sahəsinə çevirir. Elektrik enerjisinə görə yüksək istilik istehsal edən hər bir cihaz ehtiyatsız davrandıqda böyük bir təhlükə mənbəyinə çevrilə bilər.
Bu xəbəri də oxu: Diplomların verilmə forması dəyişdi Elektron olacaq
Son.az xəbər verir ki, xüsusilə qış aylarında həyatımızı asanlaşdıran paltarqurudan maşınlar işləyərkən çox yüksək temperatura çatır. Bu istiliyin təsiri ilə maşının filtrlərində yığılan kiçik toz və lif parçaları (hav) barıt qədər yanıcı ola bilir. Əgər bu filtrlər mütəmadi təmizlənməzsə, hava axını kəsilir və daxili temperatur nəzarətsiz şəkildə artır. Statistikaya görə, bu növ cihazlardan qaynaqlanan yanğınların əksəriyyəti məhz bu kiçik detalın laqeyd qalması səbəbindən baş verir.
Əlavə qızdırıcı vasitələr şəbəkədən çox yüksək cərəyan çəkir. Bu cihazları birbaşa divardakı rozetkaya taxmaq əvəzinə çoxlu rozetkalardan (udlinnitel) istifadə etmək naqillərin qızmasına və yanğına səbəb olur. Bundan əlavə, qızdırıcıların pərdə, yataq dəsti və ya mebellərə çox yaxın yerləşdirilməsi saniyələr içində fəlakətlə nəticələnə bilər. Cihazın ətrafında istiliyin paylanması üçün mütləq boş məsafə saxlamaq həyati əhəmiyyət kəsb edir.
Kofe maşınları ilə bağlı təhlükə təkcə elektriklə bağlı deyil. Daim nəm və isti olan bu mexanizmlər bakteriya və kif göbələklərinin inkişafı üçün ideal mühitdir. Baxımı və təmizliyi vaxtında edilməyən maşınlar ciddi mədə-bağırsaq xəstəliklərinə yol aça bilər. Həmçinin cihazda yaranan ərp (kalsium yığıntısı) həm qəhvənin keyfiyyətini aşağı salır, həm də süzgəc sistemini korlayaraq dolayı yolla sağlamlığımıza zərər verir.
Kiçik və zərərsiz görünən tosterlərin dibində toplanan çörək qırıntıları dəfələrlə yüksək temperatura məruz qaldıqda alışmağa meylli olur. Araşdırmalar göstərir ki, bu cihazlar işləyərkən havaya mikroskopik metal hissəcikləri də yaya bilər. Ən böyük səhvlərdən biri isə tosterin içində qalan çörəyi metal çəngəl və ya bıçaqla çıxarmağa çalışmaqdır; bu həm elektrik vurması, həm də cihazın daxili sisteminin zədələnməsi deməkdir.
Ev yanğınlarının ən böyük səbəbi olan sobalarda yığılan yağ və yemək qalıqları yüksək temperaturda asanlıqla alovlana bilər. Son illər populyarlaşan induksiya plitələri isə çox sürətlə qızdığı üçün xüsusilə yağlı yeməklərin anidən parlamasına səbəb olur. Qaz plitələrində isə sızma və açıq alov riski hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Lalə Qüdrətova Son.az
Müğənni Pərvin Lətifovla aprıcı Zaur Nəbioğlu arasında gərginlik yaş
Tərtərdə "VAZ-2107" markalı minik avtomobilinin traktorun kotanın
Kanadanın Konkordiya Universitetinin doktorantı Sara Sacedi tərəfindən apar
Tanınmış televiziya ulduzu Cozi Gibson qısa müddət ərzində xarici görü
"Qəzzada sülh planının həyata keçirilməsi üçün rəsmi Ankara üz�
Son.az 10 yanvar 2026-cı il üçün günün ulduz falını təqdim edir:
Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Gömrük Komitəsinin (DGK) aparat
Məşhur müğənni Keti Perri ilə Kanadanın keçmiş baş naziri Castin Trüd
Türkiyənin tanınmış sosial media fenomeni Şeyma Subaşı ilə bağlı apar
Xalq artisti Miri Yusif qızı Adellə birgə rəqs trendinə qoşulub.
