""Məcnun" deyədeyə qalmışam, dəvət etmirlər"
Şou-biznes 09 Yan 2026 15:00:00 80 0
Müğənni Eldəniz Məmmədov "Məcnun" obrazını canlandırmaq üçün dəfələrlə müraciət etməsinə baxmayaraq dəvət almamasından narazılıq edib.
Bu xəbəri də oxu: "Qızımın 20 yaşı var, hələ də sosial şəbəkəyə girməyə qoymuram"
Son.az-ın məlumatına görə, sənətçi bildirib ki, uzun illərdir bu rolu ifa etmək istədiyini açıq şəkildə dilə gətirsə də, müraciətləri cavabsız qalıb. Onun sözlərinə görə, yalnız çətin vokal əsərlərin ifası tələb olunduqda xatırlanır:
"Dəfələrlə müraciət etmişəm ki, 'Məcnun' obrazını oynamaq istəyirəm. Çətin əsərlər olanda deyirlər, buyurun gəlin, ifa edin. Halalları olsun, gedib oxumuşam. Amma söhbət roldan gedəndə hər dəfə başqa səbəb göstərilir".
Eldəniz Məmmədov qeyd edib ki, peşəkar musiqi təhsili var və bu sahədə çalışmaq istəyir:
"1996-cı ildə Musiqi Akademiyasını İslam Rzayevin sinfində bitirmişəm. Diplomumu evdə saxlamaq üçün almamışam. Təhsilim üzrə işləmək istəyirəm".
Müğənni Opera və Balet Teatrına da müraciətlər etdiyini bildirib. Onun sözlərinə görə, müraciətlər zamanı bəzən yer olmadığı, bəzən isə başqa səbəblər göstərilib:
"Getmişəm, gah deyiblər yer yoxdur, gah da başqa bəhanələr gətiriblər. Axırıncı dəfə 'çağıracağıq' dedilər, amma yenə xəbər çıxmadı. 'Məcnun' deyə-deyə qalmışam".
Sənətçi əlavə edib ki, Musiqi Akademiyasında "Leyli və Məcnun" operası üzrə dövlət imtahanında çıxış edib və Xalq artisti Arif Babayevdən yüksək qiymət alıb:
"Dövlət imtahanında 'Leyli və Məcnun'da oynamışam və Arif Babayevdən '5' qiyməti almışam".
Musa Son.az
2026/2027-ci tədris ili üçün ali təhsil və orta ixtisas təhsili müəssis
Gəncə sakini, 1969-cu il təvəllüdlü Fuad Bədəlov 1992-1994-cü illərdə
Astroloqlar yaxın dövrdə bürclərin bəziləri üçün həyatlarında kəski
Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.
Xəbər verdiyimiz kimi, Gəncədə alüminium zavodunun direktoru Cəmil Səfə
Rusiya hərbçiləri "Oreşnik" raket kompleksi ilə Ukraynaya zərbə
“Neftçi TV”nin lisenziyası ləğv edildi
Ayda 347 manat ödəməklə mənzil sahibi olmaq mümkündür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidm�
Narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən daha bir neçə tik
Türkiyədə davam edən fırtına insan tələfatına səbəb olub.
Azərbaycanda yanvarın 10-na gözlənilən hava şəraiti haqqında proqnoz aç
İstanbul Baş Prokurorluğu tərəfindən qızıl qaçaqmalçılığına qarş�
Paytaxt sakini Nigar Budaqlının komaya düşməsi ilə nəticələnən bu
Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə N
