Bakıda işdən çıxarılan icra başçısının səlahiyyətləri ona tapşırıldı
Digərləri 09 Yan 2026 12:12:00 94 0
Ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub.
Bu xəbəri də oxu: “Qobu Park”ın binaları əyilir? Rəsmi açıqlama
Son.az istinadla xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılıb.
Qeyd edək ki, Gülarə Verdiyeva Nəsimi RİH-dən öncə Bakının Nəsimi rayonu ərazisində fərqli dönəmlərdə iki məktəbin direktoru olub.
2013-cü ildə Nəsimi RİH-də humanitar məsələlər üzrə müavin təyin edilib. 2017-ci ildə isə fəaliyyətinə birinci müavin olaraq davam edib.
Gülarə Verdiyeva 2010-cu ildə parlament seçkisində deputatlığa namizəd olsa da, qalib gələ bilməmişdi.
Onu da əlavə edək ki, hazırda Nəsimi RİH-də rəhbər şəxs vəzifəsində cəmi iki nəfər qalıb. Bunlardan biri Gülarə Verdiyevadır, digəri isə müavin Zahid Xəlilov. Hazırda icra başçısı da daxil olmaqla, daha bir müavin postu, sektor müdiri - baş mühasib və başçısının köməkçisi vəzifələri vakantdır. İcranın digər müavini Ramiz Quliyevi isə Elxan İbrahimov vəzifəyə gələr-gəlməz işdən çıxarmışdı.
Xatırladaq ki, Elxan İbrahimov noyabrın 12-də Nəsiminin icra başçısı təyin edilsə də, işində yol verdiyi nöqsanlara görə növbəti ay vəzifəsindən azad olunmuşdu. /Teleqraf.az
ABŞ Prezidenti Donald Tramp "New York Times"a müsahibəsində bildir
Azərbaycan Respublikasının Nazirlər Kabineti təhsil haqqında dövlət sən
08.01.2026 tarixində Park Cinemanın Flame Towers filialında Azərbaycan kinem
Dünən axşam Qurtuluş Reabilitasiya Mərkəzindən qaçdığı deyilən jurna
"Qurtuluş" Reabilitasiya Mərkəzindən qaçan tanınmış jurnalist
Bəzi insanlar "BakıKart"ın ləğv edilcəyini iddia ediblər. Bunu
"Oskar" mükafatının sahibi olan məşhur aktrisa Nikol Kidman həya
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi həyata keçirilib.
Redaksiyamıza Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər
2026-cı il yanvarın 1-dən etibarən tütündən hazırlanan siqaretlərə tə
Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu azərbaycanlı iş adamı
