Tarixin devrilən prezidentləri: Siyasi süqutların xronikası
Dünya 08 Yan 2026 13:47:00 91 0
Tarix sübut edir ki, heç bir hakimiyyət əbədi deyil. Xalq etirazları, hərbi çevrilişlər, iqtisadi böhranlar və xarici müdaxilələr nəticəsində bir çox prezident və liderlər vəzifəsindən devrilib. Bu hadisələr bəzən demokratiyaya keçid, bəzən isə uzunmüddətli xaos və münaqişələrlə nəticələnib.
Bu xəbəri də oxu: Türk Hava Yolları Tehrana uçuşları ləğv etdi
Son hadisələrlə diqqət mərkəzinə gələn Venesuela prezidenti Nikolas Maduro Moros bu siyahıya daxil olub. Maduro 2013-cü ildən bəri Venesuelaya rəhbərlik etmişdi və 2025-ci ildə üçüncü dəfə prezidentlik andı içmişdi. Lakin 2026-cı il yanvarın 3-də keçirilən ABŞ xüsusi təyinatlıları əməliyyatı nəticəsində o və həyat yoldaşı Cilia Flores ələ keçirilib və ölkədən çıxarılıb.
Maduro ABŞ məhkəməsində cinayət ittihamları ilə üzləşir. Bu hadisə ölkənin tarixində devrilmiş prezidentlər kateqoriyasına daxil edilir və beynəlxalq münasibətlərdə geniş rezonans doğurur.
Bəs, tarix boyu hansı ölkə prezidentləri vəzifəsindən devrilib?
Zinəl Abidin Ben Əli (Tunis) 2011-ci ildə "Ərəb Baharı" dalğası ilə başlayan kütləvi etirazlar nəticəsində 23 illik hakimiyyət sona çatdı. Ben Əli ölkəni tərk etdi və Tunis regionda nisbətən uğurlu siyasi keçid yaşayan nadir ölkələrdən biri oldu.
Hüsnü Mübarək (Misir) 30 ilə yaxın hakimiyyətdə olan Mübarək 2011-ci ildə milyonlarla insanın qatıldığı etirazlardan sonra istefa verdi. Onun devrilməsi Misirdə siyasi sistemin köklü dəyişməsinə yol açdı.
Muəmmər Qəddafi (Liviya) 2011-ci ildə vətəndaş müharibəsi və NATO-nun müdaxiləsi nəticəsində devrildi və öldürüldü. Qəddafinin süqutu Liviyada dövlət institutlarının dağılmasına və uzunmüddətli qeyri-sabitliyə səbəb oldu.
Bəşər Əsəd (Suriya) Suriya prezidenti Bəşər Əsəd 2011-ci ildə başlayan xalq etirazları fonunda hakimiyyətini qorumaq üçün sərt hərbi tədbirlərə əl atdı. Etirazların vətəndaş müharibəsinə çevrilməsinə baxmayaraq, Əsəd rejimi Rusiya və İranın dəstəyi ilə uzun müddət hakimiyyətdə qaldı. 2024-cü il noyabrın 27-də "Heyət Təhrir əş-Şam" müxalifət birliyi genişmiqyaslı və sürətli hücuma keçib. "Heyəti Təhrir əl-Şam" silahlıları, onların müttəfiqləri olan Azad Suriya ordusu ilk günlərdə Suriyanın ən böyük şəhərləri Hələb və İdlibi, daha sonra Həma və Xümsü ələ keçirib. Dekabrın 8-də isə silahlı müxalifət Dəməşqə daxil olub və Əsəd rejiminə son qoyub. Bəşər Əsəd ailəsi ilə Moskvaya qaçıb və Rusiyadan sığınacaq alıb.
Viktor Yanukoviç (Ukrayna) 2014-cü ildə Avropa İttifaqı ilə yaxınlaşmadan imtina etməsi "Meydan" etirazlarına səbəb oldu. Yanukoviç ölkəni tərk etdi və parlament tərəfindən vəzifəsindən kənarlaşdırıldı.
Slobodan Miloşeviç (Serbiya/Yuqoslaviya) 2000-ci ildə seçkilərin saxtalaşdırılmasına qarşı etirazlar nəticəsində devrildi və sonradan Haaqa tribunalına təhvil verildi.
Alberto Fucimori (Peru) Korrupsiya qalmaqalları səbəbilə 2000-ci ildə istefa verdi və sonradan məhkum edildi.
Fidan Son.az
Çində bir məzmun yaradıcısı öz dizayn etdiyi helikopterlə TikTok-da canl
Bəzi xanımlar ərini heyvandan da aşağı görürlər”
Prezident İlham Əliyev "Nizamnamə kapitalında dövlətə məxsus səhml
"Rusiya-Ukrayna müharibəsindən sonra qardaşlarım Azərbaycana gəlib v
Avtomobili ödənişli parkinq yerində saxlama müddəti 24 saatdır. Bu müdd�
İranda davam edən etiraz aksiyaları zamanı İran İslam İnqilabı Keşikçi
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində toxunduğu məsəl
"Mərhum Vergilər Naziri Fazil Məmmədovun qohumu Binəqədi Rayonunun sa
Ötən ilin 12 iyul tarixində Tovuz rayonunun Kirən kəndində avtomobili yan
Dələduzluqda iitiham edilən SMM polis tərəfindən saxlanılıb.
