AMEAnın vəzifəli şəxslərinə cinayət işi açıldı
Digərləri 07 Yan 2026 17:10:00 93 0
Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
Bu xəbəri də oxu: "Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən yox, restorandan qaçıb"
Bu barədə Son.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ibtidai istintaqla həmin Mərkəzin direktoru Mehman Əliyevin baş mühasib Hasil Əskərov və ümumi işlər üzrə direktor müavini Namik Qasımov ilə cinayət əlaqəsinə girərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə vətəndaş Mehman Qəribovun köməkçiliyi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 2023-cü ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək əmək funksiyalarını faktiki olaraq icra etməyən şəxslərə əmək haqqının ödənilməsi, qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi adı ilə dövlət büdcəsinin vəsaitinin nağdlaşdırılmasına nail olmaqla onlara etibar edilmiş külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Mehman Əliyev və Hasil Əskərova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə), Namik Qasımova həmin Məcəllənin 179.2.1, 179.2.3, 179.2.4, Mehman Qəribova isə həmin Məcəllənin 32.5, 179.2.1, 32.5, 179.2.3, 32.5, 179.2.4 və digər maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə növündə əsas, Mehman Əliyev və Namik Qasımov barəsində iş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.
07.01.2026-cı il tarixində saat 13:00 radələrində Cəbrayıl rayonda baş v
"Təsir dairəsi" verilişində səsləndirilən etiraf birmənalı qa
Rusiyanın Perm bölgəsində vertolyot qəzaya uğrayıb.
Uzun illərdir Azərbaycanda sahəvi jurnalistikanın inkişafının vacibliyi �
Hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr da
Azərbaycan Milli QHT Forumu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokim
"Dərnəgül Nəqliyyat Tikinti Ticarət" ASC-nin İdarə Heyətinə y
"SOCAR Petroleum" QSC bu gün Qazaxda baş verən partlayışla bağl�
"Elnarə Abdullayeva və aparıcı dostlarımdan da incimişəm"
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Liviya hey
"Yuxu rejimi immun sisteminə və vitamin-mineral balansına çox ciddi tə
"İmmunitetin güclənməsi üçün bir neçə əsas faktor nəzərə alın
Beynəlxalq Muğam Mərkəzi ilin ilk muğam gecəsini təqdim edib.
"Nestle" şirkəti tərəfindən körpə və erkən yaşlı uşaqlar �
