Bir ekosistemi ötən ili yeniliklər və yüksək performansla bitirdi


Kriminal 06 Yan 2026 17:16:00 78 0

Bir ekosistemi ötən ili yeniliklər və yüksək performansla bitirdi

2025-ci ildə ölkənin biznes və maliyyə mühitinə daxil olan Bir ekosistemi yenilikləri, innovativ həlləri ilə müştərilərinə yeni imkanlar yaratdı. Birbank, Birmarket, m10 və MilliÖn kimi aparıcı brendlər və Trendyol Azərbaycan, BakıKart kimi birgə müəssisələrlə Bir ekosistemi müştərilərinə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlər təqdim etdi. 

İlin əvvəlindən etibarən həm müştərilər, həm də sahibkarlar üçün sürətli və təhlükəsiz ödəniş üsulu olan QR ödənişlərin əhatəsi Birbank-la 20 000 nöqtədə aktivləşdirilərək 40 000-ə çatdırıldı. Bu isə maliyyə sektorunda texnoloji yeniliklərin artmasına, əməliyyatların daha çevik və səmərəli idarə olunmasına dəstək oldu.  İctimai nəqliyyatda istifadəçilərin həyatını rahatlaşdırmaq ötən ilin əsas hədəflərindən biri oldu. İlk olaraq Birbank tətbiqində BakıKart balansının artırılması ilə başlayan layihənin davamında Birbank-ın tətbiq etdiyi texnoloji dəstək sayəsində Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus marşrutlarında və "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC) texnologiyasını tətbiq etmək mümkün oldu. Üstəlik bu texnologiya yalnız Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə etdi.  m10-a gətirilən ƏDV geri al imkanı da müştərilərin rəğbətini qazandı. Birbank Yığım hesabı ilə müştərilərin pul vəsaitlərini idarə etmək və gəlir əldə etməklə bağlı stereotipləri qırıldı. İstifadəçilər üçün gündəlik gəlir gətirməyi hədəfləyən məhsul, hesablanan faizə də faiz qazandırmaqla ötən ilin starlarından biri oldu. 

Rəqəmsal yeniliklərdə sərhəd tanımayan Bir ekosistemi müştərilərinə  investisiya dünyasının da qapılarını açmağı bacardı. Belə ki, 3 milyondan çox aktiv istifadəçisi olan Birbank ailəsinə tamamilə yeni mobil tətbiq - Birbank Invest qoşuldu. Bununla da dünyaca məşhur şirkətlərin səhmdarına çevrilmək, qlobal maliyyə bazarlarına çıxış əldə etmək bir klik qədər rahat, sürətli və təhlükəsiz oldu.

Müştərilərin alış-veriş vərdişini dəyişmək, onlayn ticarəti daha sürətli, rahat və əlçatan etmək də ötən ilin uğurlu layihələrindən biri idi. Trendyol onlayn alış-veriş platformasında aktivləşdirilən "İndi al, sonra ödə" ödəniş üsulu Birbank mobil tətbiqində istifadəyə verildi. Alış-verişlərini 4 bərabər hissəyə bölərək 2 ay müddətinə edə bilmək imkanı müştərilər üçün əsl fürsət yaratdı. 

Partnyor şəbəkəsi genişlənərək 4000-ə çatdı. Bu isə müştərilərə minlərlə satış nöqtəsində bonus qazanmaq və xərcləmək imkanı yaratdı. m10-la uzaqdakı yaxınlara pul göndərmək isə bir neçə klik qədər asanlaşdı. İlin sonunda təqdim edilən m10 tətbiqdaxili rəqəmsal kartı isə vəsaitlərin istifadəsini beynəlxalq səviyyəyə qaldırdı və istifadəçilərə dünyanın hər yerində rahat ödəniş imkanı tanıdı. 

Həmçinin, Bir ekosistemlə ölkədə inklüzivlik sahəsində tarixi yeniliyə imza atıldı. Azərbaycanın bank sektorunda ilk dəfə olaraq, eşitmə və nitq məhdudiyyətli müştərilər üçün "İşarət dili ilə videozəng xidməti" Birbank mobil tətbiqində istifadəyə verildi.

2025-ci ilin uğurlarından ilham alaraq, Bir ekosistemi 2026-cı ildə daha da genişlənməyi və yeni maliyyə innovasiyaları təqdim etməyi hədəfləyir. Əsas məqsəd müştərilərə daha da rahat, sürətli və təhlükəsiz xidmətlər təklif etmək, ölkənin maliyyə sektoruna daha çox yeniliklər gətirməkdir.

Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi birgə müəssisələrlə əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti - Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

Sürücülər niyə aqressivdir?  AÇIQLAMA like
  • 06 Yan 17:12  
Digərləri Sürücülər niyə aqressivdir? AÇIQLAMA

Sürücülər avtomobildə özlərini təhlükəsiz hiss etdikləri üçün yold

arrow Ətraflı
Tanınmış türkiyəli aktyor xəstəxanaya yerləşdirildi like
  • 06 Yan 17:06  
Şou-biznes Tanınmış türkiyəli aktyor xəstəxanaya yerləşdirildi

Məşhur türkiyəli aktyor, rejissor, pedaqoq və dramaturq Haldun Dormen xəst

arrow Ətraflı
Rəqsanənin qızı Yağmur efirdə göz yaşı tökdü like
  • 06 Yan 16:58  
Şou-biznes Rəqsanənin qızı Yağmur efirdə göz yaşı tökdü

Müğənni Rəqsanə İsmayılovanın qızı Yağmur efirə qatıldığı proqra

arrow Ətraflı
Oğrular mürəbbə yeyib evi yandırdılar like
  • 06 Yan 16:42  
Digərləri Oğrular mürəbbə yeyib evi yandırdılar

Bu gün səhər saatlarında Lənkəranda ikimərtəbəli yaşayış evində yan

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 06 Yan 16:36  
Digərləri Türkiyədə zəlzələ oldu

Egey dənizinin Türkiyənin Çanaqqala bölgəsində Ayvacık rayonu sahilləri

arrow Ətraflı
Polkovnikleytenant saxlanıldı  2 ay əvvəl təqaüdə çıxmışdı like
  • 06 Yan 16:35  
Digərləri Polkovnikleytenant saxlanıldı 2 ay əvvəl təqaüdə çıxmışdı

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin sabiq şöbə rəisi p

arrow Ətraflı
Onlara vəzifə verildi like
  • 06 Yan 16:22  
Digərləri Onlara vəzifə verildi

Azərbaycan Texnologiya Universitetində yeni təyinatlar olub.

arrow Ətraflı
Netanyahu Putinlə İrana xəbər göndərdi like
  • 06 Yan 16:21  
Dünya Netanyahu Putinlə İrana xəbər göndərdi

İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putindən T�

arrow Ətraflı
Yeni il gecəsi öldürülən Emilin paylaşdığı son like
  • 06 Yan 16:20  
Digərləri Yeni il gecəsi öldürülən Emilin paylaşdığı son

Xəbər verdiyimiz kimi, Yeni il gecəsi Bakıda ağır cinayət hadisəsi baş

arrow Ətraflı
Zabrat–Maştağa körpüsündə qəzalar niyə artıb? like
  • 06 Yan 16:14  
Digərləri Zabrat–Maştağa körpüsündə qəzalar niyə artıb?

Zabrat-Maştağa yolundakı körpü təhlükə saçır.

arrow Ətraflı
Qazaxda evdə partlayış  Yaralanan var like
  • 06 Yan 16:13  
Digərləri Qazaxda evdə partlayış Yaralanan var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qazax

arrow Ətraflı
Türkiyə gəmisi Qara Dənizdə saya oturdu like
  • 06 Yan 15:52  
Digərləri Türkiyə gəmisi Qara Dənizdə saya oturdu

Qara dənizdən Kerç boğazına doğru hərəkət edən Türkiyəyə məxsus g�

arrow Ətraflı
"Həbsxanada olandan Manafdan heç nə çatmayıb" like
  • 06 Yan 15:15  
Şou-biznes "Həbsxanada olandan Manafdan heç nə çatmayıb"

Müğənni Rəqsanə İsmayılova və Aysun İsmayılova həmkarları Manaf Ağa

arrow Ətraflı