Maduronun tutulması neftin qiymətlərinə necə təsir göstərəcək? AÇIQLAMA
Digərləri 05 Yan 2026 13:05:00 111 0
Venesuela Prezidenti Nikolas Maduronun tutulmasından sonra investorları düşündürən ən vacib suallardan biri də məhz bu hadisənin strateji məhsulların qiymətinə necə təsir göstərməsidir. Bu isə birbaşa zəngin ehtiyatlara malik olan Venesuelanın neft hasiltatçısı olması ilə bağlıdır.
Bu xəbəri də oxu: Alınan biletin 80 faizini qaytarıblar Sərnişinlər isə yollarda qalır...
Bəs, Maduronun tutulması neftin qiymətlərinə necə təsir göstərəcək?
Son.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, Nikolas Maduronun tutulmasının neftin qiymətlərinə təsirləri ilə bağlı bir neçə ssenari üzrə proqnozlar təqdim edilməkdir.
Deputat qeyd edib ki, Venesuelanın gündəlik neft hasilatı ilə bağlı beynəlxalq təşkilatların fərqli göstəriciləri təqdim olunsa da, bütün rəqəmlərdə sözügedən dövlətin bazarda xüsusi mövqeyə malik olmadığı aydınlaşır:
"ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, gündəlik 1.098 milyon barel istehsalı ilə Venesuela neft hasilat edən ölkələr arasında 18-ci yerdədir. EİA bütövlükdə neft hasilatının 72 faizinin 10 ölkənin payına düşdüyünü açıqlayır. "Trading Economics" eyni olmasa da, oxşar nəticəni bölüşür: 1.142 milyon gündəlik hasilat ilə siyahıda 17-ci pillə".
V.Bayramov nəzərə çatdırıb ki, məsələnin digər tərəfi, Venesuelanın neft ixrac edən ölkələr arasında ilk iyirmilikdə yer almamasıdır. Bildirib ki, bu ölkə dünya bazarına 438 min barel neft çıxarmaqla ixracatçı ölkələr arasında 22-ci pillədə qərarlaşıb:
"Neft ixracatının az olması isə, təbii ki, Venesuelaya tətbiq edilən sanksiyalar ilə bağlıdır. 2024-cü ildə dəyər ifadəsində neft ixracatının15.2 faizi Səudiyyə Ərəbistanının payına düşüb. İlk beşliyi Rusiya (9.7 %), ABŞ (9.4 %), Birləşmiş Ərəb Əmirliyi (9.1 %) və Kanada (8.5 %) tamamlayırlar".
Millət vəkili vurğulayıb ki, investorlar üçün bütün bunlardan daha vacib olan məqam Venesuelanın neft ehtiyatlarına görə dünyada birinci olmasıdır. Kəşf edilən neft ehtiyatlarının 18.2 faizi Venesuelanın payına düşür. Dördülüyü Səudiyyə Ərəbistanı (16.2 faiz), Kanada (10.4 faiz) və İran (9.6 faiz) tamamlayırlar:
"Bu isə o deməkdir ki, Venesuelanın neft ehtiyatlarının ABŞ tərəfindən istismar edilməsi yaxın gələcəkdə bazara böyük həcmdə neftin daxil olmasına və təklifin kəskin artmasına səbəb olacaq. Bu isə bazardakı qiymətlər üçün isti nə isə vəd etmir. Müqayisə üçün qeyd edək ki, ABŞ sərmayəsinin İraq neft sektoruna daxil olmasından sonra hasilatı kəskin artıran İraq hazırda dəyər ifadəsində ümumi neft ixracatının 8.0 faizini formalaşdırır. Bununla belə, kəskin təklif ssenarisinin reallaşmasının zaman alacağı istisna deyil. Çünki Venesualının neft infrastrukturunun texnoloji baxımdan yenidən qurulması sadəcə vəsait deyil, həmçinin zaman tələb edir. Bu isə, Venesueladan bazara daxil olacaq böyük neft kütləsi üçün əlavə vaxt deməkdir".
Digər ssenarinin isə Venesuellada potensial xaos riski olduğunu söyləyib. Əlavə edib ki, bu halda neft bazarı proseslərə fərqli reaksiya verəcək. Bununla yanaşı, bu halda belə neft qiymətlərində kəskin artım gözlənilmir. İzah edib ki, Venesuelanın mövcud hasilat və ixracatı bazara xüsusi təsir etmir. Hətta o ixrac azalsa da belə bu qiymət artımları üçün zəmin yaratmır:
"Bütün bunlar isə deməyə əsas verir ki, hətta qısa müddətdə olmasa da belə, orta müddətdə neftin qiymətlərində hiss edilən azalmalar qaçılmaz olacaq. Bu isə neft gəlirlərinin iqtisadiyyatın diversifikasiya nəticəsində digər mənbələr ilə əvəzlənməsi prioritetliyini daha da artırır".
Mina Mikayılova Son.az
ABŞ prezidenti Donald Tramp "Wall Street Journal" (WSJ) qəzetinə ve
2025-ci ildə Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikas
Xəzərin suyunun çəkilməsi səbəbindən cadular üzə çıxıb.
Məşhur aktrisa Hülya Avşar "Eyni Yağmur Altında" serialında Faz
Türkiyəli məşhur müğənni İbrahim Tatlıses sosial şəbəkədə yeni pay
"Günə Uğurla" verilişində qalmaqallı və gərgin anlar yaşanıb
Xəbər verdiyimiz kimi, Gürcüstanın azərbaycanlıların yığcam yaşadıq
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 2 il əvvəl itkin düşmüş ş�
"Venesuela hakimiyyəti ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliy
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Ərəstun Oruclunun m�
Ötən gün Oğuz rayonunun Bucaq kəndi ərazisində baş verən yol-nəqliyyat
Əməkdar artist Elza Seyidcahan "Öz aramızda" verilişinin qonağı
Prezident İlham Əliyev fiziki cəhətdən güclüdür, o, mütəmadi olaraq pe
Dekabrın 25-i yol-nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı
