Maduronun vardövləti AÇIQLANDI
Dünya 05 Yan 2026 10:00:00 114 0
ABŞ ilə Venesuela arasında gərginliklə bağlı yayılan xəbərlər beynəlxalq mediada geniş rezonans doğurub.
Bu xəbəri də oxu: Qaçırma norma kimi: beynəlxalq hüququn sonunun anatomiyası
Son.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi əməliyyat zamanı ölkə prezidenti Nikolas Maduro və həyat yoldaşının saxlanılaraq Nyu-Yorka aparıldığı bildirilir.
Xəbərdə qeyd olunur ki, ötən ilin avqustunda ABŞ-ın baş prokuroru Pam Bondi Madurona məxsus ümumilikdə 700 milyon dollar dəyərində aktivlərin müsadirə edildiyini açıqlayıb. Müsadirə olunan əmlaklar arasında lüks təyyarələr, bahalı daşınmaz əmlaklar, avtomobillər, zinət əşyaları və böyük məbləğdə nağd pulun olduğu vurğulanıb.
Məlumata görə, Maduronun aktivləri sırasında xüsusilə iki reaktiv təyyarə diqqət çəkir. Onlardan biri - Dassault Falcon 900EX - Venesuela liderinin "prezident təyyarəsi" kimi istifadə olunub. Sözügedən hava gəmisi 2024-cü ilin sentyabrında Dominikan Respublikasında ABŞ tərəfindən müsadirə edilərək Floridaya aparılıb. Təyyarənin dəyərinin təxminən 13 milyon dollar olduğu bildirilir.
Digər reaktiv - Dassault Falcon 2000EX isə 2025-ci ilin fevralında Dominikan Respublikasında ələ keçirilib. Bu təyyarədən Maduroya yaxın yüksək rütbəli məmurların da istifadə etdiyi qeyd olunur.
Bundan əlavə, müsadirə edilən əmlaklar siyahısına Dominikan Respublikasında yerləşən malikanə, Floridada bir neçə lüks ev, at ferması, doqquz bahalı avtomobil, həmçinin milyonlarla dollar dəyərində nağd pul və zərgərlik əşyaları daxildir.
Məsələ ilə bağlı rəsmi qurumlardan əlavə açıqlama verilməyib.
Hüseyn Son.az
Yanvarın 5-nə keçən gecə Kiyevə növbəti hücum həyata keçirilib, dağ�
2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri
Yanvarın 5-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10
Əməkdar artist Nahidə Orucova "Öz aramızda" verilişinin qonağı
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Dünyanın elə nöqtələri var ki, orada bizim öyrəşdiyimiz "gecə-gü
İlk baxışda sadə bir keks kimi görünsə də, orijinal İtalyan Panettone-s
Mütəxəssislər bildirirlər ki, sirkə-soda qarışığı bəzən borularda k
2022-ci ildə Havay arxipelaqı yaxınlığında aparılan sualtı tədqiqatlar
Xalq artisti Brilliant Dadaşova mahnılarını başqalarının oxumasına qada�
Yırtıcı heyvanlar deyildikdə ilk ağla gələnlərdən ikisi şir və pələ
ABŞ-ın Konnektikut ştatında yaşayan Kassandra Medison təsadüf nəticəsin
Qış aylarının sevilən sitrus meyvələrindən olan mandarin yalnız dadı i
