Bu şəhərlərin ləqəbləri var
Digərləri 02 Yan 2026 04:04:00 67 0
Dünyanın bir çox şəhərləri yalnız tarixi və memarlığı ilə deyil, həm də onlara verilmiş maraqlı ləqəbləri ilə yadda qalır. Hər ləqəb şəhərin tarixindən, mədəniyyətindən və bəzən də əhval-ruhiyyəsindən izlər daşıyır. Bəziləri ilə əvvəllər rastlaşmış ola bilərsiniz, bəziləri isə sizi təəccübləndirəcək.
Bu xəbəri də oxu: D Vitamini Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar
Son.az qafqazinfo-ya istinadən bu yazıda sizləri Qahirədən başlayaraq Avropanın ən gözəl şəhərlərinə səyahətə çıxarır və hər birinin məşhur, eləcə də, maraqlı ləqəblərini təqdim edir:
Dünyanın anası: Qahirə
Dünyanın ən qədim şəhərlərindən biri olan Qahirə indi təxminən 10 milyon əhalisi olan nəhəng bir metropoldur. Qədim Misirin möhtəşəm tarixi ilə zəngin olan Qahirənin ləqəbi onun qədim əzəmətindən irəli gəlir. Dünyanın anası (Ümm əl-Dünya) Qahirə tarixi macəra həvəskarları üçün mütləq görülməli bir yerdir.
Dunayın incisi: Budapeşt
Dunay çayının sahillərində inşa edilmiş Buda və Peştin qovuşması ilə əmələ gələn Budapeşt şəhəri Dunayın ən gözəl şəhərlərindən biridir.
La Serenissima (Ən xoşbəxt, dinc yer): Venesiya
İtaliyanın ən romantik şəhəri olan Venesiya əsrlər boyu dinc və sakit atmosferi ilə tanınır. Venesiyanın əvvəlki adı və indiki ləqəbi olan La Serenissima da buradan gəlir. İtalyan dilində "ən xoşbəxt yer" mənasını verən La Serenissima Venesiyaya çox yaraşır.
La Città Eterna (Əbədi şəhər): Roma
Hər yolun apardığı şəhər olan Roma əsrlərdir La Città Eterna, yəni Əbədi şəhər kimi tanınır. La Città Eterna adı tarix boyu müxtəlif şairlər, yazıçılar və tarixçilər tərəfindən Roma irsinin əbədi mahiyyətini və onun əhəmiyyətli tarixi, mədəni və mənəvi töhfələrini əks etdirmək üçün istifadə edilib. Roma tarixini nəzərə aldıqda, bu adın nə qədər uyğun olduğunu müzakirə etməyə ehtiyac yoxdur.
Bənövşə taclı şəhər: Afina
Klassik ədəbiyyatda Afina bəzən "Bənövşə taclı şəhər" adlandırılırdı. Şəhərin ləqəbi ilə bağlı bir neçə nəzəriyyədən biri də onun Yunanıstanın əvvəlki adının tərcüməsi olan İoniyanın (Kral İonun adını daşıyır) tərcüməsi ilə əlaqəli olmasıdır. İon yunan dilində bənövşə deməkdir və Kral İonun tacqoyma yeri Afinada idi. Başqa bir nəzəriyyə isə onun yunan şairi Pindanın şeirindəki bir misradan qaynaqlandığıdır. Şeirdəki misra belədir: "İşıq şəhəri, bənövşə taclı, şairlərin sevimlisi, sən Yunanıstanın qalasısan".
La Dotta, La Grassa, La Rossa: Boloniya
Boloniya Şimali İtaliyadakı Emiliya-Romaniya bölgəsinin paytaxtı və ən böyük şəhəridir. Şəhərin mətbəxi ilə məşhurluğu ona "şişman" mənasını verən "La Grassa" ləqəbini qazandırıb. Şəhərə verilən digər bir ləqəb "qırmızı" mənasını verən "La Rossa"dır. Bu ləqəb tarixi şəhər mərkəzindəki binalardakı kərpiclərin rənginə istinad edir. "Alim" mənasını verən "La Dotta" ləqəbini 1088-ci ildə qurulan və dünyanın ən qədim və ən nüfuzlu universitetlərindən biri olan universitetdən götürüb.
Tigerstaden (Pələng şəhər): Oslo
Oslonun ləqəbi olan "Pələng şəhər" şair və siyasətçi Bjornstjerne Bjornson tərəfindən yazılmış bir şeirdən gəlir. Pələngin atla döyüşməsini təsvir edən şeirin şərəfinə Oslonun qatar stansiyasının qarşısında pələng heykəli də qoyulub.
Mokum: Amsterdam
Amsterdamın bir çox ləqəbi var. Onlardan ikisi "Azadlıq şəhəri" və "Şimalın Venesiyası"dır. Amsterdama həm də Mokum deyilir. İbranicə Makomdan gələn Mokum "təhlükəsiz yer" deməkdir. Dünyanın ən yüksək həyat standartlarına malik şəhərlərindən biri olan Amsterdam bu ləqəbə layiqdir.
100 qülləli şəhər: Praqa
Çexiyanın paytaxtı Praqa "100 qülləli şəhər" ləqəbi ilə tanınır. Orta əsr memarlığının qorunub saxlanıldığı valehedici bir atmosferə sahib olan Praqa hər küncdən ucalan qüllələr sayəsində bu ləqəbi qazanıb.
İşıqlar şəhəri: Paris
Aşiqlər şəhəri, romantika şəhəri, incəsənət şəhəri... Parisin min bir ləqəbi var, amma ən məşhuru "İşıqlar şəhəri"dir, çünki elektrik enerjisi ilə işıqlandırılan ilk şəhər olmaq xüsusiyyətinə malikdir.
Barna: Barselona
Barsa haqqında düşündüyünüz zaman ağlınıza Barselona gələ bilər. Şəhər haqqında danışarkən Barsadan bəhs etsəniz, deməliyik ki, İspaniyada yerli sakinlər yalnız "Barselona" Futbol Klubuna bu adla müraciət edirlər. "Barselonanın yerli sakinlər üçün ləqəbi nədir?" deyə soruşsanız, deyə bilərik ki, bu, Barselonanın qısaltması olan Barnadır. Öz aralarında danışarkən Barselonaya Barna deyərlərsə, təəccüblənməyin.
Berqamot çay kimi tanınsa da, əslində, onun sitrus bitkisi olduğundan çoxl
Bu məhsullar qan damarları, saç və dəri üçün faydalıdır, gəncliyi və
Tənəffüs yolları infeksiyalarının artdığı bu günlərdə bağırsaq sa�
Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlum olduğu kimi, bu il bütün növ pensiyalar artırılması nəzərdə tut
2025-ci ilin yanvar-oktyabr aylarında Gürcüstanın armud idxalı artıb.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bir çox insan yaşıl çayın tərkibindəki kafeinin təzyiqi qaldıracağınd
"Vaqif Gərayzadənin sözündən çıxmarıq, "W-trio" qızları
İsveçrə polisi Yeni il gecəsi Krans-Montana kurortundakı barların birində
Dünya Bankı 2026-cı ildə qlobal iqtisadiyyatın orta hesabla 2,7% artacağı
Müasir avtomobil istehsalçıları hər yeni modeli "ən qabaqcıl" t
İstanbulda güclü yağan qar və buzlanma riski ilə əlaqədar 5 rayonda okty
Son.az 2 yanvar 2026-cı il üçün günün ulduz falını təqdim edir:
Yeni ilin ilk günündə dünya üzrə internet axtarışlarında 2026-cı illə
