Kilsənin 150 illik binası yanaraq məhv oldu
Dünya 01 Yan 2026 10:50:00 67 0
Amsterdamin mərkəzində yerləşən, 150 illik Vondelkerk kilsəsinin binası güclü yanğın nəticəsində tamamilə yanıb.
Bu xəbəri də oxu: Kadırov Moskvada təcili xəstəxanaya yerləşdirildi
Son.az xəbər verir ki, NH Nieuws portalının yazdığına görə, memarlıq abidəsinin bərpası mümkün deyil.
Portalın məlumatına əsasən, yanğın gecə saat bir radələrində baş verib və alov qısa müddətdə bütün kilsəni bürüyüb. Yanğının səbəbləri hələlik müəyyən edilməyib. Binanın uçma təhlükəsi olduğu bildirilir.
Hadisə yerinə gələn fövqəladə xidmətlər kilsənin ətrafındakı bütün küçələri bağlayıb. Alovun qonşu binalara keçmə riski səbəbindən onlarla sakinin yaşadığı evlərdən təxliyə aparılıb.
Qeyd edək ki, Vondelkerk 1872-1880-ci illərdə memar Pyer Keypersin layihəsi əsasında inşa edilmiş neoqotik kilsədir. Həmin memar Amsterdam Mərkəzi Dəmir Yolu Vağzalının və Reyksmuzeyin binalarını da layihələndirib. Kilsə Vondelparkın yaxınlığında yerləşir və Niderlandın milli mədəni irs obyektlərindən biridir. Son illərdə kilsədə müntəzəm ibadətlər keçirilmirdi və bina mədəni məkan kimi fəaliyyət göstərirdi. Burada sərgilər, konsertlər və ictimai tədbirlər təşkil olunurdu. /APA
Valeri Zalujnı gələn il Ukrayna prezidenti olacaq.
MTV-nin musiqi kanalları, o cümlədən MTV Music, MTV 80s, MTV 90s, Club MTV v
Türkiyədə İstanbul Prokurorluğunun məşhurlara qarşı apardığı narkoti
Azərbaycanda 2026-cı il üzrə kişilərin və qadınların pensiya yaşı mə
2025-ci ilin yanvar ayı bürclərə həm dəyişikliklər, həm də yeni imkanl
Müğənni Elnarə Xəlilova ailəsi ilə birgə fotosunu izləyiciləri ilə b�
Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən baş
"Türk Hava Yolları" (THY) əlverişsiz hava şəraiti səbəbindən
Bu gündən Azərbaycanda bir sıra yeni qanunlara və qanunvericilik aktlarına
Müğənni Ofelya Şabanova "Öz aramızda" verilişində səsləndird
2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib. Naxçıv
Rusiyanın Kamçatka diyarında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Avstraliyalı alimlərin Antarktidada itirdiyi okean robotu 9 ay sonra üzə ç�
Orijinal trilogiyanın əsas aktyor heyəti "Ouşenin 14 dostu" filmin
Müğənni Fədayə Laçının sosial şəbəkədəki canlı yayımı diqqətdə
