Bayramdan qalan salatları neçə gün yemək olar? Bu qədər vaxtdan sonra "zəhər" yayır
Digərləri 31 Dek 2025 21:00:00 68 0
Həkim Yeni il süfrəsində təhlükəli qida qarışığını açıqlayıb.
Bu xəbəri də oxu: Xankəndidə bayram atəşfəşanlığı keçirilib FOTO
Son.az xəbər verir ki, rusiyalı qastroenteroloq Yevgeni Belousov bəzi qida kombinasiyalarının həzm sistemi üçün ciddi problem yarada biləcəyini bildirib.
Onun sözlərinə görə xüsusilə Yeni il süfrələrində çoxlu yağlı, şirin və nişastalı yeməklərin bir arada istehlakı mədə-bağırsaqda narahatlıq yaradır. Belousov təhlükəli qarışıqlara yağlı ət məhsulları (donuz, ördək) ilə süd məhsullarını (pendir, qaymaq), alkoqol ilə qazlı içkiləri, çoxlu ət növlərinin (hisə verilmiş, duzlu, qızardılmış) kartof, makaron və şirin desertlərlə birləşdirilməsini, eləcə də alkoqol ilə yağlı balığın (losos, sardel, yağda çəkilmiş) birlikdə qəbul edilməsini göstərib.
Ekspert bildirib ki, bu qarışıqlar həzmi ləngidir, mədəaltı vəziyə və öd kanalına əlavə yük qoyur, köp, ürəkbulanma və hətta mədəaltı vəzi iltihabı kimi problemlərə səbəb ola bilər.
Həkim həmçinin qida təhlükəsizliyinə diqqət çəkib, 31 dekabrda hazırlanmış və 2 yanvara qədər saxlanmış salatlar, xüsusilə mayonezli olanlar, bakteriya və toksin riski daşıyır. Yenidən soyudulsa belə, artıq əmələ gəlmiş toksinlər aradan qalxmır və qida zəhərlənməsinə yol aça bilər.
Belousov salat və qəlyanaltıları kiçik porsiyalarda hazırlamağı, soyuducuda 24 saatdan artıq saxlamamağı və masada 1-2 saatdan artıq buraxmamağı tövsiyə edib. O, yaşlılar, uşaqlar və zəif immuniteti olan insanlar üçün nəticələrin ciddi ola biləcəyini və xəstəxanaya müraciət ehtimalının artdığını vurğulayıb.
İsmayıl Son.az
2026-cı ilin yanvar ayı bir çox bürclər üçün yeni başlanğıclar, maraq
Xalq artisti Tünzalə Ağayeva "İncə səhər" verilişində qonaq o
İstanbul Baş Prokurorluğu məşhurların da daxil olduğu böyük narkotik �
İstanbul Baş Prokurorluğunun narkotiklə bağlı aparılan genişmiqyaslı ar
Yeni il ərəfəsində Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik
Həkim Yeni il süfrəsi üçün hansı içkilərin daha uyğun olduğunu açıq
Göyçayda iki avtomobil toqquşub, 5 nəfər müxtəlif dərəcəli bədən xə
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
İşləmək üçün Gürcüstana gedən azərbaycanlılar ölkəyə geri qayıda
Milad filmləri arasında xüsusi yer tutan "Evdə tək" filminin baş
"Müəyyən yaş gələcək ki, mən oxumaqdan uzaqlaşacağam və yalnız
Daxili İşlər Nazirliyinin (DİN) Komendant Xidməti inzibati binasının cari
