Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub
Digərləri 31 Dek 2025 15:05:00 51 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə aztəminatlı ailələrdən olan uşaqlar üçün Bakı Zooloji Parkında bayram tədbiri təşkil olunub.
Bu xəbəri də oxu: Bu il markerlərə 1,1 milyon manatdan çox əmək haqqı ödənilib RƏSMİ
IDEA İctimai Birliyindən Son.az-a bildiriblər ki, tədbir çərçivəsində Abşeron, Nizami və Qaradağ rayonlarında yaşayan aztəminatlı ailələrdən olan uşaqlar üçün xüsusi bayram proqram hazırlanıb. Hər rayondan 50 nəfər olmaqla, ümumilikdə 150 uşaq tədbirdə iştirak edib.
Zooloji Parkın azyaşlı ziyarətçiləri gəzinti zamanı buradakı müxtəlif heyvan növləri ilə yaxından tanış olublar. Zooloji Parkın bələdçiləri uşaqlara heyvanların həyat tərzi, yaşayış mühiti və bəslənməsi barədə ətraflı məlumat veriblər.
Eyni zamanda bəzi heyvan və quş növlərinin təbiətə buraxılması, onların təbii mühitə uyğunlaşdırılması prosesi barədə uşaqlara yaş səviyyələrinə uyğun şəkildə məlumatlar təqdim edilib. Xüsusi vurğulanıb ki, Bakı Zooloji Parkı yalnız heyvanların saxlanıldığı məkan deyil, həm də fauna müxtəlifliyinin qorunması, xüsusilə ölkəmizdə nəsli kəsilmək təhlükəsi altında olan heyvan və quş növlərinin artırılması və yenidən vəhşi təbiətə qaytarılması istiqamətində mühüm fəaliyyət həyata keçirən mərkəzdir. Maarifləndirici gəzinti uşaqlarda böyük maraq doğurub, onların təbiətə və heyvanlara münasibətinin formalaşmasına, ekoloji düşüncənin aşılanmasına xidmət edib.
Niderland parlamenti gələn ildən etibarən petardaların və fişənglərin i
Bakıda 64 yaşlı qadın dəm qazından boğularaq ölüb.
69 yaşlı kino ulduzu Mel Gibson və 35 yaşlı ssenarist Rosalind Ross doqquz
Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klinik Xəstə
Nyu-Yorkun yeni seçilmiş meri Zohran Mamdani 1 yanvar 2026-cı il tarixində q
Sosial şəbəkələrdə müayinə üçün baytara gətirilən bir pişiyin gör
Uzun sürən xəstəlikdən sonra vəfat edən meyxanaçı Ağakərimin dəfn m�
Toy mərasimində baş verən qalmaqallı hadisə ictimaiyyətin sərt tənqidin
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonl
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müstəqil Azərbaycan�
Tele-aparıcı Vüsalə Əlizadə yeni fotosessiyası ilə diqqət çəkib.
Bağırsaqlarınıza zərər verə bilən qidalar: həkimlər təhlükəli məhs
ABŞ-nin Kaliforniya ştatının şimalında 5 maqnitudalı zəlzələ qeydə al
