ETİHİnin prioritetləri: Birlik, dəstək və inkişaf


Digərləri 30 Dek 2025 22:10:00 61 0

ETİHİnin prioritetləri: Birlik, dəstək və inkişaf

Araz Paşayev : Məqsədimiz elm və təhsil işçilərinin sosial rifahını və hüquqi təminatını gücləndirməkdir

Son illərdə Azərbaycan həmkarlar ittifaqları hərəkatında həyata keçirilən islahatlar və yeniliklər təhsil işçilərinin sosial rifahının gücləndirilməsinə, əmək hüquqlarının daha effektiv qorunmasına və müasir idarəetmə mexanizmlərinin tətbiqinə yönəlib. Xüsusilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun tərkibində fəaliyyət göstərən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı bu proseslərdə fəallığı və təşəbbüskarlığı ilə seçilir. Görülən işlərin real nəticələri isə çoxlu sayda təhsil işçisinin və tələbə gənclərin gündəlik həyatında öz əksini tapır.

Son.az xəbər verir ki, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev mətbuata verdiyi müsahibəsində son bir il ərzində həmkarlar ittifaqları sistemində həyata keçirilən əsas yeniliklər, sosial və hüquqi dəstək mexanizmləri, təhsil işçilərinin rifahına yönəlmiş layihələr, regionlarla və özəl təhsil müəssisələri ilə aparılan işlərdən ətraflı söz açıb,eləcə də gələcək hədəflərə toxunub.

Araz müəllim, son bir il ərzində həmkarlar ittifaqları sistemində həyata keçirilən fəaliyyətləri necə ümumiləşdirərdiniz?

Son bir il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, sahə ittifaqları üçün fəaliyyət baxımından kifayət qədər intensiv və nəticəyönümlü olub. Bu dövrdə əsas prioritetimiz üzvlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin müasir tələblərə uyğunlaşdırılması və sosialyönümlü mexanizmlərin təkmilləşdirilməsi olub. Ümumilikdə bu mərhələni həm təşkilati baxımdan möhkəmlənmə, həm də praktiki fəaliyyətdə yeni yanaşmaların formalaşdığı bir dövr kimi dəyərləndirmək olar.

AHİK-in son bir ildəki fəaliyyətində hansı əsas yenilikləri xüsusi qeyd edərdiniz?

Son bir il ərzində AHİK-in fəaliyyətində bir sıra mühüm yeniliklər həyata keçirilib. 

İlk növbədə struktur islahatlarını, rəqəmsallaşma prosesinin sürətləndirilməsini, əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılmasını, əməyin mühafizəsi və sosial tərəfdaşlığın gücləndirilməsini xüsusi qeyd etmək istərdim. Bu addımlar həmkarlar ittifaqı hərəkatının inkişafında yeni mərhələnin əsasını qoyub.

Ən mühüm yeniliklərdən biri üzvlərimizin rahatlığı üçün tətbiq olunan e-AHİK sanatoriya-kurort elektron rezervasiya sistemidir. Bu sistem üzvlərə sağlamlıq və istirahət mərkəzlərinə yollayışları şəffaf və operativ şəkildə, birbaşa elektron formada əldə etmək imkanı yaradır. Bununla yanaşı, yollayışların "Bir pəncərə" prinsipi əsasında verilməsi üçün Kurort Turizm İnformasiya Mərkəzi (KTİM) yaradılıb. KTİM müraciətlərin qəbulu, araşdırılması və yollayışların mərkəzləşdirilmiş şəkildə rəsmiləşdirilməsini vahid platformada birləşdirərək prosesləri daha sistemli və səmərəli edib.

Nəticə etibarilə bu mexanizmlər şəffaflığı artırıb, müraciətlərin icra müddətini əhəmiyyətli dərəcədə qısaldıb və vətəndaş məmnunluğunu yüksəldib. Ən vacibi isə həmkarlar ittifaqlarının sosial yönümlü fəaliyyətinin real və ölçülə bilən təsiri üzvlərimiz tərəfindən artıq aydın şəkildə hiss olunur.

Bu çərçivədə fəaliyyət göstərən Çağrı Mərkəzi üzvlərlə operativ əlaqənin qurulmasını, daxil olan müraciətlərin qeydiyyata alınmasını və müvafiq istiqamətlər üzrə yönləndirilməsini təmin edir. Paralel olaraq, Konfederasiyanın məsul əməkdaşları tərəfindən vətəndaşların müntəzəm qəbulu təşkil olunur, müraciətlər yerində dinlənilir və onların həlli istiqamətində konkret addımlar atılır. Eyni zamanda gənclərin həmkarlar ittifaqı fəaliyyətinə cəlb olunması məqsədilə 2024-cü ilin oktyabr ayından "AHİK könüllüləri" proqramı icra olunur. Qısa müddət ərzində bu təşəbbüsə maraq əhəmiyyətli dərəcədə artıb və artıq 700-dən çox gəncin müraciəti qeydə alınıb. Əmək hüquqları sahəsində maarifləndirmənin gücləndirilməsi məqsədilə ölkənin tanınmış ictimai simalarının iştirakı ilə "Layiqli Əmək Səfirləri" layihəsi həyata keçirilir. Bu təşəbbüs cəmiyyətdə layiqli əmək dəyərlərinin təşviqinə xidmət edir. Qeyd olunan bütün fəaliyyətlər Konfederasiyanın 2025-2027-ci illər üzrə təsdiqlənmiş inkişaf strategiyasına uyğun şəkildə reallaşdırılır. Strategiya çərçivəsində müəyyənləşdirilmiş 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbiri əhatə edən Tədbirlər Planı mərhələli şəkildə icra olunur və artıq praktiki nəticələr verməkdədir.

Bu yeniliklər təhsil işçilərinin həyatında hansı real dəyişikliklərə səbəb olub?

Əsas məqsədimiz elm və təhsil işçilərinin sosial rifahını gücləndirmək, hüquqi təminatını və inkişaf imkanlarını artırmaq olub. Bu baxımdan son dövr həm təşkilati, həm sosial, həm də maarifləndirici istiqamətdə kifayət qədər zəngin olub.

Əmək hüquqlarının müdafiəsi artıq sistemli şəkildə həyata keçirilir. Müraciətlərin qəbulu, araşdırılması və nəticələndirilməsi üzrə vahid mexanizm formalaşdırılıb. İşdən azad olunma, işə bərpa və əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər hüquqi çərçivədə həll olunur. 2024-2025-ci illəri əhatə edən dövrdə yüzlərlə müraciətə baxılıb, onlarla təhsil işçisinin hüquqları bərpa olunub. Bu, müəllimlərin özlərini daha güvənli hiss etməsinə şərait yaradır.

Sosial dəstək sahəsində də mühüm nəticələr əldə edilib. Sosial həssas qruplar daim diqqət mərkəzində saxlanılır. 2025-ci il ərzində 71 min nəfərdən çox ittifaq üzvünə mükafat və maddi yardımlar təqdim edilib. Yardımlar sosial həssas təbəqədən olan təhsil işçilərinin ehtiyaclarına yönəlib. Eyni zamanda cari il ərzində ümimilikdə 40 min nəfər olmaqla təhsil işçisi və ailə üzvləri sanatoriya-kurort müəssisələrində güzəştli şərtlərlə istirahət və sağlamlıq proqramlarından yararlanıb ki, bu da əvvəlki illərlə müqayisədə təxminən üç dəfə artım deməkdir. Bundan əlavə, AHİK-in cari ildə yaratdığı Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi vasitəsilə üzvlərə peşəkar hüquqi məsləhətlər və maarifləndirici təlimlər təqdim olunur. AHİK-in təşəbbüsü ilə ETİHİ və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə birgə həyata keçirilən layihələr çərçivəsində liderlik, effektiv kommunikasiya, süni intellekt və əməyin təhlükəsizliyi mövzularını əhatə edən "Sinerji" və IOSH təlim proqramları, eləcə də ETİHİ-nin üzv təşkilatlarının rəhbər şəxsləri üçün "Tətbiqi əmək hüququ və sosial təminat" adlı sertifikasiya kursları təşkil olunub.

İdarəetmədə innovativ yanaşmaların öyrənilməsi, pedaqoji inkişafın təşviqi və məktəb rəhbərlərinin Avropa təcrübəsi ilə tanışlığı məqsədi ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü və təşkilatçılığı əsasında Latviya və Litvada məktəb direktorları üçün beynəlxalq təcrübə proqramı həyata keçirilib. 

Maarifləndirici və sosial layihələr də genişlənib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə bədii yaradıcılıq müsabiqə-festivalı təşkil olunub, məktəblilər üçün "Ən yaxşı təqdimat" layihəsi reallaşdırılıb. "Həmkar təqaüdü" proqramı çərçivəsində təqaüd alanların sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artırılmış və 2025-ci ildə 408 tələbə bu təqaüdlə təmin olunub. Hənifə Məlikova adına "Qızların Təhsilinə Dəstək" layihəsindən 189 tələbə, Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində Qarabağ Universitetində təhsil alan 50 tələbə təqaüd proqramına cəlb edilib.

Eyni zamanda alimlər, məktəbəqədər təhsil işçiləri və şəhid ailələri üçün sosial yönümlü düşərgələr təşkil edilib, şəhid övladlarının geyim və digər sosial ehtiyaclarını əhatə edən layihələr uğurla icra olunub. Təxminən 10 min təhsil işçisini əhatə edən psixoloji dəstək proqramı, 500 ittifaq üzvünün iştirak etdiyi "Ustad dərsi" layihəsi, eləcə də 3 min nəfər təhsil işçisini əhatə edən xüsusi güzəştli qiymətlərlə təqdim edilən "Push-30" layihəsi həyata keçirilib.

"Azadlığımı, rahatlığımı əlimdən alıb" like
  • 30 Dek 21:40  
Şou-biznes "Azadlığımı, rahatlığımı əlimdən alıb"

"Hər şey insanın özündən asılıdır. Təkcə "Avroviziya"

arrow Ətraflı
Qaz limitini keçən abonentlərin sayı açıqlandı like
  • 30 Dek 21:23  
Digərləri Qaz limitini keçən abonentlərin sayı açıqlandı

Abonentlərin 46 faizə yaxını aşağı qaz limitini aşıb.

arrow Ətraflı
Anar Əliyevdən YENİ TƏYİNAT like
  • 30 Dek 21:21  
Digərləri Anar Əliyevdən YENİ TƏYİNAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.

arrow Ətraflı
Deputat müəllim kimi işləməyə başladı like
  • 30 Dek 21:19  
Digərləri Deputat müəllim kimi işləməyə başladı

Milli Məclisin deputatı Vüqar Bayramov pedaqoji fəaliyyətə başlayıb.

arrow Ətraflı
Şeyma Subaşı hava limanında saxlanıldı like
  • 30 Dek 20:40  
Digərləri Şeyma Subaşı hava limanında saxlanıldı

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik istinta

arrow Ətraflı
İllərdir övladı olmayan Rüfət bu yola əl atacaq like
  • 30 Dek 20:21  
Şou-biznes İllərdir övladı olmayan Rüfət bu yola əl atacaq

Meyxanaçı Rüfət Nasosnu övladlığa uşaq götürmək istəyir.

arrow Ətraflı
Bakı Yeni il ərəfəsində  FOTOREPORTAJ like
  • 30 Dek 20:00  
Digərləri Bakı Yeni il ərəfəsində FOTOREPORTAJ

Paytaxt Bakımız Yeni ili qarşılayır. Şəhər gözoxşayan işıqlarla, yol

arrow Ətraflı
“Həkimlər məni ölməyə qoymurlar” like
  • 30 Dek 19:46  
Şou-biznes “Həkimlər məni ölməyə qoymurlar”

Xalq artisti Flora Kərimova uzun fasilədən sonra efirdə görüntülənib.

arrow Ətraflı
Ucarda kişi dəm qazından öldü like
  • 30 Dek 19:36  
Digərləri Ucarda kişi dəm qazından öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

arrow Ətraflı
MİDAnın binalarından bu şəxslərə mənzillər veriləcək like
  • 30 Dek 19:20  
Digərləri MİDAnın binalarından bu şəxslərə mənzillər veriləcək

Şirvan şəhərində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin

arrow Ətraflı
"Koroğlu"da qəza oldu  Ölən var like
  • 30 Dek 19:08  
Digərləri "Koroğlu"da qəza oldu Ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

arrow Ətraflı
İranda etirazlar  Mərkəzi Bankın sədri istefa verdi like
  • 30 Dek 19:00  
Dünya İranda etirazlar Mərkəzi Bankın sədri istefa verdi

İranda milli valyutanın ABŞ dolları qarşısında rekord həddə ucuzlaşmas

arrow Ətraflı
Bu il markerlərə 1,1 milyon manatdan çox əmək haqqı ödənilib  RƏSMİ like
  • 30 Dek 18:47  
Digərləri Bu il markerlərə 1,1 milyon manatdan çox əmək haqqı ödənilib RƏSMİ

Markerlərə əmək haqqı ödənilməsi qaydalarına əsasən, ödənişlər im

arrow Ətraflı