80 qəpiyə görə bayramı həbsdə keçirəcək
Kriminal 30 Dek 2025 13:20:00 81 0
Bakıda taksi sürücüsü ilə xanım müştərisi arasında insident baş verib.
Bu xəbəri də oxu: Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib FOTO
Son.az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, G.Məmmədova (şərti) Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək taksi sürücüsünün onun evinə hücum etdiyini deyib.
Polis əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıblar və 1982-ci il təvəllüdlü sürücü E.Əkbərli (şərti) saxlanılıb.
Saxlanılan şəxs Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə aparılıb, eləcə də ondan şikayətçi olan qadın izahat verməsi üçün oraya dəvət edilib.
G.Məmmədova bildirib ki, mübahisə xırda pulunun olmamasına görə başlayıb: "Metronun "Sahil" stansiyasından yaşadığım ünvana getmək üçün nağd ödəniş seçməklə taksi sifariş vermişdim. Üzərimdə xırda pul olmadığı üçün yaşadığım mənzilə gedib uşağın cibindən 2 manat götürdüm. Taksi proqramı 4 manat 70 qəpik yazmışdı, sürücüyə 5 manat verəcəkdim. Ancaq sürücünün kobud münasibətinə görə 4 manat 70 qəpiyi avtomobilin oturacağının üstünə qoydum. Amma o, taksini gözləməyə qoyduğunu, buna görə 5 manat 50 qəpik ödəməli olduğumu bildirdi. Mən də yenidən pul götürmək üçün evə qalxdım. Bacım da həmin vaxt evdə idi. Daha sonra sürücü də binada yaşadığım mənzilə qalxıb, mənə dələduz deyərək pulunu verməyimi tələb etdi, mənzilin qapısını təpikləyərək zorla evə daxil olmağa çalışdı. Bu şəxsin islah edilməsini tələb edirəm".
Taksi sürücüsü isə qeyd edib ki, müştəri xırda pul gətirmək üçün gedib və 2 saat geri qaytmayıb:
"Sertifikat əsasında taksi sürücüsü kimi işləyirəm. Mən ona kartla ödəniş edə biləcəyini dedim, amma razılaşmadı. O gedib nağd pul gətirəcəyini dedikdə gözləmənin hər dəqiqəsinə görə 1 qəpik xidməthaqqı yazıldığını dedim. İlk olaraq yarım saatdan çox gözlədim. Ödənişi gətirib verdikdə gözləməyə görə əlavə pul yazdığını dedim. O yenə gedib gətirəcəyini dedi, amma geri qayıtmadı. 2 saata yaxın gözlədim. Ona zəng edib ödənişi tələb etdim, əks halda polisə verəcəyimi dedim. Daha sonra həmin binada mənzilini tapıb qapıya yaxınlaşdım".
Polis tərəfindən taksi sürücüsü barəsində inzibati protokol tərtib edilərək Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 12 sutkalıq həbs verilib.
Bu hadisə səbəbindən sürücü Yeni ili həbsdə qarşılamalı olacaq.
Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə akademik Ziya Bünyado
"Goranboy rayonu, Nizami kəndində baş verən hadisə nəzarətdə saxlan
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyi�
Hamiləliyə və doğuşa görə ödənişli məzuniyyətin müddətinin uzadıl
Alimentlərlə əlaqədar işçinin əməkhaqqından tutulmalara dair yeni norma
"Reels" izləmək hormonal balansı poza bilər.
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əli
2022-ci ildən etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya
Yekaterinburqda azərbaycanlılara məxsus məkanlardan biri olan "Kaspiy&q
Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna
Motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə edənlər cər
Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvə
Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma �
