Ramil Qasımovdan bayram töhfəsi: İki saatlıq mikrofonsuz, tam canlı performans FOTO


Kriminal 29 Dek 2025 18:04:00 85 0

Ramil Qasımovdan bayram töhfəsi: İki saatlıq mikrofonsuz, tam canlı performans  FOTO

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Ey, Vətən!" adlı konsert proqramı keçirilib. Bu, məxsusi olaraq qeyri-hökumət təşkilatlarının təmsilçiləri üçün məhz QHT tərəfindən hazırlanmış ilk bayram konserti olub. Konsertdə görkəmli vokal ustası, Əməkdar artist, "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin sədri Ramil Qasımovun ifasında musiqi inciləri səsləndirilib. Fortepianoda onu Xalq artisti, professor Siyavuş Kərimi, tanınmış caz ustası, Əməkdar artist Emil Əfrasiyab, gənc sənətkarlar - Riyad Quliyev, Soltan Əliyev və Tofiq Şıxıyev müşayiət ediblər. Klassik musiqi gecəsində Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Oqtay Kazımi, Rauf Hacıyev, Elza İbrahimova və digər korifeylərin bəstələrinə müraciət edilib, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Fikrət Qoca, İslam Səfərli, Zeynal Cabbarzadə və digər görkəmli şairlərin sözlərinə yazılmış mahnılar oxunub. Azərbaycanın dünya miqyaslı müfəkəkkir şairi, əsərləri Azərbaycanın dövlət varidatı elan edilmiş İmadəddin Nəsimi barəsində musiqi parçaları səsləndirilib. Musiqisi Xalq artisti, professor Siyavuş Kərimliyə, librettosu akademik Rafael Hüseynova məxsus olan "Nəsimi" operasının baş qəhrəmanı Ramil Qasımov bu musiqi əsərindən bir hissəni ifa edib. Vokalçı həmçinin bildirib ki, 2026-cı ildə "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi əsasən Suriyada və İraqda yaşayan türkman irsi mövzusunda yeni musiqi əsərini ictimaiyyətə təqdim edəcək. Musiqi gecəsində həmçinin əsərləri Azərbaycanın dövlət varidatı elan edilmiş görkəmli sənətkar Məhsəti Gəncəvinin poetik irsinə müraciət edilib. Qeyd olunub ki, M.Gəncəvinin yaradıcılığında istifadə olunan bədii texnika incəlikləri əsrlərdir ki, sevilir, böyük məhəbbətlə qarşılanır. Musiqisi Pikə Axundovanın, librettosu Leyla Qədirzadəyə məxsus "Məhsəti" operasının premyerasından bir hissə səsləndirilib, fortepianoda Pikə Axundova özü müşayiət edib. Konsert proqramında 300-dən çox QHT təmsilçisi iştirak edib. Konsert boyu Ramil Qasımovun ifaları, onun sənət dostlarının çıxışları gurultulu alqışlarla qarşılanıb. Qeyd edək ki, konsert zamanı bütün ifalar tam təbii və canlı olub, mikrafondan ümumiyyətlə, istifadə edilməyib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin bu nümunəvi layihəsində olduğu kimi, mühüm təşəbbüsləri bundan sonra da dəstəkləməkdə, onlara tərəfdaşlıq etməkdə davam edəcək. İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az

"Fatimənin anası məni yığıb nələr dedi..." like
  • 29 Dek 17:43  
Şou-biznes "Fatimənin anası məni yığıb nələr dedi..."

Rəqqasə Röya Əliyeva həmkarı Fatimə Fətəliyeva ilə yaşanan qalmaqala

arrow Ətraflı
Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının tamaşası keçirildi like
  • 29 Dek 17:42  
Kriminal Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının tamaşası keçirildi

Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının Konsert Salonunda

arrow Ətraflı
Nəsiminin icra başçısı vəzifəsindən azad edildi like
  • 29 Dek 17:38  
Siyasət Nəsiminin icra başçısı vəzifəsindən azad edildi

Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin

arrow Ətraflı
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib  FOTO like
  • 29 Dek 17:37  
Kriminal Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib FOTO

Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi

arrow Ətraflı
Rusiya bu ərazini nəzarətə götürdü like
  • 29 Dek 17:23  
Digərləri Rusiya bu ərazini nəzarətə götürdü

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində yerləşən Dibrova yaşayı�

arrow Ətraflı
Xırdalanda acınacaqlı vəziyyət  like
  • 29 Dek 17:16  
Digərləri Xırdalanda acınacaqlı vəziyyət

Sosial şəbəkələrdə Xırdalan şəhərinin böyük hissəsində evlərin ti

arrow Ətraflı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ like
  • 29 Dek 16:56  
Digərləri Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Dekabrın 30-31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər b

arrow Ətraflı
Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanıldı like
  • 29 Dek 16:50  
Digərləri Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanıldı

Polis avtobus sürücüsünün telefonunu ələ keçirən şəxsi saxlayıb.

arrow Ətraflı
Zaurun efirdə çətin anları like
  • 29 Dek 16:43  
Şou-biznes Zaurun efirdə çətin anları

Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" verilişində g�

arrow Ətraflı
Putin qanun imzaladı like
  • 29 Dek 16:33  
Digərləri Putin qanun imzaladı

Rusiya Prezidenti Vladimir Putin aprelin 19-nun keçmiş SSRİ xalqlarına qarş

arrow Ətraflı
Emin Əmrullayev onu özünə müşavir təyin etdi like
  • 29 Dek 16:28  
Digərləri Emin Əmrullayev onu özünə müşavir təyin etdi

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nizami Yusifli naz

arrow Ətraflı
Bədəndə iltihabı artıran "SAĞLAM" vərdişlər like
  • 29 Dek 16:16  
Digərləri Bədəndə iltihabı artıran "SAĞLAM" vərdişlər

Gündəlik vərdişlərin bəziləri faydalı görünsə də, sağlamlığa z

arrow Ətraflı
Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2026cı il büdcəsini təsdiqləyib  FƏRMAN like
  • 29 Dek 16:10  
Siyasət Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2026cı il büdcəsini təsdiqləyib FƏRMAN

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi təsdiql�

arrow Ətraflı