Toy etməyə hazırlaşanlar OXUSUN: 2026cı ildə


Digərləri 28 Dek 2025 14:55:00 71 0

Toy etməyə hazırlaşanlar OXUSUN: 2026cı ildə

"Qızılın qiyməti rekord həddə çatıb. Hazırda 1 qramm 999.9 əyarlı qızıl 145 dollara satılır".

Son.az xəbər verir ki, bunu "Yeni Sabah"a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib.

O qeyd edib ki, yaranmış vəziyyət zərgərlik bazarına neqativ təsir göstərir.

"Alıcılıq qabiliyyəti aşağı düşüb, satışlar ciddi şəkildə zəifləyib. Bu da öz növbəsində zərgərlik sənayesinin işini ləngidir", - assosiasiya sədri vurğulayıb.

İqtisadçı Rəşad Həsənov isə "Yeni Sabah"a açıqlamasında deyib ki, 2025-ci il ərzində qızılın qiymətinin kəskin şəkildə bahalaşması bir sıra amillərlə bağlıdır. Onun sözlərinə görə, buta mərkəzi bankların qızıl ehtiyatlarını artırması fonunda tələbin yüksəlməsi, heterodoks iqtisadi siyasətlərin güclənməsi və qlobal iqtisadi mühitdə proqnozlaşdırılmayan qeyri-müəyyənliklər daxildir.

"Paralel olaraq geosiyasi gərginliklər, ABŞ dollarının gələcəyi ilə bağlı mövcud administrasiyanın həyata keçirdiyi siyasətin yaratdığı risklər, eləcə də federal maliyyə sistemində nəzarətin zəiflədilməsi istiqamətində atılan addımlar bu bahalaşmanı şərtləndirən əsas faktorlar sırasındadır. Mövcud trendlərin 2026-cı il ərzində də bu və ya digər formada davam etməsi ehtimalları kifayət qədər yüksəkdir. Hazırkı şəraitdə iqtisadi mühitin proqnozlaşdırılması çətin olaraq qalır. Bu səbəbdən qızılın qiymətlərinin artmaqda davam etməsi mümkündür ki, bu da müxtəlif istiqamətlər üzrə müəyyən çağırışlar yaradır".

İqtisadçı vurğulayıb ki, xüsusilə, zinət əşyalarının idxalı baxımından Azərbaycanın xaricə çıxan valyuta həcmi artacaq:

Qızıl idxalı ilə bağlı xərclərin yüksəlməsi ölkə daxilində ümumi idxalın həcminin artmasına və tədiyə balansının xərclər hissəsində əlavə təzyiqlərin yaranmasına səbəb ola bilər. Digər tərəfdən, Azərbaycan az həcmdə olsa da, qızıl ixrac edən ölkələrdən biridir. Bu sahədə fəaliyyət göstərən müəssisələrin gəlirləri artacaq, müvafiq investisiyaların geri dönüş və ödəniş müddəti sürətlənəcək, mənfəət norması yüksələcək. Ümumilikdə isə ölkə daxilində zinət əşyalarının dövriyyəsi və satışının təşkili istiqamətində genişlənmə müşahidə olunacaq. Bu da vergi daxilolmalarının artmasına şərait yarada bilər. Dövriyyənin genişlənməsi ilə yanaşı, bu sahədə mövcud olan qeyri-formal sahibkarlıq fəaliyyətinə qarşı mübarizə tədbirləri gücləndirilərsə, əhəmiyyətli vergi bazası formalaşdırmaq mümkün olacaq".

R.Həsənov qeyd edib ki, eyni zamanda əhalinin zinət əşyalarına çəkdiyi xərclər ciddi şəkildə artacaq:

"Xüsusilə ailə quranların toy xərcləri çoxalacaq. Bununla yanaşı, son illərdə Azərbaycanın qızıl ehtiyatlarının artırılmasına böyük investisiyalar qoyulur. Xüsusilə Dövlət Neft Fondu bu sahədə alışlarını artırıb. Bu da Azərbaycanın strateji valyuta ehtiyatlarının dəyərinin güclənməsinə səbəb olacaq. Qızılın dünya bazarlarında bahalaşması fonunda Dövlət Neft Fondunun aktivlərinin ümumi dəyəri daha da arta bilər. Çünki bu dəyərləndirmə zamanı qızılın real bazar qiymətləri nəzərə alınır".

"ABŞ, Avropa və İsraillə tammiqyaslı müharibədəyik" like
  • 28 Dek 14:50  
Digərləri "ABŞ, Avropa və İsraillə tammiqyaslı müharibədəyik"

ABŞ, İsrail və Avropa faktiki olaraq İrana qarşı müharibə aparır.

arrow Ətraflı
Keçirdiyi əməliyyatlarla başqa insana ÇEVRİLDİ like
  • 28 Dek 14:39  
Digərləri Keçirdiyi əməliyyatlarla başqa insana ÇEVRİLDİ

Sosial şəbəkələrdə yayılan video qısa zamanda böyük marağa səbəb ol

arrow Ətraflı
Bricit Bordo 91 yaşında vəfat etdi like
  • 28 Dek 14:37  
Şou-biznes Bricit Bordo 91 yaşında vəfat etdi

Dünya şöhrətli fransız aktrisa Bricit Bordo 91 yaşında vəfat edib.

arrow Ətraflı
“Windows 11”də like
  • 28 Dek 14:31  
Digərləri “Windows 11”də

"Microsoft" korporasiyası bəyan edib ki, "Windows 11" əm�

arrow Ətraflı
Nərimanovda yolda böyük TƏHLÜKƏ: Sürücü ölümdən döndü like
  • 28 Dek 14:30  
Digərləri Nərimanovda yolda böyük TƏHLÜKƏ: Sürücü ölümdən döndü

Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsində sürücülər ü

arrow Ətraflı
Vüsalə Əlizadə qısa geyimi ilə DİQQƏT ÇƏKDİ like
  • 28 Dek 14:14  
Şou-biznes Vüsalə Əlizadə qısa geyimi ilə DİQQƏT ÇƏKDİ

Aparıcı Vüsalə Əlizadə paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Zaxarovadan ad günündə maraqlı RƏQS – geyimi diqqət çəkdi like
  • 28 Dek 13:58  
Digərləri Zaxarovadan ad günündə maraqlı RƏQS – geyimi diqqət çəkdi

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova 50 illik yubileyini qeyri-adi formada

arrow Ətraflı
Gəlin onu dinləyən qayınanasını belə İFŞA ETDİ like
  • 28 Dek 13:50  
Digərləri Gəlin onu dinləyən qayınanasını belə İFŞA ETDİ

Sosial şəbəkələrdə yayılan maraqlı və bir qədər də gülməli video q

arrow Ətraflı
Problemli kreditlərin həcmi yenidən ARTDI like
  • 28 Dek 13:43  
Digərləri Problemli kreditlərin həcmi yenidən ARTDI

Bu ilin 10 ayında ölkədə problemli kreditlərin həcmi 805.5 milyon manata �

arrow Ətraflı
Milli Qəhrəman Şükür Həmidovun ailəsində ağır İTKİ  FOTO like
  • 28 Dek 13:42  
Digərləri Milli Qəhrəman Şükür Həmidovun ailəsində ağır İTKİ FOTO

Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsinin şəhidi, polkovnik

arrow Ətraflı
Rəfiqəsinin onun ərindən xoşu gəldiyi ÖYRƏNDİ like
  • 28 Dek 13:11  
Digərləri Rəfiqəsinin onun ərindən xoşu gəldiyi ÖYRƏNDİ

Sosial şəbəkədə yayılan video marağa səbəb olub.

arrow Ətraflı
Zaur övladlarının xəstəliyindən DANIŞDI: "Beynim yanındadır ki, görəsən, necə oldu?” like
  • 28 Dek 12:56  
Şou-biznes Zaur övladlarının xəstəliyindən DANIŞDI: "Beynim yanındadır ki, görəsən, necə oldu?”

Teleaparıcı Zaur Baxşəliyev hazırda yayılan epidemiya ilə bağlı narahat

arrow Ətraflı
Bakıda restoranda müğənni oxuyarkən DAVA DÜŞDÜ – gərgin anlar kameraya düşdü like
  • 28 Dek 12:47  
Şou-biznes Bakıda restoranda müğənni oxuyarkən DAVA DÜŞDÜ – gərgin anlar kameraya düşdü

Bakıda fəaliyyət göstərən restoranlardan birində müğənninin ifası zam

arrow Ətraflı