Azərbaycanda yeni rəqəmsal kitabxana istifadəyə veriləcək – RƏSMİ


Digərləri 27 Dek 2025 17:55:00 72 0

Azərbaycanda yeni rəqəmsal kitabxana istifadəyə veriləcək – RƏSMİ

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Milli Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Respublika Gözdən Əlillər Kitabxanası və 75 mərkəzləşdirilmiş kitabxana sistemi fəaliyyət göstərir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin sistemində mövcud olan kitabxanaların fondunda ümumilikdə 19 milyondan çox kitab var:

"Nazirlik tərəfindən kitabxana fondlarının yenilənməsi və kitab sənayesi subyektlərinin fəaliyyətinin dəstəklənməsi məqsədilə hər il "Nəşrlərin satın alınması" müsabiqəsi təşkil olunur və mütəxəssislərdən ibarət müvafiq komissiyanın qərarı ilə yüksək bədii-estetik məzmuna və keyfiyyətə malik kitabların satınalınması həyata keçirilir. Artıq ənənə halını almış bu proses son illər daha da genişləndirilib və 2023-cü ildə 546 adda, 41.098 nüsxə, 2024-cü ildə 572 adda, 49.105 nüsxə, 2025-ci ildə isə 534 adda, 65.450 nüsxə, ümumilikdə isə son üç ildə 1.652 adda 155.653 nüsxə kitab satın alınıb".

2025-ci ildə kitabxana-biblioqrafiya proseslərinin rəqəmsallaşdırılması ilə əlaqədar mərkəzləşdirilmiş kitabxana sistemlərində KOHA (Avtomatlaşdırılmış Kitabxana - İdarəetmə Sistemi) proqramı tətbiq olunub

Qeyd edilib ki, 2025-ci il ərzində kitabxana-biblioqrafiya proseslərinin rəqəmsallaşdırılması ilə əlaqədar mərkəzləşdirilmiş kitabxana sistemlərində KOHA (Avtomatlaşdırılmış Kitabxana - İdarəetmə Sistemi) proqramı tətbiq olunub, 850 000-dən çox kitabın biblioqrafik məlumatı elektron kataloqa daxil edilib:

"Hazırda KOHA proqramına inteqrasiya olunmuş mobil elektron kitabxana tətbiqinin ictimai istifadəyə verilməsi üzərində iş aparılır".

Nazirlik kitab satınalması və onun həyata keçirilmə meyarları haqqında da məlumat verib. Bildirilib ki, Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəşr planının tərtibini və "Nəşrlərin satın alınması müsabiqəsi"nin təşkilini həyata keçirmək məqsədilə yaradılır:

"Komissiyanın tərkibi mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən ibarət tərkibdə təşkil olunur. Xarici nəşrlərin satınalınması zamanı Komissiyanın iclasında kitabxana və nəşriyyat sahələri üzrə digər mütəxəssislər məşvərətçi səslə iştirak edərək, təkliflərlə çıxış edə bilərlər. Hər ilin yanvar ayında Komissiya tərəfindən son bir il ərzində təqdim olunmuş əlyazmalar və nəzərdə tutulan dövlət sifarişləri əsasında cari il üzə nəşr planı tərtib olunur".

Nəşr planı üçün prioritet mövzular və istiqamətlər aşağıdakılardır:

"Valideynlərimdən üzr istəyirəm"  Saçlarını boyadı like
  • 27 Dek 17:36  
Şou-biznes "Valideynlərimdən üzr istəyirəm" Saçlarını boyadı

Aparıcı Elşən Orucov saçlarını bənövşəyi rəngə boyayıb. 

arrow Ətraflı
Qadın işlədiyi gözəllik salonunda öldü like
  • 27 Dek 17:30  
Digərləri Qadın işlədiyi gözəllik salonunda öldü

Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.

arrow Ətraflı
İmişlidə keçmiş məhkum dəm qazından boğulub like
  • 27 Dek 17:22  
Digərləri İmişlidə keçmiş məhkum dəm qazından boğulub

İmişlidə 56 yaşlı keçmiş məhkum dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
Gürcüstanın sabiq müdafiə naziri həbs olundu like
  • 27 Dek 17:17  
Digərləri Gürcüstanın sabiq müdafiə naziri həbs olundu

Tbilisi məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Baçane Axalayanı

arrow Ətraflı
Bayramqabağı hinduşka ətinin qiymətində artım gözlənilir? like
  • 27 Dek 17:12  
Digərləri Bayramqabağı hinduşka ətinin qiymətində artım gözlənilir?

Azərbaycanda bayram günləri yaxınlaşdıqca bazarlarda canlanma müşahidə

arrow Ətraflı
7 il sonra yenidən ekranlara qayıdır like
  • 27 Dek 17:00  
Şou-biznes 7 il sonra yenidən ekranlara qayıdır

Türkiyənin tanınmış aktyoru Kenan İmirzalıoğlu yeddi il sonra yeni seria

arrow Ətraflı
Rəsul məhkəməyə üz tutdu, rədd cavabı aldı like
  • 27 Dek 16:52  
Digərləri Rəsul məhkəməyə üz tutdu, rədd cavabı aldı

Bakıda 4 nəfərin ölümü ilə nəticələnən "Location" klubdakı

arrow Ətraflı
MingəçevirAğstafa marşrutu üzrə qatarların fəaliyyəti dayandırıldı like
  • 27 Dek 16:32  
Digərləri MingəçevirAğstafa marşrutu üzrə qatarların fəaliyyəti dayandırıldı

Mingəçevir-Ağstafa marşrutu üzrə hərəkət edən qatarların fəaliyyəti

arrow Ətraflı
Nəriman Həsənzadənin son vəziyyəti açıqlandı like
  • 27 Dek 16:23  
Digərləri Nəriman Həsənzadənin son vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadənin stasionar müalicəsi davam edir.

arrow Ətraflı
Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 nəfər qazsız qalıb like
  • 27 Dek 15:54  
Digərləri Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 nəfər qazsız qalıb

Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində qaz xətti yarar

arrow Ətraflı
Keçmiş həyat yoldaşının dediklərinə etiraz etdi like
  • 27 Dek 15:50  
Şou-biznes Keçmiş həyat yoldaşının dediklərinə etiraz etdi

Aparıcı Lətafət Ələkbərova keçmiş həyat yoldaşı Nicat Cəfərzadəni

arrow Ətraflı
55 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü like
  • 27 Dek 15:40  
Digərləri 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

Ağdərə rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb.

arrow Ətraflı
Bakıda əqli qüsurlu kişini elektrik cərəyanı vuraraq yandırdı like
  • 27 Dek 15:28  
Digərləri Bakıda əqli qüsurlu kişini elektrik cərəyanı vuraraq yandırdı

Bakıda 53 yaşlı əqli qüsurlu kişini elektrik cərəyanı vuraraq yandırı

arrow Ətraflı
Mənzil bazarında qiymətlər niyə artıb? like
  • 27 Dek 15:19  
Digərləri Mənzil bazarında qiymətlər niyə artıb?

Son zamanlar mənzil bazarında qiymətlərin artdığı müşahidə olunur.

arrow Ətraflı
Türkiyə Ermənistanla sərhədi bu tarixdə açacaq like
  • 27 Dek 14:50  
Dünya Türkiyə Ermənistanla sərhədi bu tarixdə açacaq

Türkiyə Ermənistanla sərhədini 1 yanvar 2026-cı ildən üçüncü ölkə v

arrow Ətraflı