Avtobus sürücüsü uşaq oğurluğunun qarşısını necə aldı?
Digərləri 27 Dek 2025 14:14:00 64 0
Dünən "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva Əsəd Əhmədov küçəsində itkin düşmüş uşaqla bağlı məlumat paylaşıb. O bildirib ki, sürücü Asif Allahverdiyev hərəkətdə olan avtomobillərin arasında azyaşlı uşağı görərək dərhal avtobusu saxlayıb. Ətrafı diqqətlə yoxlayan sürücü uşağın tək olduğunu müəyyən edib və onun təhlükəsizliyini təmin edib. Bundan sonra dərhal Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib.
Bu xəbəri də oxu: Ağdərəyə ilk qar yağdı
Sonradan məlum olub ki, uşaq bağçadan çıxaraq nəzarətsiz şəkildə xeyli məsafə qət edib.
Son.az xəbər verir ki, oxu.az-ın əməkdaşı məsələ ilə bağlı sürücü Asif Allahverdiyevlə əlaqə saxlayıb.
O, açıqlamasında hadisənin əslində daha təhlükəli olduğunu və naməlum bir qadının uşağın nəzarətsizliyindən istifadə edərək onu aparmaq istədiyini iddia edib:
"Oxşar hallarla qarşılaşmışam, amma bu, pik hadisə oldu. Axşam saatlarında, təxminən 18:55-də Əsəd Əhmədov küçəsində hərəkətdə olarkən yolun hərəkət hissəsində əlində oyuncaq maşın olan, təxminən 3 yaşlı bir uşağın oynadığını gördüm. Azyaşlı magistral yolda oyuncaq maşınını sürürdü. Təhlükəni anlayaraq sağımdakı taksiyə siqnal verdim. Taksi sürücüsü maşından düşərək uşağın kimə məxsus olduğunu soruşdu. Bu zaman uşaq yolun sol tərəfinə qaçdı. Hicablı bir qadın uşağa yaxınlaşaraq, valideynini tanıdığını dedi və uşağın qolundan tutaraq onu valideyninə aparacağını bildirdi.
Avtobusda sərnişinlər də var idi. Bir qədər sonra gördüm ki, uşaq həmin qadından narahatdır, əlindən tutsa da, qaçmağa çalışır. Təxminən 20 addım getdikdən sonra narahat oldum və şüşəni açaraq taksi sürücüsünə dedim ki, maşını qadının qabağında saxlasın, çünki onun valideyni deyil. Özümün üç uşağım var, "uşaq" deyəndə məndə axan sular dayanır".
Beynəlxalq Muğam Mərkəzi və İMEC Beynalxalq Müsiqi və Tədris Mərkəzin
Azərbaycanda yanacaq qiymətlərinin artırılacağıilə bağlı müzakirələ
Uzun illər münasibətləri ilə diqqət mərkəzində olan İbrahim Tatlıses
Artıq 2026-cı ilə sayılı günlər qalıb. Bayram yaxınlaşdıqca insanlar
Xaçmaz rayonunda 35 yaşlı qadın evində doğuş zamanı ölüb.
Paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbə
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Son illər ərzində vəkillik dinamik şəkildə inkişaf edir. Vəkillərin sa
Salyan və Göygöl rayonlarında yerləşən heyvan satışı bazarları yenid�
Vətəndaş iş zamanı ağır xəsarət alsa da, "Körpü-Bina Tikinti&quo
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməs
Polşa Rusiyaya aid hərbi təyyarələrin fəal uçuşlar həyata keçirməsi i
ABŞ prezidenti Donald Tramp 28 dekabrda Floridada Vladimir Zelenski ilə görü
