Azərbaycanın ən gənc şəhidi odur FOTO


Digərləri 24 Dek 2025 19:52:00 113 0

Azərbaycanın ən gənc şəhidi odur  FOTO

Samir Əliyev Azərbaycanın ən gənc şəhididir. O, 9 iyun 1977-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub.

Son.az xəbər verir ki, doğma Cəbrayılın başının üstünü qara buludlar alanda silaha ilk sarılanlardan biri də sonradan döyüşçü yoldaşlarının Tiqana adlandırdıqları Samir olub. Fransız futbol ulduzu Jan Tiqanaya bənzədiyi üçün bu ləqəblə çağırılan Samirin həmin vaxt 13-14 yaşı olub. Şahidlərin dediyinə görə, Tiqananın silahı özündən böyük imiş...

Samir Əliyev müharibənin ilk aylarında əsgərlərə sursat daşıyıb, su, ərzaq çatdırıb. Relyefinə görə ən çətin postlara qalxıb, ən qorxulu ərazilərə patron, qumbara çatdırıb. On beş yaşı tamam olanda isə qanlı döyüşlərə atılıb. Düşmənə əlinin zərbini göstərdiyi ilk döyüş 1992-ci ilin noyabrında olub.

Samirin sonuncu döyüşü 15 avqust 1993-cü ildə Xocavənd rayonunun Banazur kəndində olub. O, həmin gün şəhadətə yüksəlib. Səkkiz gün sonra isə Cəbrayıl rayonu işğal olunub.

Samir Əliyevin məzarı Cəbrayıl şəhərinin yaxınlığındakı bir təpənin döşündəndir. Tiqana döyüşçü dostları ilə birlikdə uyuyur. Yazda həmin təpədə nazli-qəmzali lalələr bitir. Bu çiçəklər öz rəngini şəhidlərimizin müqəddəs qanından alır...

Birinci Qarabağ muharibəsi veteranı Ənvər Əliyev Samiri belə xatırlayır:

- Biz Balyand postunda olanda Tiqana bir gündə üç-dörd dəfə yanımıza qalxırdı. Özü ilə isti yuxa, pendir, su gətirirdi. O balaca boylu, qorxmaz, cəsur uşaq hamının dostu idi. Samir qorxunun nə olduğunu bilmirdi. Bir də görürdük Samir yoxdur. Bir neçə saatdan sonra yenidən posta gəlirdi. Harada olduğunu soruşanda Ağ yolu göstərib deyirdi ki, bax, oradan gəlirəm. O postda dörd erməni, aşağıdakı postda üç erməni var. Həmin postlar bizim postdan yuxarıda idi. Samir əsl kəşfiyyatçıydı. Gətirdiyi məlumatlar həmişə köməyimizə çatırdı. Allah qəni-qəni rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun!

... İki gün əvvəl Cəbrayılda idim. Yaxın qohumum olan yol yoldaşımız Rəşad Həsənovdan xahiş etdim ki, məni Samirin məzarına aparsın. Əsl vətənpərvər olan Rəşad canla-başla xahişimi yerinə yetirdi.

Başımı Samirin günəşin qızılı şüalari ilə nura boyadığı başdaşına söykəyib belə dedim: "Rahat uyu igid, Cəbrayıl azaddır! Qarabağ azaddır!"

Qırx dörd günlük müharibə təkcə Qarabağ həsrətimizə son qoymadı, həm də soyuq məzar daşlarından bizə baxan şəhidlərimizin gözlərindəki niskilə son qoydu...

Allah hamısına rəhmət eləsin! (Metbuat.az)

“Xalq da bilir ki, hansı yuvanın quşudur”  Rəşid Mahmudov Elza Seyidcahana cavab verdi like
  • 24 Dek 19:48  
Şou-biznes “Xalq da bilir ki, hansı yuvanın quşudur” Rəşid Mahmudov Elza Seyidcahana cavab verdi

"O, şeirləri ilə kimin ağzını tikir? Guya şair olub. Şeir yazmağı

arrow Ətraflı
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib like
  • 24 Dek 19:36  
Digərləri Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib

Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliy

arrow Ətraflı
Cövdət 3cü dəfə ata oldu like
  • 24 Dek 19:30  
Şou-biznes Cövdət 3cü dəfə ata oldu

Tanınmış aktyor Cövdət Şükürov 3-cü dəfə ata olub.

arrow Ətraflı
Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi like
  • 24 Dek 19:24  
Digərləri Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyii yanında Dövlət Dəniz və Lima

arrow Ətraflı
Ötən gün 33 cinayətin açılması təmin edilib like
  • 24 Dek 19:22  
Digərləri Ötən gün 33 cinayətin açılması təmin edilib

Dekabrın 23-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən

arrow Ətraflı
TÜRKSOYun Baş katibi İlham Əliyevi təbrik edib like
  • 24 Dek 19:19  
Siyasət TÜRKSOYun Baş katibi İlham Əliyevi təbrik edib

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İl

arrow Ətraflı
“Mən kasıb oğlana ərə getmişəm” like
  • 24 Dek 19:00  
Şou-biznes “Mən kasıb oğlana ərə getmişəm”

Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovla bağlı danı

arrow Ətraflı
"Azərbaycanlı qadınlarla evlənməyin"  Türk müəllimin sözləri qalmaqal yaratdı like
  • 24 Dek 18:46  
Digərləri "Azərbaycanlı qadınlarla evlənməyin" Türk müəllimin sözləri qalmaqal yaratdı

Türkiyəli riyaziyyat müəlliminin Azərbaycan vətəndaşları ilə bağlı s

arrow Ətraflı
"Kurtlar Vadisi"nin aktyoru tanınmaz halda like
  • 24 Dek 18:30  
Şou-biznes "Kurtlar Vadisi"nin aktyoru tanınmaz halda

Türkiyənin reytinqli serialı "Kurtlar Vadisi" serialında Samuel V

arrow Ətraflı
Binəli Yıldırım İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 24 Dek 18:16  
Siyasət Binəli Yıldırım İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Y�

arrow Ətraflı
Heydər Əliyev Fondu İtaliyanın Laurentum mükafatı ilə təltif olunub like
  • 24 Dek 18:13  
Siyasət Heydər Əliyev Fondu İtaliyanın Laurentum mükafatı ilə təltif olunub

Romada nüfuzlu "Laurentum Awards"ın XXXIX təqdimetmə mərasimi ke�

arrow Ətraflı
Maya Sandu İlham Əliyevi təbrik edib like
  • 24 Dek 18:02  
Siyasət Maya Sandu İlham Əliyevi təbrik edib

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Pr

arrow Ətraflı
Özündən 16 yaş kiçik fenomenlə evlənir like
  • 24 Dek 18:00  
Şou-biznes Özündən 16 yaş kiçik fenomenlə evlənir

Aparıcı və aktyor İbrahim Səlim və sosial media fenomeni Ayşə Şeyma Ket

arrow Ətraflı
Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib like
  • 24 Dek 17:57  
Siyasət Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə

arrow Ətraflı
"Sizin kimi qadınlar ailələri DAĞIDIRLAR"  müğənniyə ağır ittiham like
  • 24 Dek 17:45  
Şou-biznes "Sizin kimi qadınlar ailələri DAĞIDIRLAR" müğənniyə ağır ittiham

Televiziya verilişlərindən birində gərgin və mübahisəli anlar yaşanıb.

arrow Ətraflı